Erməni əsgəri öz hökümətinə qarşı ayağa qalxdı - VİDEO+FOTOLAR

Erməni əsgəri öz hökümətinə qarşı ayağa qalxdı - VİDEO+FOTOLAR2 iyun 2017-ci ildə Qarabağdakı separatçı rejimin Madagiz yaşayış məntəqəsində yerləşən hərbi hissədə 10 ay xidmət etdikdən sonra çavuş Levon Qazaryan qoşunların təmas xəttinin Talış istiqamətində döyüş növbətçiliyini dəyişərkən yaralanıb.
Sonxeber.az Xeber.News-a istinadən bildirir ki, bu barədə məlumatı erməni mətbu orqanları yayıb. Yayılan məlumata görə erməni hərbçisi səslər eşitdiyini və posta diversiya həyata keçirildiyini, hücum edildiyini düşünərək qarşısını almaq istədiyni bildirib. Onun sözlərinə görə yaralandıqdan sonra avtomobil yolu olmadığına görə əsgər yoldaşları onu 800 metrədək məsafədə daş və torpaq arasından əlləri ilə sürüyərək aşağı endiriblər. Oradan maşınla Ağdərədəki hərbi hospitala aparılıb. Atası Aleksan Qazaryanın dediyinə görə onu Ağdərədə əməliyyat edərək, ağciyər və qaraciyərinin yaralarını tikiblər.
Çavuş Levon Qazaryan hadisə barədə bunları deyib: "Həmişə ön xətt mövqelərində səslər gəlirdi, ancaq hadisə günü eşidilən səs biraz daha fərqli və yaxın səs idi. Silahların doldurulması və ayaq səsləri kimi səslər eşitdim. Müşahidə aparmaq üçün görünməmək şərti ilə qismən qalxdım, dönən məqamda atəş açdılar. "Düşmən" snayperinin açdığı 2 atəşdən biri erməni əsgəri levonun sağ ağciyər və qaraciyərinə xəsarət yetirib".
Levon Qazaryanın əməliyyatı 5 saat davam edib. Əməliyyat zamanı 2 dəfə ürəyi dayanıb. Onun ağciyərinin bir hissəsi çıxarılıb, müxtəlif nahiyyələrində qırıqları olub. Vəziyyəti ağır olduğundan süni nəfəsalmaya qoşularaq hava nəqliyyatı ilə İrəvana təxliyyə edilib. İrəvan hospitalının reanimasiya şöbəsində 2 ay müalicə olunub. Onun yaralanması haqqında ailəsinə hərbi komissarlıq məlumat verib. İndi sağlamlığının bərpa mərhələsindədir. 1 il xidmət müddətindən sonra hərbi xidmətə yararlı olmadığına görə təxris edilib.
Əlillik dərəcəsi almaq üçün Eçmiədzin şəhər sosial təminat şöbəsinə müraciət edib. Komissiya müayinə etdikdən sonra ona əlillik dərəcəsinin verilməsi müraciətini rədd edib. Komissiya heyəti izah edib ki, bundan öncəki qanunla əlillik dərəcəsi verilə bilərdi, ancaq qanunda baş vermiş son dəyişikliyə görə əlillik dərəcəsi düşmür. Həkimlər onun valideynlərinə deyib ki, şükür et ki, övladın əlil olmayıb. Ancaq valideynlər deyir ki, sağlam vermişəm, sağlam qaytarın, onun döş qəfəsində 50-dək tikiş var və ağciyərinin yarısı yoxdur.
Yaralı erməni əsgərinin valideynləri sakit olsalarda, onların qohumları yaranmış vəziyyətə narazılıq bildirir. Onların izah tələb edir ki, bəs hər ay maaşlarımızdan hərbi qulluqçulara sığorta adı ilə tutulan 1000 dram vəsaiti kimə verirlər, yaralı Levon Qazaryana heç bir sığorta vəsaiti verilməyib.
Atası banklardan məcbur kredit götürməklə müalicə xərclərini ödəyir.
Yaralı erməni əsgərin atası bildirib ki, nə müdafiə nazirliyindən, nə də qulluq etdiyi Ağdərədəki hərbi hissəsindən heç kim maraqlanmayıb. Heç bir dövlət yardımı edilməyib.

Erməni əsgəri öz hökümətinə qarşı ayağa qalxdı - VİDEO+FOTOLARErməni əsgəri öz hökümətinə qarşı ayağa qalxdı - VİDEO+FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3227   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19 aprel
.

Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib

Moskva yaxınlığında Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib. Məlumata görə, 61 yaşlı iş adamı ona məxsus olan "Yunis" adlı mağazaya yaxın parklanma yerində öldürülüb. Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilində

20 aprel
.

Diqqət! Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq - Bunları edin...

Bu gün Yerdə geomaqnit qasırğası olacağı proqnozlaşdırılır. Bakıda qasırğa günorta saat 12:00-dan etibarən öz təsirini göstərməyə başlayacaq və 21:00-dək davam edəcək. xəbər verir ki, bu barədə məlumat Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytında yer alıb. Geomaqni

20 aprel
.

Bakıda yarım milyona Quran satılır? - FOTO

Azərbaycanda yarım milyona Quran kitabı satışa çıxarılıb. xəbər verir ki, bu barədə saytlardan birində elan yerləşdirilib. Qeyd edilib ki, kitab XIX əsrdə miniatür litoqrafiya ilə işlənmiş Osmanlı Quranıdır. Bu kitabı, xüsusilə Birinci Dünya müharibəsində vuruşan bəzi müsəlman əsgərlər üzərlərində gəzdirirmişlər

19 aprel
.

Bakıda taxta bazarı yanır: Mübarizə tədbirləri davam etdirilir - YENİLƏNİB +VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzr

20 aprel
.

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universiteti Elm və Təhsil Nazirliyini

20 aprel
.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel
.

Teleqramda da stikerlər düzəltmək mümkün olacaq

Teleqram tərtibatçıları messencerə stiker yaratmaq üçün yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. "Qafqazinfo" xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. Stikerlər yaratmaq üçün müvafiq bölməyə keçin və " işarəsinin üzərinə klikləyin

19 aprel
.

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilib

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti "BakuBus" MMC tərəfindən həyata keçiriləcək. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib. Bu marşrut xətti "Dərnəgül" metrostansiyas

20 aprel