Azərbaycanda yeni olan texnologiya – Faydalıdır yoxsa ziyanlı?

Azərbaycanda yeni olan texnologiya – Faydalıdır yoxsa ziyanlı?Hazırda dünyada trend olan innovativ yeniliklərdən biri də virtual reallıq texnologiyalarıdır.

Xarici mediada hər gün virtual reallıq (virtual reality) və artırılmış reallıq (augmented reality) texnologiyaları üzərində müxtəlif oyun və məhsullarının hazırlanması ilə bağlı məlumatları oxuyuruq.

Belə ki, artıq nəhəng informasiya texnologiyaları şirkətləri bu sahəyə daha çox diqqət ayırır və getdikcə rəqabətin kəskinləşdiyini nəzərə alaraq özlərinə bu istiqamətdə yer tutmaq üçün böyük məbləğlərdə yatırımlar edir.

Hətta bu yaxınlarında Facebook-un qurucusu Mark Zuckerberg də virtual reallıq texnologiyalarının sürətlə inkişaf etdiyini vurğulayaraq qarşıdakı 10 ildə bu sahəyə 3 milyard dollardan çox investisiya qoymaq məcburiyyətində olduğunu açıqlayıb.

Son dövrlər Azərbaycanda da bu istiqamətdə ciddi addımlar atılır. Belə ki, gənclərimiz virtual reallıq texnologiyaları ilə bağlı yerli məhsullar hazırlayaraq bazara təqdim edir.

Oyun tərtibatçısı Bakir Omarov Modern.az-a açıqlamasında Azərbaycanda bu bazarın hələ təzə-təzə yaranmağa başladığını qeyd edib.

"Dünyada "FunZone"lar yaradılıb ki, insanlar ilk dəfə bu oyunlarla belə tanış olurlar. Sonra is öz eynəklərini alıb evlərində istifadə edirlər. Amerika, Kanada, İngiltərə artıq bu mərhələdədir. Azərbaycan isə hələki birinci mərhələdədir. Alış-veriş mərkəzlərimizdə virtual reallıq oyunları var. Ümumiyyətlə, gəlir baxımından da virtual reallıq oyunları o qədər də məşhur deyil. Amerikada bir fərd aya 5-10 min dollar qazanırsa, onun üçün 600-700 dollar verib virtual eynək almaq elə də problem deyil. Azərbaycanda yerli bazardan almağa çalışsaz, bu qiymət 2000-3000 manat arası dəyişir. Ortalama maaşa baxanda inanmıram ki, bizdə kimsə gedib bu qiymətə eynəkləri alsın".

Tərtibatçı deyir ki, bu eynəklərə əyləncə sevənlərin və zəngin insanların tələbatı daha çoxdur.
"Oyun zonalarına isə necə ki "Playstation"a gedirlər eləcə də gedib virtual oyunlar oynayırlar. Məsələn, "Paintball" oynayırsınızsa, hamı eynəkləri taxır, komanda-komandaya qarşı oynayır və əylənirlər"

Bakir Omarov studiyada hazırladıqları oyunları xarici auditoriyaya ünvanladıqlarını vurğulayıb.

"Azərbaycan bazarında heç bir gəlir mənbəyi görmürük. Ona görə də oyun yaradanda xaricilərin istəkləri və xarici bazarda olan boşluqları nəzərə alırıq. Xarici marketoloqlarla məsləhətləşirik.

"Mad West" oyununu sırf xarici marketoloqlar işləyib. Söhbət 19-cu əsr Amerikasından getdiyinə görə, ünvanlandığımız əsas bazar Amerika bazarıdır. Kommersiya məqsədlidir və gələcəkdə bizə gəlir gətirəcək. Gəlirlərimiz və uğurlarımız artıqdan sonra sosial layihə olaraq Azərbaycana, onun tarixinə aid bir neçə oyunlar yaradacağıq. Dünyada tanındıqdan sonra, bu oyunları dünya bazarına çıxartmaq da rahat olacaq. Amma əvvəlcə Azəbaycana aid oyun çıxarmaq səhv olardı. Çünki biri var sizi bir neçə insan tanıyır, biri də var dünyada tanınırsan. Sizi tanıdıqdan sonra sizə güvənirlər və Azərbaycana aid çıxardığınız oyun daha geniş auditoriyaya çatır".

Müsahibimiz bu oyunların müstəb və mənfi tərəflərindən də söz açıb:

"Yaş məhdudiyyətini nəzərə almasaq şiddət, qorxu, ölüm olan oyunları uşaq oynayarsa, təbii ki, ona yaxşı təsir etməyəcək. Biri var uşaq monitorda kimisə öldürür, biri də var bunu öz gözləri qarşısında görür. Virtual reallıq oyunlarının özəlliyi də bundan ibarətdir. Oyunla reallığı aid etmək çətindir.

Biz aylardır aparatlarla işləyirik, hətta özümüz bilə-bilə ki, bu oyundur, hətta biz də çaşırıq. Elə bilirik ki, əsl həyatdır. Eynəyi taxdıqdan sonra insan çaşıb gedib divara da dəyə bilər. Siz atəş açanda diksinib qışqıra da bilərsiniz. Bu normal hallardır. Beyin həmin an üçün oyunla realı ayıra bilmir. Bu böyüklərə də ziyan ola bilər. Ona görə də oyunlar yaş qruplarına ayrılır. Ümumiyyətlə, həkimlər uşaqlara bu oyunları məsləhət görmürlər. Eynəklər uşaq gözlərinə ziyandır. Ona görə12-13 yaşından yuxarı hər kəs rahatlıqla bu oyunları oynaya bilər".
Tərtibatçı eynəklərin düzgün istifadə edildiyi təqdirdə gözlərə heç bir ziyanının olmadığını söylədi.

"Valideynlər hər zaman uşaqlara deyirdi ki, monitorlara yaxın oturmayın, ziyandır. Bir yandan və o dövr üçün bu düz idi. Amma texnologiya inkişaf etdikcə xüsusilə də virtual reallıq oyunlarında monitorun gözə yaxın olmasının gözlərə heç bir ziyanı yoxdur. Bizim istifadə etdiyimiz "HTC" şirkətinin eynəkləridir. Bu eynəkləri istehsal etməmişdən öncə milyonlarla dollar xərcləyib həkimlərlə, professorlarla işləyiblər ki, bu gözlərə ziyan etməsin. Hətta saatlarla oynasalar belə. Amerika bazarında əgər hər hansı bir məhsulu bazara çıxardırsansa, onu sağlamlıq baxımından sertifikatlaşdırmaq lazımdır. Əgər sizin məhsulunuz 1% də olsa bədənə ziyan vurursa, bu sertifikatı almaq çox çətin məsələdir. "HTC" bu sertifikatı ala bilibsə, bu da eynəklərin heç bir ziyanının olmadığının göstəricisidir. Günə 3-4 saat istifadə etmək məsləhət görülür.

Bu oyunlar oyun sahəsinin inkişafı deməkdir. İnsanların oyunlardan ala biləcəyi müsbət yükün çoxlamasını təmin edir. Biri var "maus"la nəyisə idarə edəsiz, biri də var virtual reallıqda. Özüm oyun yarada-yarada atəş açmaq üzrə məşq edirdim. Bu yaxınlarda bir poliqonda sertifikat almışam. Oyundan sonra mənim atıcılıq qabiliyyətim yüksəlib. Tək atıcılıq yox, məntiqi, reaksiyanı da inkişaf etdirir. İnsanlar var ki futbol üzrə, qapıçılıq üzrə, tenis üzrə məşqlər edirlər. Mənfi cəhətləri çox azdır. Düzgün istifadə olunursa, heç bir ziyanı yoxdur.
İkinci ildir ki, şirkətimiz fəaliyyət göstərr. 300.000 istifadəçimiz var. 100-lərlə ölkələrdə "TOP100-500"ə düşmüşük".

Qeyd edək ki, bu sahəyə həvəsi olan gənclər "Azərbaycan Oyun Tərtibatçıları Assosiasiyası"na qatıla bilərlər. Assosiasiya gələn ildən fəaliyyətə başlayacaq və gənc oyun tərtibatçılatı üçün çox sayda imkanlar yaradacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1286   Tarix: 09 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021