Azərbaycanda 3 il əvvəl öldürülən qadın və 4 qızının cəsədləri basdırıldığı yerdən çıxarıldı - FOTOLAR
Salyanda 3 il əvvəl qətlə yetirilən ana və 4 qızının cəsədləri basdırıldığı yerdən çıxarılıb.
Sonxeber.az report-a istinadən xəbər verir ki, meyitlər Salyan Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşlarının nəzarəti altında şəhərin Tale Davudzadə küçəsindəki evin zirzəmisindən çıxarılıb.
Meyitlər ekspertiza üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan şöbəsinə aparılıb.
Qeyd edək ki, Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib.
Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulublar.
Hazırda iş üzrə daxili işlər orqanları ilə əlaqəli şəkildə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə Baxılıb: 1940 Tarix: 07 dekabr 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşTiflisdə partlayışda polis əməkdaşı da öldü
Tiflisin İsan rayonundakı Boçorma küçəsində yerləşən "Battleground" atış mərkəzində partlayış nəticəsində ölənlərdən biri polis əməkdaşıdır. -a istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb. Bildirilib ki, yaralılar arasında da 2 nəfər DİN əməkdaşı var. Qeyd edək ki, parlayı
7 aprelBakıda evdən naməlum kişi meyiti tapıldı
Bakıda evdən meyit tapılıb. xəbər verir ki, hadisə Nizami rayonu Keşlə qəsəbəsində qeydə alınıb. Burada evlərin birindən 50-60 yaş aralığınad olan naməlum kişi meyiti tapılıb. Onun hansı səbəbdən öldüyü hələlik bilinmir. Araşdırma aparılır
11 aprelBakıda DƏHŞƏT: Müştəri kababçını öldürdü - YENİLƏNİB
Aprelin 10-da paytaxtın Nizami rayonu ərazisində Anar Quliyevin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Nizami rayon Prokurorluğundan -a verilən xəbərə görə, aparılmış istintaqla 34 yaşlı Rəhman Qəhrəmanovun aprelin 9-da rayonun Keşl
11 aprelBakı-Qazax şosesində zəncirvari qəza: Xəsarət alanlar var
Bakının Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə Bakı-Qazax şosesinin Ələt qəsəbəsinə düşən hissəsində qeydə alınıb. Üç avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 24 yaşlı Nadir Habil oğlu Nağıyev və 22 yaşlı Sadiq Eduard oğl
14 aprelBabası, atası və oğlu şəhid olan Arif İsmayılov vəfat etdi
Babası 1918, atası 1942, oğlu isə 1994-cü ildə şəhid olan Göyçayın Ləkçıplaq kənd sakini Arif İsmayılov vəfat edib. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Qeyd olunub ki, Arif İsmayılovun oğlu İsmayıl İsmayılov 1994-cü ildə Kəlbəcər ətrafında gedən döyüşlərdə 60-dan çox ermənini məhv edərək Qanlıkən
14 aprelOğuzda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a məlumat verilib. Bildirilib ki, əvvəllər məhkum olunmuş Qardaş Abdullayev və Teymur Sadıqov saxlanılıblar. Onlardan narkoti
14 aprelAzərbaycanda futbol klubunun prezidenti SAXLANILDI
Azərbaycanda futbol klubunun prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. -ın əldə etdiyi məlumata görə, Birinci Liqa təmsilçisi "İrəvan" klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır. Klubun mətbuat katibi Mübariz Süleymanlının -a verdiyi məlumata görə, hüquq-mühafiz
11 aprelLaçında usta bədbəxt hadisə nəticəsində ölüb
Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə
19 aprel