Hakerlər məlumatları qara bazarda hansı qiymətə satır?

Hakerlər məlumatları qara bazarda hansı qiymətə satır?Mütəmadi olaraq hackerlər yüz minlərlə şifrə, login, telefon nömrələri, elektron poçt ünvanları və qara bazarda satılması mümkün digər məlumatları oğurlayırlar.
Bir insanın hansısa hesabının qiyməti 2000 avroya kimi çata bilər. "InfoWatch" şirkətinin tədqiqatçıları qara bazarda hansı məlumatlara daha çox tələbatın olduğunu öyrəniblər.

Korporativ məlumat:

Sonxeber.az technote.az-a istinadən bildirir ki, informasiya sistemlərinə hücum adətən sifariş əsasında olur. Hackerlər şirkətin əməkdaşları, müştəriləri haqqında məlumatları oğurlamağa və ya digər vacib məlumatları əldə etməyə çalışırlar. Məsələn bu ilin Sentyabr ayında Çində 11 milyon özəl məlumat oğurlamış xüsusi qrup dəstəsi yaxalanmışdı. Bir istifadəçi hesabına görə onlar ortalama 0.11$ əldə edirdilər.

Bank kartları:

Ödəniş məlumatları, kart nömrələri və bank sistemində olan istifadəçilər haqqında məlumatlara çox tələbat olur. Lakin bu cür məlumatların oğurlanması da çox təhlükəlidir. Qiymət ödəniş sistemi, status, kartın növü və s. kimi faktorlardan asılıdır. Bu ilin Sentyabr ayında hackerlər Sonic Drive-In adlı restoranlar şəbəkəsini hack etmişdilər. Bir neçə müddətdən sonra isə qara bazarda 5 milyon bank kartı məlumatlarının axını aşkar edilmişdi. Mütəxəssislər qeyd ediblər ki, onların arasında müştərilərin bank kartı məlumatları da ola bilər. Ortalama bir kart məlumatının qiyməti 37$ təşkil edir.

İsitfadəçilərin sosial şəbəkə hesabları:

Sosial şəbəkə istifadəçilərinin məlumatları az qiymətləndirilsə də, ən irimiqyaslı məlumat sızıntıları məhz bu sahədə baş verir. Buna görə də ümumi məlumat bazasına görə külli miqdarda pul almaq olar. Bu ilin Avqust ayında hackerlər 6 milyon Instagram istifadəçisinin məlumatlarını oğurlamışdılar. Onların arasında məşhur insanların hesabları da var idi. Hackerlər xüsusi saytdan istifadə etmişdilər. Həmin sayt vasitəsilə istənilən şəxs digər insan barəsində məlumatları əldə edə bilərdi. Bir axtarış sorğusu üçün hackerlər bitcoin vasitəsilə 10$ ödəniş tələb edirdilər.

Tibbi kartlar:

Tibbi məlumatlara böyük tələbat var. Adətən insanlar barəsində külli miqdarda məlumatlar əldə etmək olur. Onların adları, ünvanları, sığorta nömrələri, telefon nömrələri və s. digər şəxsi məlumatıar. Bu ilin May ayında hackerlər Litvada yerləşən Grozio Chirurgija adlı plastik klinikasının məlumat bazasını oğurlamışdılar. Həmin məlumat bazasında 25.000-ə yaxın müştərinin məlumatları var idi. Qara bazarda məlumat bazasını 300 bitcoinə satırdılar. Klinikanın bir müştərisinin məlumatlarını isə 2000 avro qiymətinə satırdılar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1007   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Mumiyanı rentgen aparatına saldılar: ŞOK OLDULAR - "YAŞAYIR"

Misirdən İtaliyaya aparılan 3 min yaşlı mumiya rentgen aparatına salınıb. xəbər verir ki, məqsəd bu şəxsin yaşayış tərzini öyrənməkdir. Yekun nəticələr araşdırmalar yekunlaşandan sonra açıqlanacaq. Alimlərin sözlərinə görə, artıq onlar indidən təəccüblənməyə başlayıblar. Məlum olub ki, mumiyanın üzərind

8 sentyabr 2021
.

6 yaşlı Koko geyimləri ilə TƏƏCCÜBLƏNDİRİR - FOTOLAR

Moda 6 yaşlılar üçün ən vacib şey olmaya bilər, amma Koko üçün məsələ bir az fərqlidir. -a istinadən məlumat verir ki, Koko Tokioda mağazası olan bir ailədə dünyaya gəlib. Bu da balaca qızcığazın moda anlayışına çox böyük təsir edib. Hazırda o Yaponiyada bir moda simvolu hesab edilir. Onun "Instagram"d

8 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Biləcəri qəsəbəsində 7 sot torpaq sahəsi satılır!

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asef Zeynallı küçəsi, Respublika DYP ya tərəf gedəndə 3-cü küçədə 6,7 sot torpaq sahəsidir, yoldan 150 metr aralıdır. Köhnə məhəllədir, yaşayış çoxdur, özüm satıram, 2 hissəyə də bölüb satmaq mümkündür, torpağın eni 23,5 uzunu 28,5 metrdir. Qaz,su,işıq kanalizasiy

8 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

"Google" xəritəsindən mistik görüntü - VİDEO

Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd

7 sentyabr 2021
.

Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR

Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə

16 sentyabr 2021