Fasadı daş yunla üzlənən binalar - QƏNAƏT, TƏHLÜKƏSİZ VƏ KOMFORT

Fasadı daş yunla üzlənən binalar - QƏNAƏT, TƏHLÜKƏSİZ VƏ KOMFORTMənzil alarkən izolyasiya unudulur - DİQQƏT

Azərbaycanda əksər insan mənzil alarkən, ilk növbədə, qiymətə, daha sonra otaqlarının genişliyinə və mətbəxinə baxır. Bir binada mənzilin kvadrat metrinin qiyməti digər bina ilə müqayisədə aşağıdırsa, çoxları hesab edir ki, həmin mənzil "sərfəlidir". Qətiyyən! Diqqətli olun!

Araşdırmalar göstərir ki, əksər halda qiymətin aşağı olması binada çatışmazlıqların olduğuna işarədir. Həmin çatışmazlıqlardan biri binada izolyasiyanın olmamasıdır.

Rahatlıq və sağlamlıq üçün ən mühüm amillərdən biri də izolyasiyadır. İzolyasiya, evin temperaturunu qoruyub saxlayaraq enerji qənaəti təmin edir, yanğın təhlükəsizliyi yaradır və həm bayırdan, həm də qonşu mənzillərdən gələn səs-küyü azaldır. Bu səbəbdən mənzil alarkən binanın xarici üzündə izolyasiyanın olub-olmadığını soruşmaq lazımdır.

Binanın izolyasiya edilməsi böyük vəsait tələb edir. Bir sıra tikinti şirkəti "ucuz olsun" deyərək binaları adi suvaqla və ya müxtəlif materiallarla üzləyərək insanlara sırayır. Mənzil sahibləri də "ucuz" aldıqlarını düşünərkən, əslində, bahalı və komfortsuz bir evə sahib olurlar. İllər ərzində yüksək kommunal xərclər ödəyib, komfortsuz mənzillərdə yaşayırlar.

Avropa və Amerika təcrübəsi göstərir ki, binada ən yaxşı izolyasiya təmin edən material daş yundur. Keyfiyyətə üstünlük verən və adını qoruyan tikinti şirkətləri bu materialdan istifadə edirlər.

DAŞ YUN NƏDİR?

Daş yunu istehsalına ötən əsrin əvvəlində ABŞ-ın Havay ştatında başlanmışdır.

Daş yun, təbii bir məhsuldur, vulkanik bazalt daşının 1350°C-1400°C temperaturda əridilərək lif halına gətirilməsi nəticəsində əldə edilir. Bazalt qara rəngli və çox sərt süxurdur. Lif halına gətirilən bazalt müxtəlif ölçülərdə preslənərək lövhə, boru şəklində istehsal oluna bilinir.

Daş yun isti-soyuq, səs və yanğın izolyasiyası məqsədilə istifadə edilən izolyasiya materialıdır. Dünyada daş yundan geniş istifadə olunur. Məsələn, Almaniyada binaların 90%-i daş yunla izloyasiya edilib.

İSTİLİK İZOLYASİYASI

Çöl və içəri arasında temperatur fərqi artdıqca mənzildə molekulların hərəkəti sürətlənir və evdə hava axını yaranır. Məsələn, çöl divarı beton olan mənzillərdə "skvaznyak" (hava cərəyanı) daha çox hiss olunur. Mənzildəki hava axınının azalması üçün binanın çöl divarı az soyumalıdır. Bunu da ancaq izolyasiya ilə təmin etmək olar.

Daş yun həm soyuq, həm də istidən qoruyan mükəmməl bir istilik izolyasiyası materialıdır. Fasadı daş yunla üzlənmiş binadakı mənzillərdə qış aylarında istilik, yay aylarında isə sərinlik itmir. Qış aylarında kombi üçün təbii qaz, yay aylarında isə kondisioner istifadəsil ilə bağlı elektrik enerjisi sərfiyyatı haradasa yarı-yarıya azalır. Beləliklə, enerji xərclərinə qənaət təmin olunur, mənzil daxilində iqlim komfortu yaranır.

YANĞINA QARŞI MÜQAVİMƏTLİDİR

Daş yun, demək olar ki, yanmaz materialdır. Bu materialın ən mühüm xüsusiyyətlərindən biri 1000 C° temperaturadək dözümlülü olmasıdır. Daş yun, yanğın zamanı insana həyatını xilas etmək üçün lazım ola biləcək qiymətli dəqiqələri verəcək yanğın təhlükəsizliyi vəzifəsini yerinə yetirir.

SƏS KEÇİRMİR

Arzuolunmaz səslər stressə, yuxunun pozulmasına təzyiqə və digər narahatlıqlara səbəb ola bilir. Daş yunun digər mühüm xüsusiyyəti səs keçirməməsidir. Materialın saysız-hesabsız lifdən ibarət olan quruluşu səsi "sorur". Nəticədə şəhərin gurultsunu, avtomobil siqnallarını və s. eşitmirsiniz

HANSI TİKİNTİ ŞİRKƏTLƏRİ DAŞ YUNDAN İSTİFADƏ EDİR?

Qışda isti, yayda sərin mənzillərdə yaşamaq və ömür boyu pulunuza qənaət etmək istəyirsinizsə, daş yun ilə izolyasiyası olan binalardan mənzil alın.

Apardığımız araşdırma nəticəsində məlum oldu ki, "Kristal Abşeron", "Xəzər İnşaat XXI Əsr", kimi böyük tikinti şirkətləri tikdiyi binaları daş yunla üzləyir. Bu şirkətlərin istifadə etdiyi daş yun materialı Rusiya Federasiyasının Ryazan şəhərində "TexnoNİKOL" şirkəti tərəfindən istehsal edilir.

"Kristal Abşeron" şirkətindən bildirildi ki, 5 sm daş yun materialı fasadda 80 sm içi boşluqlu kərpici əvəz edir. Bu daşla üzlənmiş fasad uzun illər qulluq tələb etmir.

Qısası, tövsiyə edirik ki, ucuza qaçmayın! Elektrik enerjisi və təbii qazın ildən-ilə bahalaşdığı bir dövrdə qənaət etmək məcburiyyətindəyik. Mənzil alan zaman, binanın fasadının izolyasiyası ilə mütləq maraqlanın.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1605   Tarix: 12 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan ən çox bu ölkələrlə ticarət edir

2024-cü ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 72 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən idxal olunub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, 2024-cü ilin yanva

13 mart
.

Hesablama Palatası dövlət qurumunda yoxlamalar APARIR

Hesablama Palatası Bakı Şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalar aparılır. Bizim.Media-nın əldə etdiyi məlumata görə, yoxlamalara yanvar ayının əvvəllərindən başlanıb və bu, fevralın sonunda bitəcək. Audit yoxlamaların Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibindəki mədəniyyət ocaqlarında da aparıldığ

22 fevral
.

Azərbaycanda yağ niyə ucuzlaşmır?

Azərbaycana xarici ölkələrdən idxal olunan kərə yağlarının qiyməti ucuzlaşıb. Bəs bu dəyişiklik daxili bazardakı qiymətlərə hansı dərəcədə təsir edə bilər?. Məsələ ilə bağlı "Yeni Sabah"a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, ucuzlaşma gözlənilsə də, bu müşahidə edilmir:. "Xaricdə

22 fevral
.

Ölkədə bahalaşan və ucuzlaşan məhsullar - Siyahı

Cari ilin yanvar ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 101,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,7 faiz, qeyri-qida məhsulları üzrə 101,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,2 faiz təşkil edib. Dövlət Statistika Komitəsində

13 fevral
.

Cahangir Əsgərovun həyat yoldaşına yeni vəzifə verildi

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva yeni vəzifə verilib. Bu barədə İqtisadiyyat.az məlumat yayıb. Bildirilib ki, o, "Caspian Energy Club"ın İdarə Heyətinin yeni tərkibində yer alıb

6 mart
.

Ekspert: "Amuldağ qızıl yatağının istismarı dayandırılmalıdır"

"Sağlamlığa Xidmət" İctimai Birliyinin sədri Pərvanə Vəliyeva Amuldağ (Amulsar) qızıl yatağının istismarının bütün regionu təhdid etdiyini bildirib. O, "Report"a açıqlamasında deyib ki, Amuldağ qızıl yatağının istismarı dayandırılmalıdır. P.Vəliyeva qeyd edib ki, burada qızıl yatağını

27 yanvar
.

Azərbaycanda dollar bahalaşacaq? - RƏSMİ AÇIQLAMA/VİDEO

Son vaxtlar ölkədə dollara tələbatın yüksək olması müşahidə olunur. Bunu həm keçirilən hərracların nəticəsi, həm də müvadilə məntəqələrindəki canlanma göstərir. Ötən həftə bankların dollara tələbi 150 milyon dolları ötərək rekord olub. Bu proses nə ilə bağlıdır? Tələb bu qədər yüksəlməyə davam edərsə

26 fevral
.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları, yaxud 0,86 % azalaraq 87,17 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərini

22 mart
.

Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında müqavilə imzalanıb - FOTO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında "Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsalat Üzrə Əməkdaşlıq Müqaviləsi" imzalanıb. xəbər verir ki, bu barədə şirkətdən bildirilib. "Müqavilənin faydalı olacağına ümid edirik", - məlumatd

8 mart