Mikayıl Cabbarov təhsil naziri kimi hansı işləri görüb?

Mikayıl Cabbarov təhsil naziri kimi hansı işləri görüb?Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyevin sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad edilərək, vergilər naziri təyin edilib. Yeni təhsil naziri vəzifəsi hələ boş qalır.

2013-2017-ci illərdə təhsil naziri olan Mikayıl Cabbarov hansı işləri ilə yadda qalıb?

Təhsil kepserti Kamran Əsədov M.Cabbarovun dövründə təhsil sahəsində bir sıra müsbət addımlar atılıb. Ekspertin sözlərinə görə, M.Cabbarov uğurlu fəaliyyəti ilə yadda qalıb.

"Həyata keçirdiyi islahatlar nəticəsində məktəbəqədər təhsil və ibtidai siniflərə qəbul elektron qaydada həyata keçirilməyə başlandı. Buna qədər isə valideynlərdən əsassız tələblər var idi. İndi kənar müdaxilə etmək mümkün deyil. Müəllimlərin yerdəyişməsi mərkəzləşdirilmiş qaydada həyata keçirilməyə başlandı ki, buna qədər bu işi rayon təhsil şöbələri edirdi. Və onları "görmədən" işləmək mümkün deyildi. İlk dəfə olaraq direktor vəzifəsinə təyin olunma müsabiqə və müsahibə yolu həyata keçirildi. Buna qədər vəziyyət acınacaqlı idi. 500-dən çox bal toplayıb müəllimlik ixtisasını seçənlərə 100 manat təqaüd verildi. Hansı ki əvvəl belə fakt yox idi. İlk dəfə olaraq, orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmayan şəxslər işə cəlb olundu ki, bununla da "Məktəblinin Dostu" layihəsi həyata keçirilməyə başlandı. "Sabahın alimləri" kimi mükəmməl lahiyə həyata keçirildi. Şagirdlər arasında xüsusi istedadı olanlar öz bacarıqlarını nümayiş etdirdi. İlk dəfə olaraq, peşə təhsilinə qəbul elektron xidmətlərin göstərməsi reallaşdı.
Budnan əlavə UFAZ - Fransa - Azərbaycan Universiteti açıldı. Təhsil haqlarını ödəyə bilməyənlər üçün Maarifçi Kredit Fondu, Ali məktəblərdə SABAH qrupları yaradıldı".

Təhsil eksperti hesab edir ki, M.Cabbarovun təhsil naziri olduğu dönəmdə istedadlı tələbələr üçün böyük imkanlar açılıb: "Mikayıl Cabbarovun təhsil nazri olduğu dövrdə ilk dəfə olaraq tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi mərkəzləşdirilmiş qaydada həyata keçirildi. Buna qədər isə proses şəffaf deyildi. Həmçinin qəzalı vəziyyətə düşmüş orta məktəblər yeni modul tipli müasir tələblərə cavab verən məktəblərlə əvəz edildi. "Thomson Reuters" şirkəti ilə müqavilə imzalayıb ki, bu da alimlərimiz üçün əvəzsiz rol oynayır. Vətəndaşların qəbulu və ona nəzarət vahid qaydada həyata keçirildi".

Bundan əlavə nazirlik ilk dəfə olaraq ildə hesabat verirdi və 1 il ərzində görülən işlər barədə elmi statistik məlumatları yayırdı. İlk dəfə olaraq, fənn olimpiadaları obyektiv, qərəzsiz, ədalətlə həyata keçirilməyə başlandı. Buna qədər isə vəziyyət yaxşı deyildi. Hər il şagirdlər arasında əlaqələrin inkişafı, onların müxtəlif sahələrdə fəaliyyətləri barədə fərqli yarışlar keçirilirdi. Azərbaycanı tanıyaq kimi mükəmməl lahiyə həyata keçirildi. Mikayıl Cabbarov həmişə ictimaiyyətə açıq idi, fikir, təklif, iradları dinləyir və təhsil sahəsində təcrübəsi olan insanlarla əməkdaşlıq, xoş münasibət saxlayırdı".

Təhsil eksperti keçmiş təhsil nazirinin dövründə edilməyən, lakin həlli vacib məqamlara da toxunub.
K.Əsədov qeyd edib ki, pedaqoji təhsil olmayan şəxslər hələ də direktor vəzifəsində qalır: "Saxta sənədlərdən istifadə edərək müəllim kimi fəaliyyət göstərənlərin hamısı azad edilmədi. İctimaiyyətə əlaqələr şöbəsi operativ şəkildə, vətəndaşların müraciətlərinə qısa müddətdə cavab verilməldir ki, bunu tam olaraq görmədik. Həmçinin nazirin dərslik siyasəti, təmayülləşmə layihəsi uğursuz oldu. Ali məktəblərə müdaxilə etmək lazım idi ki, bu olmadı".

Yeni təhsil nazirindən gözləntilərə gəlincə, K.Əsədov bildirib ki, bunlardan biri şagirdlərin bütün siniflər üzrə yerdəyişməsinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsidir: "Baxçalar Təhsil Nazirliyinə birləşdirilməlidir. Ali məktəblər üçün islahatlar aparılmalıdır. İctimaiyyət nümayəndələri ilə görüşlər mütəmadi olaraq keçirilməlidir və Mikayıl Cabbarovun dövründə müsbət xarakterizə etdiyim məsələlər davam etdirilməlidir".

mənbə: azvision.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2278   Tarix: 06 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart
.

Bu gün onların peşə bayramıdır: "DTX, hüquq mühafizə orqanlarımız hər zaman terror məsələlərində çevik olublar" - Açıqlama

Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürüb. Mövzu il

28 mart
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

Bu klinikanı cərimə gözləyir

"Medicare klinikası" MMC-yə inzibati protokol yazılıb. xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.5-ci (Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrind

29 mart
.

Gəlinə verilən hədiyyə boşananda bölünəcək?

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28 mart
.

ƏHALİYƏ SEVİNDİRİCİ XƏBƏR: Pensiya və müavinətlər artırıla bilər - VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. -ın məlumatına görə, bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Onun sözlərinə görə, belə olan halda büdcədə dürüstləşmənin aparılmasına ehtiyac yaranır

29 mart