Baş Prokurorluq klinikada ölən 20 yaşlı qızın dəfnini ləngitməyi istəyib

Baş Prokurorluq klinikada ölən 20 yaşlı qızın dəfnini ləngitməyi istəyibBakıda "Grand Hospital"da həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından komaya düşən 20 yaşlı Ayşən Mirzəyeva dünyasını dəyişib.

Əməliyyatı aparan invaziv radioloq İlqar Hüseynovun isə qaçıb gizləndiyi telefonlara cavab vermədiyi deyilir.
Ayşən Mirzəyevanın atası Müşfiq Mirzəyev bildirib ki, indi heç bir söz deyə bilməyəcəklər.
"Qızın meyitini "Grand Hospital"dan çıxarıb Şamaxıya aparmışdıq ki, orada dəfn edək. Sonra bizə Baş Prokurorluqdan məlumat verdilər ki, dəfn etməyin. "Bizi gözləyin" dedilər. Onlar ekspertiza edib uşağın dəqiq nədən dünyasını dəyişdiyini deyəcəklər. Ondan sonra nəsə bir söz deyə bilərik. İndi heç nə danışmaq istəmirik"

"Grand Hospital" xəstəxanası ilə əlaqə saxlayaraq həkim İlqar Hüseynovun harada olduğunu öyrəndik.

"İlqar Hüseynov heç yerə qaçmayıb. İşinin başındadır. Özü ilə əlaqə saxlayın, nə sualınız varsa, deyin"

Həkimlə bir neçə dəfə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verməyib. Yalnız sürücüsü əməliyyatda olduğunu deyib.

Mənbə: modern.az

"İlqar Hüseynovun sürücüsüyəm. Səhər işə gətirmişəm. Hazırda əməliyyatdadır. Ona görə də telefon məndədir. Hardasa qaçıb gizlənməsi xəbəri yalandır"

Bəs həkim məsuliyyətsizliyi hüquqi aspektdən necə qiymətləndirilir?

Hüquqşünas Adəm Məmmədov isə həkim məsuliyyətsizliyi zamanı tibb müəssisəsinin nüfuzdan düşdüyünü bildirib.

"Özəl tibb müəssisəsində ölüm hadisəsi baş veribsə, bu xəstəxananın fəaliyyətinə ciddi xələl gətirir. Çünki məlumat mətbuat səhifələrində yayılmaqla insanlar tərəfindən mühüm hadisə kimi qiymətləndirilir.

Bu zaman həkimin həkimlik fəaliyyətinə xələl gətirir. İnsanlar həmin həkimə müraciət etməkdən çəkinirlər. Ölüm faktının olması tibb müəssisəsinin gözdən salınmasına səbəb olur. Qaldı ki, həkimin fəaliyyətində cinayət əməlinin aşkarlanmasına bununla istintaq orqanları məşğul olur. Bu məsələ prokurorluq orqanlarının nəzarəti altında olur. Məhkəmə tibbi ekspertizasının təsdiqinə əsasən həkim məsuliyyətsizliyi, ehtiyatsızlığı aşkar olunur. Cinayət Məcəlləsinin 24.1 maddəsi ilə həkim cinayət məsuliyyətinə cəlb oluna bilər. 2 ilədək islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum ola bilər"
Xatırladaq ki, Ayşən Mirzəyeva noyabr ayının 30-da "Grand Hospital"da damarın hemangioması diaqnozu ilə əməliyyata alınıb.

Əməliyyatı invaziv radioloq İlqar Hüseynov aparıb.

Yayılan məlumata görə, proses zamanı damarın bağlanılması üçün istifadə olunan material Ayşən Mirzəyevanın beyninə gedib və qız komaya düşüb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1821   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021