Toydan gələn hərbçilərimiz yol qəzasına düşüb: 3 nəfər ölüb, 5-i yaralanıb

Toydan gələn hərbçilərimiz yol qəzasına düşüb: 3 nəfər ölüb, 5-i yaralanıbŞəki rayonu ərazisində 3 nəfərin ölümü, 5-nin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Sonxeber.az "Report"un Şirvan bürosuna istinadən xəbər verir ki, Xaldan-Balakən avtomobil yolunun Oğuz rayonuna gedən kəsişmə nöqtəsində iki "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 5-i yaralanıb.

Qəzaya düşənlərdən ikisi hadisə yerində, daha biri isə Mingəçevir xəstəxanasında dünyasını dəyişib.

Yaralılardan 3 nəfəri Mingəçevir şəhər xəstəxanasına, digər ikisi isə Şəkiyə aparılıb.

Maşınlardan birində toydan qayıdan hərbçilər olub.

Hadisə   Baxılıb: 10376   Tarix: 10 dekabr 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR