Dövlət başçıları bərbərə nə qədər pul xərcləyirlər?

Dövlət başçıları bərbərə nə qədər pul xərcləyirlər?Siyasət insandan təkcə soyuqqanlılıq, lazımı qərarvermə bacarığı tələb etmir. Siyasət həm də ona xidmət edən xadimdən ciddi görünüş, sağlam dayanıqlılıq istəyir. Orta əslər Şərqində və Qərbində bir çox hökmdar və krallar xəstə, yaxud yaşlı vaxtlarında döyüşə gedərkən rəqib hökmdarın onun solğun simasını görməməsi üçün görünüşünə xüsusi diqqət göstərirdi. Natiqlik sənəti, politoloji ünsiyyət insandan həm də ciddi xarakter tələb etdiyindən bu gün də bəzi dövlət başçıları saç və ümumi görünüşlərinə diqqət ayırmağı vacib bilirlər.

Modern.az-ın təqdim etdiyi yazıda sabiq dövlət başçılarının rəsmiyyətini artıran saç düzümü və başqa xidmətlərə nə qədər pul xərclədiyini görmək olar: (Aralarında bu gün də hakimiyyətdə olanları var).

Nikola Sarkozi. Fransanın sabiq prezidenti 2007-ci ildəki seçki kampaniyası zamanı saç və görünüşü üçün 34 min avro xərcləmişdi. Həmçinin, Sarkozi üzündəki qırışları ört-basdır etmək, ciddi siyasətçi görkəmi almaq üçün xüsusi makiyaj xidmətindən yararlanırdı. Xidmətin haqqı isə aylıq 8 min avro idi;

Donald Tramp. Prezident seçildiyi gündən saç düzümü ilə bağlı müzakirə obyektinə çevrilən Trampın əvvəllər parikdən istifadə etdiyi deyilirdi. Lakin prezidentin şəxsi bərbəri Ami Lasç Trampın saçlarının təbii olduğunu və 1980-ci illərdən eyni saç süzümündən istifadə etdiyini bildirib. Bərbərin sözlərinə görə, Tramp saç düzümünü dəyişdirməkdən qorxub və hər zaman da buna ehtiyatla yanaşıb. Bərbər həmçinin, Trampın saçlarının həddindən artıq quru və cansız olduğunu, buna görə də, onları əvvəlki qaydada qoruyub saxlamaq üçün çox pul xərclədiyini əlavə edib;

Castin Trudeau. Kanadanın baş naziri başqa işlərində olduğu kimi, saç kəsimində də sadə və qənaətcildir. O, saçı üçün bərbərə hər zaman cəmi 32 dollar pul ödəyir. Qeyd edək ki, sıravi Kanada vətəndaşları da bir saç kəsimi üçün bərbərə ən azı bu qədər pul verir;

Fransua Olland. Fransanın daha bir sabiq prezidenti Fransua Olland isə şampun və başqa saç maddələrinə çox pul xərcləməsi səbəbilə müzakirə obyektinə çevrilmişdi. Onun aylıq saç xərclərinin 10 min avro olduğu deyilirdi. Üzdəki solğunluq və qırışları örtmək üçün isə qrimə 6 min avro xərcləyirdi.

Corc Buş. ABŞ prezidentlərinin stilisti adlandırılan Kassano Riçard Niksondan Buşa qədər bütün başçılarla çalışıb. Amma o, Corc Buş (oğul) da daxil bütün prezidentlərin heç birinin yaşından cavan görünməyə cəhd etmədiklərini bildirib. Corc Buş isə simasına yox, daha çox saçlarına həssaslıqla yanaşıb. O, hər rəsmi çıxışdan əvvəl saçlarının gur görünməsinə cəhd edərdi. Üz qüsurlarını örtmək üçün isə cəmi 2-3 dəqiqəsindən keçərdi;

Devid Kameron. Böyük Britaniyanın sabiq baş naziri bərbəri Rafaelə saçının kəsimi və qurulaması üçün hər dəfə 90 funt ödəyib;

Bill Klinton. ABŞ-ın eks-prezidenti hakimiyyətdə olduğu zamanda da, indi də bərbərinə 200 dollar xidmət haqqı ödəyir;

Toni Bleyr. İngiltərənin sabiq baş naziri Toni Bleyr saçlarına xidmət etmək marağında olmasa da, simasına xüsusi fikir verib. O, üz solğunluğu və qırışların gizlədilməsi üçün xüsusi maddələrdən yararlanıb ki, bu da xeyli pul edirmiş. Yazılanlara görə, Bleyrin bu maddələrə xərclədiyi pul iki Britaniya qadınının birgə xərclərindən daha çox olub.

Barak Obama. ABŞ-ın bu sabiq prezidenti saçına demək olar ki, qulluq etməz. Yəni saç düzümü də buna hər hansı şərait yaratmır. Prezident olduğu zamanda yalnız dünyaya səslənəcək çıxışları zamanı üz mimikalarını canlandırmaq üçün azacıq boyaq maddələrindən yararlanırdı. Ancaq "Ağ Ev" daxilində heç zaman onlardan istifadə etməzmiş.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3385   Tarix: 10 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

Dərinizi yumşaq və gözəl edən təbii VASİTƏ

Məhsul haqqında BURADAN . Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə. Biokus Acne Ağardıcı Serum vitaminlər, təbii maddələr ilə zənginləşdirilmişdir. Ən yaxşı ağardıcı müalicə hesab olunur. Bu ağardıcı müalicə formulunun tərkibində olan minerallar, meyv

9 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu

10 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Mumiyanı rentgen aparatına saldılar: ŞOK OLDULAR - "YAŞAYIR"

Misirdən İtaliyaya aparılan 3 min yaşlı mumiya rentgen aparatına salınıb. xəbər verir ki, məqsəd bu şəxsin yaşayış tərzini öyrənməkdir. Yekun nəticələr araşdırmalar yekunlaşandan sonra açıqlanacaq. Alimlərin sözlərinə görə, artıq onlar indidən təəccüblənməyə başlayıblar. Məlum olub ki, mumiyanın üzərind

8 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021