Azərbaycanda transplantasiya əməliyyatına ehtiyacı olan insanların siyahısı hazırlanır

Azərbaycanda transplantasiya əməliyyatına ehtiyacı olan insanların siyahısı hazırlanırHazırda Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasında xəstəliyin səviyyəsindən asılı olaraq, transplantasiya əməliyyatına ehtiyacı olan insanların siyahısı hazırlanır.
Sonxeber.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib.

Onun sözlərinə görə, ümumilikdə Azərbaycanda indiyədək 500-ə yaxın insana orqan köçürülüb.

Donorların da sayı nəzərə alınarsa, indiyədək təxminən 1000-ə yaxın xəstə transplantasiya əməliyyatına məruz qalıb.

M.Kazımi qeyd edib ki, 2008-ci ildən bu günə qədər 107 qaraciyər, 346 böyrək transplantasiyası əməliyyatı icra edilib. Azərbaycanda transplantasiya edilənlər arasında uşaqlar olsa da, onlarda orta yaşlılar üstünlük təşkil edir.

M.Kazımi əlavə edib ki, qaraciyər transplantasiyası əməliyyatı olunanlar arasında ümumi ölüm göstəricisi 23,3 faizdir:

"Amma onların bir çoxu əməliyyatdan 1, 3, 5 il sonra müəyyən səbəblərdən vəfat edib. Xəstələrimizin 11,6 faizi, yəni 12 nəfəri transplantasiya olunduqdan sonra xəstəxanada yatdığı müddətdə dünyasını dəyişib. Dünya statistikasına görə, qaraciyər transplantasiyasından sonra fəsadlaşma və ölüm göstəriciləri təxminən 20-30 faizdir. Azərbaycanda əməliyyatdan sonrakı ilk bir ildə ölüm faizi 11,6 faizdir".

M.Kazımi qeyd edib ki, böyrək transplantasiyası olan adamlar arasında ölüm göstəricisi 4,7 faizdir.

Onun sözlərinə görə, həmin şəxslərin də hamısı əməliyyatdan sonra dünyasını dəyişənlər deyil.

Şura üzvü əlavə edib ki, indiyədək böyrək transplantasiyası nəticəsində 15 nəfər dünyasını dəyişib:

"Transplantasiya edilən orqanın əməliyyatdan sonrakı "ömrü"nün nə qədər olacağını proqnozlaşdırmaq mümkün deyil. Çünki bu, individualdır. Transplantasiyadan sonra orqanın sağlam qalmasına təsir göstərən ən başlıca amil şəxsin həmin orqanın sağlamlığına nə dərəcədə yanaşmasından asılıdır. Dünya praktikasında əməliyyatdan sonra 20-30 il yaşayan insanlar da olub".

M.Kazımi hazırda Azərbaycanda orqan bağışlanması sisteminin olmamasına da təəssüf edib: "Amma yaxın gələcəkdə belə bir sistemin olacağına inanıram".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 675   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18 aprel
.

İkimərtəbəli "üzən ev" gündəm oldu - VİDEO

Amerikanın San-Fransisko sakinləri qeyri-adi mənzərənin şahidi olublar. -a istinadən xəbər verir ki, gəmi kimi üzən bu ev buxtanın üzərindən keçərək "Redwood City" Marinadan çıxıb. Bu körpüdə əvvəllər suyun üzərindəki evlərdə yaşayan 100-dən çox insan yaşayırdı. Lakin 2015-ci ildə uzun illə

18 aprel
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

18 aprel
.

Övlad valideynə aliment ÖDƏYƏ BİLƏR? - AÇIQLAMA

Bizim bu gün əsas mənəvi dəyərlərimizdən biri ailə instutunun qorunub saxlanmasıdır. Ölkədə boşanmaların gündən-günə artması bu dəyərlərimizə ağır zərbə vurur. Bildiyimiz kimi, məhkəmənin qərarına əsasən övlad boşanan tərəflərdən kimin himayəsində qalırsa, həmin şəxs aliment ödəməyə borcludur. Uşağ

18 aprel
.

"Makronun Azərbaycanın Ermənistana hücum edə biləcəyinə dair səsləndirdiyi ittihamlar böyük bir qərəzdir" - DEPUTAT

"Fransa ilə Azərbaycan arasında münasibətlər bir müddətdir, gərginləşib. Təbii ki, buna əsaslı səbəblər var. İlk növbədə Fransa Ermənistanın müttəfiqidir və bu ölkədə böyük erməni icması yaşayır bu icmada dövlətin Azərbaycan- Ermənistan münasibətlərindəki mövqeyinə təsir edir". Bunu -a danışa

18 aprel
.

Bakıda DƏHŞƏT: Hamamda qızla oğlanın meyiti tapıldı - YENİLƏNİB

Bakıda 2 nəfər dəm qazından zəhərlənərək ölüb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, aprelin 18-də paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu rayon prokurorluğund

18 aprel
.

Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır. Bu barədə "Qafqazinfo"ya onun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil deyib ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əld

18 aprel
.

Keçid balları qaldırılır? - VİDEO

Artıq bütün buraxılış imtahanlarının nəticələri açıqlanıb. İlk dəfə olaraq ölkə üzrə ümumilikdə 53 nəfər maksimum nəticə göstərib. Bu qədər şagirdin yüksək bal toplaması bir çox valideyni narahat edir. Onlar düşünür ki, bu göstəricini əsas gətirib, qəbul ballarını artıra bilərlər. Bəs ekspertlər bu barəd

18 aprel
.

Balakəndə 11 əsrə şahidlik edən, inanc yeri olan ağac - VİDEO

Balakənin Katex kəndində yol kənarında bitən, yaşı min ildən artıq olan dağdağan ağacı bu gün də diqqət mərkəzindədir. Belə ki, inanc yeri olan ağacdan müalicə üsulu kimi istifadə edirlər. Həmçinin bu ağac yerli sakinlərlə yanaşı, ərazidən keçən əcnəbi turistlərin də diqqətini çəkir. Daha ətraflı Bak

18 aprel