Niyə Fazil Məmmədov, niyə Mikayıl Cabbarov? - TƏHLİL

Niyə Fazil Məmmədov, niyə Mikayıl Cabbarov? - TƏHLİLPrezident İlham Əliyev vergilər naziri Fazil Məmmədovu tutduğu vəzifədən azad edərək onun yerinə təhsil naziri Mikayıl Cabbarovu təyin edib. Hələlik təhsil naziri postuna təyinat yoxdur, lakin cəmiyyət üçün vergilər nazirinin nə üçün işdən azad edilməsi, bu posta niyə təhsil nazirinin təyin olunması sualı daha çox maraq doğurur.

Əslində təəccüblü heç nə yoxdur, bir cümlə ilə ifadə etsək, islahatlar aparılması zərurətə çevrilən bir quruma yeni, islahata açıq obrazı olan şəxs rəhbər təyin olunub. Yeni təyinat Vergilər Nazirliyində ciddi islahatların başlayacağına işarədir. Ölkənin sahibkarlıq sektoru bu islahatları çoxdan gözləyir, cəmiyyət isə nazirliyin sahibkarlar qarşısında yaratdığı süni əngəllərin ölkəyə nəyə başa gəldiyini artıq neçə müddətdir izləyir.

Son illər Azərbaycan prezidentinin çıxışlarının ana xəttini ölkədə sahibkarlığın inkişafına mane olan əngəllərin aradan qaldırılmasının vacibliyi təşkil edir. Dövlət başçısı bununla bağlı bir neçə sərəncam imzalayıb, sahibkarlıq subyektlərində əsassız yoxlamaların dayandırılmasını tələb edib, sahibkarlıq fəaliyyətinin rəsmiləşdirilməsi üçün "bir pəncərə" sistemi tətbiq olunub.

Prezidentin bu məsələni xüsusi diqqət mərkəzində saxlaması nəticəsində sahibkarlar üçün yaradılan süni əngəllərin əksəriyyəti aradan qaldırılsa da, problem mahiyyətcə dəyişməyib. Səbəb qanunvericilik bazası ilə deyil, insan faktoru ilə bağlıdır. Yəni verilən göstərişlərə rəğmən, xüsusilə də vergi orqanlarının sahibkarları sıxışdırması, min bir bəhanə ilə onların fəaliyyətinə mane olması günümüzün reallığıdır. Bu reallığı görmək üçün sosial şəbəkələrin, medianın monitorinqini aparmaq kifayətdir. Çox güman ki, Fazil Məmmədovun işdən çıxarılması da ölkədə sahibkarlıq fəaliyyəti üçün yaradılan süni əngəllərlə bağlıdır.

Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərliyi dövründə sahibkarların incidilməsi fakt idi, bu faktlar üzrə nazirliyin bir qrup sabiq yüksək rütbəli əməkdaşlarının məhkəmə prosesi hələ də davam edir. "MTN işi" adlanan proses əslində sahibkarları incidən dövlət qurumlarına işlərində dönüş yaratmaq üçün mesaj idi, lakin təkcə son bir ildə baş verənlər göstərdi ki, vergi orqanları ya bu mesajı anlamayıb, ya da anlamaq istəməyib. Nəticə göz qabağındadır, vergi orqanlarının qanunsuz müdaxiləsi nəticəsində sahibkarlıq obyektləri bağlanır, ölkədən kapital axını artır, şikayətçi iş adamlarının sayı çoxalır. Ən neqativ məqam odur ki, bu proses prezidentin sahibkarlığın inkişafına nail olmaq üçün atdığı addımları kölgə altına salır.

Sual olunur, dövlət başçısı ölkədə sahibkarlığın inkişafında maraqlı deyilsə, yoxlamaların dayandırılması, "bir pəncərə" sisteminin tətbiqi, çoxistiqamətli subsidiyaların verilməsi barədə sərəncamları niyə imzalayır? Demək ki, dövlət bu işdə maraqlıdır, sadəcə prosesin effektini aşağı salan insan faktorudur. Sahibkarlıq fəaliyyəti iqtisadiyyatının onurğa sütunudur, bu sahə nə qədər çox inkişaf etsə, dövlətin onurğa sütunu bir o qədər sağlam olar. Prezidentin son sərəncamları göstərdi ki, Vergilər Nazirliyinin fəaliyyətində neqativ halları aradan qaldırmaq, nazirliyi sahibkarlığa mane olan deyil, sağlam rəqabət mühitinin inkişafına yardım göstərən quruma çevirmək zərurəti yaranıb. Qısası, Vergilər Nazirliyində ciddi islahatlara ehtiyac var, bu ehtiyac çoxdan hiss olunur, dövlət başçısı da islahatların aparılmasını məhz islahatçı anlayışı olan şəxsə tapşırmaqla problemin həllində nə qədər maraqlı olduğunu bir daha göstərdi.

Niyə Mikayıl Cabbarov? Uğurlu təyinat olub-olmadığını sözlə ifadə etməyə ehtiyac yoxdur, yeni nazir bu sualın cavabını öz fəaliyyəti ilə verəcək. Seçim zamanı güman ki, Mikayıl Cabbarovun islahatlar həyata keçirmək qabiliyyəti əsas götürülüb.

Təhsil sektorunda bütün problemlər aradan qalxıbmı? Bunu iddia etmək və nazir işlədiyi 4 il ərzində bütün problemlərin həllini gözləmək yanlışlıq olardı. Amma təhsil sahəsində islahatlar aparıldığını heç kəs inkar edə bilməz, təhsil sektoru ötən dövrlər ərzində xeyli islahatlar aparılan sahə olub. Ona görə də bu şəxsin son dərəcə ciddi islahatlara ehtiyac duyulan vergilər sektoruna rəhbər təyin olunması təəccüblü deyil, məntiqlidir.

Mənbə:APA


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3384   Tarix: 06 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel