Azərbaycanda qadınlara da, kişilərə də TƏHLÜKƏ: Həyəcan təbili çalındı

Azərbaycanda qadınlara da, kişilərə də TƏHLÜKƏ: Həyəcan təbili çalındıSon 11 ildə Azərbaycanda qadınlar arasında sonsuzluq halları iki dəfə artıb. 2005-ci ildə Azərbaycanda 1117 nəfər qadın ilk dəfə qadın sonsuzluğu diaqnozu ilə qeydə alınıb. 2011-ci ildə bu rəqəm 1 776, 2014-cü ildə 2 294, 2015-ci ildə 2 314, 2016-cı ildə 2 208 olub.
Hər 100 000 nəfər qadın arasında sonsuzluq diaqnozu ilə qeydiyyata alınan qadınların sayı 2011-ci ildə 26,3 nəfər, 2014-cü ildə 48,5 nəfər, 2015-ci ildə 48,4, 2016-cı ildə 45,7 nəfər olub.

Qadınlarda sonsuzluğun artma səbəbləri nələrdir?
Məsələ ilə bağlı uzman cərrah-ginekoloq Nərmin Qəribova Modern.az-a danışıb. O bildirib ki, son zamanlarda yalnız ölkəmizdə deyil, dünyada da sonsuzluq hallarında artım müşahidə edilir:

"Bir illik qorunmasız düzənli cinsi əlaqəyə baxmayaraq hamiləliyin baş tutmaması sonsuzluq adlanır. Bir siklus müddətində qorunmasız cinsi əlaqə sonrası qadının hamilə qalma şansı 20 faizdir.

Son dövrlərdə nəinki Azərbaycanda, həmçinin dünyada da sonsuzluq halları artıb. Bunun önəmli səbəblərindən biri qadının sosiallaşması ilə bağlı ailə qurma yaşının artmasıdır. Hamiləlik kriteriyaları arasında yaş önəmli faktorlardan biridir. Digər tərəfdən bədən-kütlə indeksində normadan çox artis ( ətraf mühit, qidalanmada olan dəyişiklik, müasirləşmə ilə əlaqəli hərəkət qabiliyyətində yaranan məhdudluq və. s), cinsi yolla yoluxan xəstəliklərin artması, zərərli vərdişlər ( siqaret, alkoqollu içkilər) kimi amillər də var. Sonsuzluğu yaradan amillər müxtəlifdir. Səbəblərin 1/3 hissəsi qadınla, 1/3 hissəsi kişiylə bağlı olsa da, qalan hallarda səbəb aşkarlanmaya da bilər".

N.Qəribova qadın və kişi sonsuzluğuna səbəb olan amillərdən söz açıb:

"Qadın sonsuzluğunu yaradan amillər: uşaqlıqla bağlı ( anomaliyalar, arakəsmə, miaoma), yumurtalıqla bağlı (kistlər, polikistoz, vaxtından öncə yumurtalıq yetməzliyi), uşaqlıq boruları ilə bağlı ( hidrosalpinks, pyosalpinks) endometrioz, hormonal səbəblər ola bilər.
Kişi sonsuzluğunun əsas səbəbləri: hormonal, testikulyar, sperm daşıyıcı kanallara aid problemlər, infeksiya, travma.
Sonsuzluq səbəblərdən asılı olaraq anadangəlmə, (daha çox uşaqlıq anomaliyaları, hipogonodotropik hipoqonodizm) eyni zamanda sonradan da ola bilər (xromosom anomaliyalari ilə əlaqəli ( turner sindromu , klynfelter sindromu).
Əksər hallarda sonradan yaranan problemlər - mioma, keçirilmiş əməliyyatlar, endometrioz, hormonal pozğunluqlar, vaxtından əvvəl yumurtaqlı yetməzliyi və ikincili sonsuzluq şəklindədir".

Cərrah-ginekoloq bildirib ki, sonsuzluğun müalicəsi yaranma səbəbinə görə dəyişir:

"Təbii ki, son zamanlarda tibbin inkişafı, xüsusilə süni mayalanmada əldə olunan nailiyyətlərlə bağlı artıq sonsuzluq problemi ciddi şəkildə azalıb.

Bununla mübarizə aparmaq mümkündür. 35 yaş üzəri ailə quran, enxometrioz xəstəliyi, keçirilmiş cərrahi müdaxilələri , ailəsində vaxtından öncə yumurtalıq yetməzliyi problemi olan xanımlar bir ilin tamamını gözləmədən, 6 ay sonra həkimə müraciət etməlidir. Həmçinin sonsuzluq problemində ilkin olaraq və tək tərəfli qadının müayinədən keçməsi və müalicə olunmasının düzgün olmadığını, kişinin də mütləq müayinədən keçməsini təmin etməli və bu istiqamətdə maarifləndirmə tədbirləri aparılmalıdır".

Müsahibimiz qeyd edib ki, son dövrlərdə sonsuzluq problemi ilə müraciət edən xanımların sayında, xüsusilə gənc yaşlarda bu problemi yaşayan xanımların sayında artım müşahidə edilir.

"Bu zaman ilkin olaraq kişinin müayinədən keçməsi məsləhətdir. Çünki sperma analizi ən asan və maddi baxımdan az xərc tələb edən analizdir. Təəssüf ki, sonsuzluq problemi yaşayan cütlüklərdə ilk ağıla gələn elə qadın olur.

Bəzən uzun illər, dəfələrlə qadın müayinə edilib problem aşkarlanmadığı halda belə müalicə alır. Amma həyat yoldaşının bir dəfə də olsun müayinədən keçmədiyini görürük.

Unutmayaq ki, sonsuzluq qarşılıqlı yarana biləcək bir problemdir və cütlüklər birlikdə konsultasiyadan keçməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2882   Tarix: 09 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

Qubada qəzalı durumda olan elektrik dirəkləri nə zaman yenilənəcək? - RƏSMİ AÇIQLAMA + VİDEO

Quba rayonunun Dalıqaya kəndində elektrik xətləri və dirəkləri qəzalı vəziyyətdədir. Bu barədə Bizim.media-ya kənd sakini Ramin İsmixanov məlumat verib. Bildirib ki, elektrik dirəkləri qəzalı və istifadəyə yararsızdır. Elektrik dirəklərindən biri də onun həyətində yerləşir. Külək olan kimi təhlükəl

25 aprel
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel