103 il yaşayan məşhur cərrahdan uzunömürlülük SİRRİ - MÖHTƏŞƏM SAĞLAMLIQ RESEPTİ

103 il yaşayan məşhur cərrahdan uzunömürlülük SİRRİ - MÖHTƏŞƏM SAĞLAMLIQ RESEPTİUzun və məhsuldar həyat - 103 il yaşamış məşhur cərrah, professor Fyodor Qriqoryeviç Uqlov qibtə oyadan sağlamlığa malik idi.

Onun adı dünyanın ən yaşlı cərrah kimi Ginnessin Rekordlar Kitabına düşüb.

Həkimin yüksək əhval-ruhiyyəsini və həyata eşqini qoruyub saxlamağa yardımçı olan qaydalarla tanış edir.

Professor artıq çəki ilə qida qəbulunun normadan artıq olmasının bir çox xəstəliklərin səbəbi olduğunu və vaxtında ifratçılıqdan imtina ediləcəyi təqdirdə, vəziyyətin əməliyyata çatdırılmayacağının mümkün olduğunu hesab edirdi. Onun fikrincə, artıq çəki immunitetlə çalışma qabiliyyətini zəiflədir. Artıq çəkinin yetkin yaşda - maddələr mübadiləsinin zəiflədiyi, fiziki fəallığın isə, bir qayda olaraq, azaldığı dövrdəki zərəri xüsusilə böyükdür.
***
Professor Uqlovun qaydaları:
yüksək fiziki və əqli aktivlik;
əmək və istirahət rejiminə ciddi riayət olunma;
möhkəmləndirmə (bədənin soyuq su ilə yuyulması);
sutkada 7-8 saatdan az olmayan yuxu;
spirtli içkilərlə siqaretdən tam imtina olunma;
qidada məhdudiyyət.
***
Professorun qidalanma prinsipləri:
Professor yumurta, yavan ət, balıq, tərəvəz, meyvə, kəsmik və digər süd məhsullarını, həmçinin məhdudiyyətsiz maye qəbulunu sağlam qida hesab edir. Ağ çörəkdən və şirniyyat məmulatlarından tamamilə imtina olunmasını, yalnız qara çörəyin az miqdarda - sutkada 150 qramdan çox olmamaq şərtilə qəbulunu tövsiyə edir. Həmçinin hisdə qurudulmuş və duzlu məhsullardan da imtina edilməlidir. O, qidanın kiçik porsiyalarla - gün ərzində 4 dəfədən artıq olmayaraq qəbulunu müvafiq hesab edir.
Fyodor Qriqoryeviçin pəhrizi:
Özü tərtib etdiyi pəhrizi "Şərq pəhrizi" adlandırırdı. Bu pəhrizə riayət etməklə, çəkini 3-5 kiloqrama qədər azaltmaq mümkündür, həmçinin bu pəhriz orqanizmin təmizlənməsi üçün də son dərəcə əlverişlidir. Sözügedən pəhriz münasib şəkildə tənzimləşdirilmiş, asanlıqla qatlaşılan və kalorilərin hesablanmasını tələb etməyən bir pəhrizdir. Qida qəbulu saatlarının müəyyən olunması daha məntiqli olardı, lakin istənilən qrafikə uyğunlaşdırmaq da olar.
Həkim Uqlovun gündəlik pəhriz rasionu:
9:00 - qara çay və ya 1 çay qaşığı şəkər əlavə olunmuş natural qəhvə.
11:00 - 1 ədəd bişmiş yumurta, 8 ədəd suda isladılmış qara gavalı qurusu.
14:00 - 200 qram yağsız bişmiş ət (toyuq, mal, yavan donuz əti), 100 qram təzə və ya bişmiş kələm, yaxud da kök, 1 ədəd portağal.
17:00 - 30 qram bərk, yağsız pendir, portağal və ya alma.
20:00 - 250 milliqram kefir, qatıq, tərkibində əlavələr olmayan natural yoqurt.
Yemək süfrəsindən tam doymamış, bir qədər ac vəziyyətdə ayrılın. Yeməkdən sonra nə istirahət edin, nə də yatın. Axırıncı qida qəbulu yatmazdan bir neçə saat əvvəl olmalıdır. Hətta xristian deyilsinizsə də, kilsə pəhrizlərinə etinasız yanaşmayın. Vaxtaşırı heyvan mənşəli məhsullardan imtina etmək də faydalıdır. Daim hərəkətdə olun!
Qida sadə və natural olmalıdır. (publika.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3250   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Payız soyuqdəyməsindən bunlarla qorunun

Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana

17 sentyabr 2021
.

Koronavirusa qarşı kimin immuniteti daha güclüdür?

Çində koronavirusa yoluxmuş 70 min insanın analizləri əsasında araşdırma aparılıb. Məlum olub ki, bu xəstəliyin yalnız 1% -i uşaqlarda və yeniyetmələrdə olur. Ən az risk 0-19 yaş arasıdır. Həkimlər bunu yaşdan asılı olaraq orqanizmin qoruyucu funksiyalarının zəifləməsi ilə əlaqələndirirlər. Uşaqları

8 sentyabr 2021
.

Vitamin və minerallarla zəngin QİDALAR

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs

11 sentyabr 2021
.

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini

14 sentyabr 2021
.

Oynaqlarınız ağrıyırsa, bunları yeyin

Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz

8 sentyabr 2021
.

Ağıl dişi problemi - Kökündən çıxartmaq, yoxsa müalicə?

Stomatoloqların baş bəlası olan "Ağıl dişi" mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır. dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir. Müdrikli

17 sentyabr 2021
.

Niyə vaksin vurdurmazdan öncə insanlardan "COVID-19" analizi götürülmür? - AÇIQLAMA

İnsanlar arasında vaksin vurdurduqdan sonra yoluxanların sayı artmaqda davam edir. Bunu vaksinasiya ilə əlaqələndirənlər var. Düşünürlər ki, məhz vaksin vurdurduqları üçün virusa yoluxublar. Bəziləri isə vaksin vurdurduqda artıq koronavirus xəstəsi olduqlarını güman edirlər. Bəs niyə vaksin vurdurmazda

17 sentyabr 2021
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

15 sentyabr 2021
.

Arpa suyu - süd artıran vasitə

Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır. -ın Sağlamolun.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır

8 sentyabr 2021