Əhaliyə xəbərdarlıq - Bu oyuncaqları almayın

Əhaliyə xəbərdarlıq - Bu oyuncaqları almayınYeni İl bayramı üçün uşaqlara hədiyyə seçməklə bağlı valideynlərə xəbərdarlıq edilib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanın əmtəə bazarında təhlükəli, arzuolunmaz uşaq oyuncaqları satılır.

"Nazirlər Kabinetinin 243 saylı qərarına görə, uşaq oyuncaqları məcburi sertifikatlaşdırılan mallar siyahısındadır. Yəni onlar əmtəə bazarına buraxılmamışdan öncə sertifikatlaşdırılmalı, yoxlanılmalıdır. Lakin ölkədə biznes qruplarına toxunulmazlıq şəraiti yaradılıb və Nazirlər Kabinetinin 243 saylı qərarı həyata keçirilmir. Bizim əlimizdəki siyahıda 900-ə qədər mal məcburi sertifikatlaşdırılmağa məruz qalmalı olsa da, bu proses həyata keçirilmədən əmtəə bazarında satılır. Uşaq oyuncaqlarının təxminən 80 faizi məcburi sertifikatlaşma keçilmədən satılır. Beləliklə, təhlükəli, arzuolunmaz uşaq oyuncaqları Azərbaycanın əmtəə bazarına buraxılıb.

Valideynlər sertifikatı soruşmaq hüququna malikdirlər. Satıcı isə onu göstərməyə borcludur", - deyə Eyyub Hüseynov bildirib.

Mənbə: oxu.az

Sosial   Baxılıb: 1747   Tarix: 06 dekabr 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR