Stiv Cobs - dahi psixopat: "Ona izah edə bilmirdim ki, evə divan almaq lazımdır"

Stiv Cobs - dahi psixopat: "Ona izah edə bilmirdim ki, evə divan almaq lazımdır"Stiv Cobs haqqında çox yazıblar.
Axı o, müasir dünyanı dizayn edən adamlardan biri idi.
Təkrarçılıq etməyəcəyik.
Dahi idimi? Şübhəsiz!
Psixopat idimi?
Sonxeber.az Publika.az-a istinadən Stiv Cobsun yaşam tərzi və xarakteri haqqında az adama məlum olan faktları təqdim edir:
Cobs düşünürdü ki, ABŞ-da avtomobil nömrə nişanlarının şriftləri çox eybəcərdir. Bu, onu çox narahat edirdi. Hər dəfə öz avtomobilinin nörmələrini görəndə əhvalı korlanırdı.
Nəhayət, çıxış yolu tapdı. Kaliforniya şatatının qanunlarına görə, yeni avtomobil alanda nömrəni 6 ay ərzində taxmaq lazımdır. Bu, o demək idi ki, avtomobili 6 ay nömrəsiz sürmək olar.
Cobs avto-salonla razılığa gəldi ki, hər 6 ayda bir ona eyni rəngdə, eyni marka avtomobil gətirsinlər.
Beləcə, Cobs özünün gümüşü Mersedes-Benz SL55-ini hər 6 ayda bir yeniləyərək nömrəsiz sürdü.

Çoxlarına məlumdur ki, Stiv hər zaman eyni cür geyirdi: "Levis"dən mavi cins, "New Balance"dan ayaqqabı və sadə, qara, uzunboğaz sviter. Deyirlər ki, Cobs hər dəfə paltar alarkən vaxt itiməməkçün belə edirdi. Amma bu, kökündən yanlışdır.
Məsələ bu ki, Cobs geyimə uniforma kimi baxırdı. Yuxarıda qeyd etdiyimiz geyimlər onun uniforması idi. O, həmişə uniformada gəzirdi.
Cobs prefeksionist idi. "Prefeksionist" termini hər şeyin ideal formasını tələb edən insanların psixoloji durumunu ifadə edir. Bütün işlər onun şəxsi razılığı ilə edilməli idi. Hər bir detal onunla razılaşdırılmalı idi.
Cobs mebelləri sevmirdi. Hələ subaykən evdə döşək, masa və bir-iki stuldan savayı heç nə yox idi. Evləndikdən sonra da vəziyyət bir o qədər dəyişmədi.
"Biz düz səkkiz il evə alınacaq mebelləri müzakirə etdik, - Cobsun arvadı Lauren danışır – məsələn, mən Stivə izah edə bilmirdim ki, evə divan almaq lazımdır. O, tez-tez soruşurdu ki, evdə divan nə işə yarayır?"
"Apple"in ofisindəki bütün pəncərələr küt idi: şəxsən Cobsun istəyi ilə pəncərələri elə düzəltmişdilər ki, açıb-bağlamaq mümkün olmasın. Cobs düşünürdü ki, adi işçilərə nəyisə açmağa icazə vermək olmaz. Onlar hər şeyi korlaya bilərlər.
Ölüm yatağında olarkən belə, Cobs ona nəzarət edəcək 3 tibbi bacısını seçmək üçün düz 67 dəfə kastinq təşkil etmişdi.
Bir dəfə o, güclü sakitləşdirici təsiri altında olmasına baxmayaraq, oksigen maskasını çıxarıb atmış və demişdi ki, maskanın dizaynı xoşuna gəlmir, daha bir-neçə varianta baxmaq lazımdır.
Stiv Cobs - dahi psixopat: "Ona izah edə bilmirdim ki, evə divan almaq lazımdır"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1283   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

16 sentyabr 2021
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA

Psixoloqlar tez-tez selfi (selfie) çəkib sosial mediada paylaşanların Selfitis xəstəliyinə tutulmaq ehtimalının ola bildiyini və psixoloji yardıma ehtiyac duyduqları barədə xəbərdarlıq edirlər. Bu barədə The Daily Telegraph qəzeti yazır. Qəzet yazır ki, Selfitis termini, çox selfi çəkənlər üçün ilk dəf

14 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021