Mehriban Əliyeva Maştağa Mədəniyyət Mərkəzinin yeni binasının açılışında - FOTOLAR

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 6-da Xalq Artisti Hacıağa Abbasovun adını daşıyan Maştağa Mədəniyyət Mərkəzinin yeni binasının açılış mərasimində iştirak edib.

Mehriban Əliyeva binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Birinci vitse-prezidentə məlumat verdi ki, uzun müddətdir istismarda olan əvvəlki bina müasir tələblərə cavab vermirdi. Burada əməkdaşların fəaliyyət göstərməsi və proqramların hazırlanması üçün lazımi şərait yox idi. Buna görə də Maştağa Mədəniyyət Mərkəzi üçün yeni binanın tikilməsi qərara alındı. Qısa vaxtda yüksək keyfiyyətlə inşa olunan bina indi 250 tamaşaçı yerlik zalı və müasir səhnəsi ilə qapılarını sənətsevərlərin üzünə açır.

Son illərdə ölkədə mədəniyyətin inkişafı ilə bağlı həyata keçirilən layihələrin bariz nümunəsinə çevrilən bu mədəniyyət ocağının yeni binasının tikilməsi, ilk növbədə, gənc nəsil arasında zəngin Azərbaycan incəsənətinin, bütövlükdə mədəniyyətinin təbliği işinə xidmət edir. Digər tərəfdən də bu hadisə mədəniyyətin inkişafının, onun infrastrukturunun yaradılmasının hər zaman Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu göstərir.

Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi ki, 1800 kvadratmetr sahəsi olan Maştağa Mədəniyyət Mərkəzində hazırda kino zalı, heykəltəraşlıq, tətbiqi incəsənət, rəssamlıq, evdarlıq, rəqs dərnəkləri, kompüter və ədəbiyyat otaqları fəaliyyət göstərir. Burada "Azərbaycan filmləri" həftələrinin də keçirilməsi planlaşdırılır.

Əvvəllər Maştağa Mədəniyyət Evi adlanan bu Mərkəzin əsası 1921-ci ildə qoyulub. O dövrdə görkəmli teatr xadimlərinin tamaşaları Bakının bütün kənd və qəsəbələrində olduğu kimi, Maştağada da maraqla qarşılanır, orada yaradılan dram dərnəyinin hazırladığı tamaşalara böyük axın müşahidə olunurdu. Tezliklə bu tamaşaların sorağı Maştağa ilə yanaşı, Bakının digər kəndlərindən - Bilgəh, Nardaran, Buzovna və Mərdəkandan gəlməyə başladı, bununla da əhali arasında geniş mədəni-maarif işlərinə start verildi.

Ötən əsrin 50-ci illərindən başlayaraq bu mədəniyyət evinin fəaliyyəti daha da genişlənib, burada xalq çalğı alətləri ansamblı, həmçinin Poeziya Teatrı yaradılıb. 1980-ci illərdə isə Maştağa Mədəniyyət Evi klassik poeziya həvəskarlarının toplaşdığı əsas məkanlardan birinə çevrilib. Burada yaradılan müxtəlif studiyalarda musiqiçilərin çıxışları əhali arasında böyük populyarlıq qazanıb. O dövrdə burada Üzeyir Hacıbəylinin 100 illiyi münasibətilə "Leyli və Məcnun" əsəri səhnəyə qoyulub. 1987-ci ildən bu mədəniyyət ocağında Kukla Teatrı da fəaliyyət göstərir.

Mədəniyyət Mərkəzində yaradılan şəraitlə tanış olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva burada mütəmadi olaraq müxtəlif maraqlı proqramların təşkil edilməsi ilə bağlı tapşırıqlarını verdi.
Mehriban Əliyeva Maştağa Mədəniyyət Mərkəzinin yeni binasının açılışında - FOTOLARMehriban Əliyeva Maştağa Mədəniyyət Mərkəzinin yeni binasının açılışında - FOTOLARMehriban Əliyeva Maştağa Mədəniyyət Mərkəzinin yeni binasının açılışında - FOTOLARMehriban Əliyeva Maştağa Mədəniyyət Mərkəzinin yeni binasının açılışında - FOTOLARMehriban Əliyeva Maştağa Mədəniyyət Mərkəzinin yeni binasının açılışında - FOTOLARMehriban Əliyeva Maştağa Mədəniyyət Mərkəzinin yeni binasının açılışında - FOTOLARMehriban Əliyeva Maştağa Mədəniyyət Mərkəzinin yeni binasının açılışında - FOTOLARMehriban Əliyeva Maştağa Mədəniyyət Mərkəzinin yeni binasının açılışında - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1580   Tarix: 06 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sülhməramlıların Qarabağı tərk etməsinin yeni - Görüntüləri

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı yeni görüntülər yayılıb. Həmin kadrları təqdim edirik:

17 aprel
.

İlham Əliyev Gəncədə Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub. Bu barədə AZƏRTAC məlumat yayıb

9 aprel
.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararas

18 aprel
.

Gəncə MDB-nin idman paytaxtı olacaq

Azərbaycanın Gəncə şəhəri Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı olacaq. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasının yekunları barədə danışarkən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Biz Gəncə şəhərinin 2025-ci ildə

12 aprel
.

MN: Hərbçilər Vətəni istənilən təhdid və təhlükələrdən qorumaq əzmi nümayiş etdirir

Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə mütəmadi olaraq ictimai-siyasi hazırlıq dərsləri və məşğələlər keçirilir. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularla maarifləndiric

13 aprel
.

Ceyhun Bayramov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər

11 aprel
.

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib. Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər. "Report" xəbər verir ki

11 aprel
.

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinə cavab verib

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavab verib. "Report" xəbər verir ki, İcmanın açıqlamasında deyilir:. "Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsin

11 aprel
.

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Aprelin 9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, Türkiyə Prezidenti dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilə

9 aprel