Rza Zərrabla adı hallanan azərbaycanlı bank müdiri danışdı

Rza Zərrabla adı hallanan azərbaycanlı bank müdiri danışdıBir müddət əvvəl Nyu-Yorkda məhkəmə önünə çıxarılan Cənubi Azərbaycan əsilli iş adamı Rza Zərrabın işində azərbaycanlıların da adı keçir. Azərbaycanlıların sayı 3 nəfərdən ibarətdir. Belə ki, onlardan biri Vidadi Bədəlovdur ki, adı 2013-cü ilin dekabrında Zərrabın Türkiyədə həbsindən sonra bəlli olmuşdu. Digər 2 nəfərə gəlincə, onların Əhməd Məmmədov və Şamil Məmmədov olduğu qeyd edilir.

Əhməd Məmmədov Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun ("Sığorta Mamed"kimi məşhurdur-red.) kiçik oğludur. İddialara görə, bu işdə onun adı hallanır. Azər Türk Bank-ın Mərkəz filialının müdiri olan Əhməd Məmmədovun adının Rza Zərrab işində hallanması mətbuat səhifələrində qırmızı xətt kimi keçir.

Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun oğlu Əhməd Məmmədov özü haqqında yayılan məlumatlarla bağlı Modern.az-a açıqlama verib.

"Birincisi, Məmmədov Əhməd Məmməd oğluyam. İkincisi, biznesmen deyiləm. Uzun müddətdir ki, bank sistemində çalışıram. Hər hansı biznes işinə malik deyiləm. Üçüncüsü, Rza Zərrab işində adı keçən Əhməd Məmmədovun mənə heç bir aidiyyatı yoxdur. Rza Zərrabla yaxından-uzaqdan heç bir əlaqəm yoxdur. Tanımıram. Dördüncüsü, Azərbaycanda Əhməd Məmmədov ad və soyadı o qədər populyardır ki, hər 3 adamda var. Ümumiyyətlə, nə şəxsi biznesim var, nə də Rza Zərrab tanıyıram".

Mətbuatda məhz Əhməd Məmmədov adının hallanmasına gəlincə, müsahibimiz belə cavab verib:

"Dəqiq deyə bilmərəm. Ola bilsin ki, internetdə axtarış verəndə ilk mənim adım çıxır.Heç kəslə şəxsi qərəzliyim yoxdur"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1185   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021