Ermənilərlə işbirliyi olan Xalq artistinin QIZI HƏR ŞEYİN ÜSTÜNÜ AÇDI: "Bəlkə buradan getdim, onlar mənimçün..."

Ermənilərlə işbirliyi olan Xalq artistinin QIZI HƏR ŞEYİN ÜSTÜNÜ AÇDI: "Bəlkə buradan getdim, onlar mənimçün...""Bəzi adamların Şəfanın uğurlarını deyil, həyatındakı pis və ermənilərlə bağlı hadisələrdən xəbər tutub onu qabartmağa çalışdıqlarına artıq öyrəşmişəm. İlk növbədə onu qeyd etməliyəm ki, erməni ilə əməkdaşlıq etməmişəm. Məni ittiham edənlər niyə Azərbaycanı İranda, Rusiyada və başqa ölkələrdə peşəkar stilist kimi təmsil etməyimdən danışmırlar? İranda məni qarşılamaq üçün 240 nəfər toplanmışdı, hətta fişənglər atdılar. Niyə xəbər saytları bir dəfə də olsun mənim nailiyyətlərimdən yazmır? Heç olmasa Azərbaycan vətəndaşının başqa ölkədə belə yüksək səviyyədə qarşılanmasından yazardılar... Əsl vətənpərvər insan işgüzar Azərbaycan qadınının yaxşı işlərini üzə çıxartmalıdır. Öz ölkəsi üçün çox işlər görən insanı cəmiyyətə təqdim etməli idilər. Qoy hamı bilərdi ki, Azərbaycanda belə xanımlar da var. Həmişə sadə insan olmuşam, özümü tərifləməyi özümə rəva görməmişəm. Amma daha susmayacam".

Bu sözləri erməni stilist Alis Ataxanyanla işbirliyi görməkdə günahlandırılan Xalq artisti Ramiz Novruzun qızı və azərbaycanlı makiyaj ustası Şəfa Novruzova deyib. O, sosial şəbəkədə ünvanına səsləndirilən tənqidlərə cavab verib:
"Georgi Kot məsələsində də onun anasının erməni olduğundan xəbərim yox idi. Sağ olsunlar ki, mənim yerimə onun kimliyi və miliyyəti ilə maraqlanıblar. O qədər sadəlövh adamam ki, Georginin anasının soyadını axtarmaq ağlıma gəlməyib. Onun anasının erməni olduğunu da sonradan mənə yazılan rəylərdən bilmişəm, atası isə rusdur. Bizdə də belə qəbul olunub ki, ata haralıdırsa, uşaq da oralı sayılır. Halbuki, məndən başqa da Azərbaycanın ən məşhur stilistləri Gerorgenin yanına gediblər, onlar haqqında isə heç kim heç nə yazmadı. Ad çəkmək istəmirəm, amma çoxlarının getdiyi mənə dəqiq məlumdur. Ondan dərs aldığım üçün məni təndiq edirdilər, indi isə bilsinlər ki, Amerikada erməni olduğunu dediyiniz şəxs mənim pul yığanım olacaq. Mən ona yox, o, mənə xeyir verəcək. Alis Ataxanyan təşkilati işlərə baxır".
Stilist Alis Ataxanyanın da erməni əsilli olduğundan xəbərsiz olduğunu söyləyib:
"O, şirkətin adi işçisidir. Şirkət isə irlandlarındır. Alisin soyadına nə mən, nə də ki, menecerim fikir verib. Haradan ağlıma gələrdi ki, Amerikada fəaliyyət göstərən şirkətdə erməni işləyə bilər. Əslində Alis rus dilini bildiyi üçün bizə yönləndirilib, ona bizimlə əlaqə saxlamaq tapşırılıb. İndi də desinlər ki, Şəfa ermənilərə dərs verməyə gedir".
Makiyaj ustası Moskvada verdiyi ustad dərslərə erməni tələbələrin gəldiyini də gizlətməyib:
"Axı mən təşkilatçılara necə deyim ki, erməni tələbələr istəmirəm? Yaxud dərslərdə bir neçə erməni olduğu üçün imtina etməliyəm? Master-klasslarıma erməni tələbələrin gəldiyini də iş prosesində öyrənirəm. Vallah məndən ötrü ölürlər, ürəkləri gedir, şəkillərimi çəkib instaqramda paylaşırlar. Onlara adi tələbəm kimi baxıram, mən onlar üçün kumir və top stilistəm. Vətənpərvər insanam ki, ölkəmin adını hər yerdə qaldırmaq üçün çalışıram. Sosial şəbəkədə məni tənqid edən "padsan" oğlanlardan soruşmaq lazımdır ki, bu vətən üçün nə ediblər?".
Ş.Novruzova instaqram hesabındakı 1 milyona yaxın izləyicisinin içərisində çoxlu sayda əcnəbilərin olduğunu vurğulayıb:
"Səhifəmin izləyici sayını artırmaq üçün ona bir qəpik də pul qoymamışam. Bu gün dünyanın ən məşhur makiyaj səhifələri məni izləyir, artıq top stilistlərin arasına girmişəm. Qoy, fəxr etsinlər ki, Azərbaycanın dünyada tanınan mənim kimi stilisti var. Bu gün heç azərbaycanlı müğənniləri məni xaricdə qarşıladıqları kimi qarşılamırlar. Elə təəssürat yaranmasın ki, özümdən razı adamam, qətiyyən, çox sadə insanam. Lakin yayılan xəbərlər və instaqrama yazılan rəylər məcbur edir ki, sözümü deyim. Sənətə qarşı məndə bir qədər paxıllıq olub. Həmişə istəmişəm ki, dünyanın tanınan makiyaj ustalarından olum. Düşünürdüm ki, necə olur ki, dünənin uşağı məşhur olur? 20 ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərirəm, illərlə öz üzərimdə işlədim və hər kəsə sübut elədim ki, Azərbaycandan da top stilist çıxa bilər. Axı bunun nəyi pisdir? Öz sahəmdə həmişə iddialı olmuşam. Məndən başqa dünyada populyar olan azərbaycanlı stilist yoxdur. Ağlıma gəlməzdi ki, nə vaxtsa Amerikada da tanınaram. Bunun özü böyük xoşbəxtlikdir. Balalarımın və atamın canına and içirəm ki, bütün bunları pula görə etmirəm. Ordan qazandığım pullar onsuz da yola xərclənir. Allaha and olsun ki, əsas məqsədim Azərbaycanın adını tanıtmaqdır. Öz gələcəyimi qurmağa çalışıram. Onsuz da orada qazındığım pulları Bakıda üç günə qazanıram, pul mənim üçün maraqlı deyil. Əsas istəyim odur ki, gördüyüm işin keyfiyyəti ilə tanınım".
Stilist ölkədən getmək fikrində olduğunu da gizlətməyib:
"Ola bilsin ki, başqa ölkəyə köçüm. Onda da başqa dövlətin adını qaldıracam. Ölkə itirəcək, mən yox. Bu gün məndən dərs almaq üçün Rusiyadan, İsraildən, İrandan və başqa ölkələrdən nə qədər tələbə gəlir. Mənim sayəmdə Bakıda turistlərin sayı artır. Yalandan özümü tərifləməyi sevmirəm, həmişə iş göstərmişəm. Amma ustad dərsləri vermək üçün dəvət aldığım şirkətdə bir nəfər erməninin çalışmasını bu qədər şirşirtmələri qəlbimi qırırır. Maraqlısı odur ki, həmin şəxsin erməni olduğundan heç məlumatım da olmayım. Əgər saytlarımız uğurlarımı işıqlandırmırsa, mənimlə bağlı digər məsələlərdən də yazmaqlarına ehtiyac yoxdur".
Məlumat üçün bildirək ki, Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzovanın ABŞ-da fəaliyyət göstərən "Beyond Beauty Parlor" studiyasının rəhbəri Alis Ataxanyanın dəvəti ilə ustad dərslərinə getməsi xəbərləri sosial şəbəkələrdə tənqid edilib.
Şəfa Novruzovanın adı ötən il erməni əsilli stilist Georgi Kotla birgə hallanırdı. Stilist erməni əsilli həmkarı ilə münasibət qurmasına görə ictimaiyyətin ciddi tənqidlərinə tuş gəlmişdi.
Qeyd edək ki, stilsitin qarşıdakı aylarda Amerika ilə yanaşı, Qazaxıstan, Tümen, Almaniya, İstanbul, Rusiya və Dubayda ustad dərsləri verməsi planlaşdırılıb./publika


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 4923   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021