Türkiyədə villa alan azərbaycanlıların sayı artıb

Türkiyədə villa alan azərbaycanlıların sayı artıbAzərbaycanlılar Türkiyədən bahalı evlər almağa başlayıblar. Bu Fins.az-a açıqlamasında Türkiyənin "Elit Group" inşaat, əmlak və investisiya şirkətinin nümayəndəsi Yulia Barsan məlumat verib. Onun sözlərinə görə, şirkətin əsas premium müştərilərinin bir hissəsi varlı Azərbaycan vətəndaşlarıdır.
O bildirib ki, hazırda şirkətin Alanya bölgəsində tikdiyi layihələrdə evlərin qiyməti 50 min avrodan başlayır. Azərbaycanlı müştərilər əsasən 500 min -1 milyon avro dəyərində evləri, villaları alırlar. Söhbət dəyəri 2 milyon manat olan evlərdən gedir.
Y.Barsan azərbaycanlı müştərilərin hər il artdığını bildirib. Belə ki, 2017-ci ildə şirkətin Azərbaycandan olan müştərilərinin sayı ötən illə müqayisədə 10% artıb: "Azərbaycanda daşınmaz əmlak sərgisində iştirak etməyimiz də məhz yeni müştərilər cəlb etməklə bağlıdır. Bizi Azərbaycandakı daşınmaz əmlak sərgisinə də varlı müştərimiz dəvət etdi. Buradan yeni müştərilər əldə edəcəyimizə ümid edirik".

Dünyada   Baxılıb: 1306   Tarix: 07 dekabr 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR