Sabah manatın taleyi ilə bağlı mühüm qərar veriləcək

Sabah manatın taleyi ilə bağlı mühüm qərar veriləcəkBu gün ABŞ Federal Ehtiyat Sisteminin 2017-ci il üzrə son toplantısı öz işinə başlayacaq. Bundan sonra Türkiyə Mərkəzi Bankı (TCMB) da daxil olmaqla, 5 önəmli mərkəzi bank monetar siyasətlə bağlı iclas keçirəcək.

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bu gün və sabah FES-in iclası, dekabrın 14-də isə TCMB, Avropa Mərkəzi Bankı (ECB), Böyük Britaniya Mərkəzi Bankı (BoE), İsveçrə Mərkəzi Bankının (SNB) iclaslarında uçot dərəcəsini dəyişə bilər.

"Moody's" Asiya Mərkəzi Banklarının da FES-lə paralel faiz artımlarına gedəcəklərini bəyan edib. Xüsusilə bu sırada Çin və Hindistan Mərkəzi Bankları irəli sürülür.

Nəzərə çatdıraq ki, Federal Ehtiyat Sisteminin ikigünlük iclası fonunda dollar avro və Yaponiya yeninə nisbətən ucuzlaşır.

İqtisadçı-ekspert Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, FES-in uçot dərəcəsi ilə bağlı qərarı çox əhəmiyyətlidir. Qlobal valyuta bazarında məzənnələrə birbaşa təsir edəcək. Xüsusən də, dolların digər valyutalara nisbətdə məzənnəsinə təsir edəcək qərardır.

O ki qaldı iclasda hansı qərarın veriləcəyinə, ekspert "bunu proqnozlaşdırmaq çətindir" deyə bildirdi: "Bəzən FES-in toplantısında bank üzvlərinin hansı qərarın veriləcəyi ilə bağlı əvvəlcədən verdikləri proqnozlar özünü doğrultmur. Lakin bütün hallarda uçot dərəcəsi artırılarsa, bu, dünya bazarında dolların məzənnəsinə təsir edəcək".

FES-in mərhələli şəkildə faiz artımına getdiyini xatırladan Vüqar Bayramovun sözlərinə görə, dünya bazarında dolların kəskin bahalaşacağı proqnozlaşdırılmır.

O, FES-in faiz artımı qərarının dolların mövcud məzənnəsini stabilləşdirəcəyini də istisna etmir: "Bitkoinin qiyməti aparıcı bankların irəli sürdüyü kimi "köpük" olmazsa, gələn il kriptovalyutalarla kağız əskinasların ciddi rəqabəti gözləniləndir".

V.Bayramov FES-in qərarının Azərbaycan valyutasına təsirinə gəlincə, dekabrda valyutaya olan tələbatın artacağı proqnozlaşdırılır: "Bunun məzənnəyə necə təsir edəcəyi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Xüsusi şoklar baş verməzsə, Mərkəzi Bank məzənnəni qoruyub-saxlayacağını bildirir. Xüsusi şok deyəndə isə neftin qiyməti nəzərdə tutulur. Son günlər neftin qiymətində artımlar müşahidə edilir. O baxımdan Mərkəzi Bank özünün bəyan etdiyi kimi siyəsətini davam etdirsə, manatın mövcud məzənnəsi qorunub-saxlanacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2153   Tarix: 12 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - FOTO

Bu gün səhər saatlarından etibarən bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda isə qar yağıb. Bəzi rayonlarda qar örtüyünün hündürlüyü 6 sm olub. -in məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 0 dərəcəyə yaxın olub. Hava proqnozu proqramlarını

26 fevral
.

Azərbaycanda dollar bahalaşa bilər?

Dollar dünya bazarında yenidən möhkəmlənir. Son 1 ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır. Dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlam

15 aprel
.

Xiyarın qiyməti kəskin azaldı

Şəmkir rayonunda xiyarın topdansatış qiyməti kəskin azalıb. İqtisadiyyat.az xəbər verir ki, məhsulun hazırda sortundan asılı olaraq topdansatış bir kiloqramının qiyməti 0,7-0,9 manat arasında dəyişir. Bu tərəvəzin 10 kiloqramlıq kisəsi topdansatış 7-9 manata təklif olunur. Bakıda isə supermarketlərd

23 aprel
.

Azərbaycanda yağ niyə ucuzlaşmır?

Azərbaycana xarici ölkələrdən idxal olunan kərə yağlarının qiyməti ucuzlaşıb. Bəs bu dəyişiklik daxili bazardakı qiymətlərə hansı dərəcədə təsir edə bilər?. Məsələ ilə bağlı "Yeni Sabah"a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, ucuzlaşma gözlənilsə də, bu müşahidə edilmir:. "Xaricdə

22 fevral
.

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə xəbər verir. Sərəncamda qeyd olunur ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqind

7 mart
.

Vətəndaş pulunu niyə banka qoymur?-AÇIQLAMA

Bəzi vətəndaşlar pulu bankda yox, "yastıq altında" saxlayırlar. Vətəndaş niyə görə banka pul qoymaqdan çəkinir?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. İqtisadçı inflyasiyanın sürətli olması vətəndaşın bankda vəsait saxlamaqdansa, əmlak bazarına üz tutmasına gətirib çıxardığın

16 aprel
.

Cahangir Əsgərovun həyat yoldaşına yeni vəzifə verildi

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva yeni vəzifə verilib. Bu barədə İqtisadiyyat.az məlumat yayıb. Bildirilib ki, o, "Caspian Energy Club"ın İdarə Heyətinin yeni tərkibində yer alıb

6 mart
.

Azərbaycan-ABŞ ikitərəfli enerji əməkdaşlığının inkişafı müzakirə olunacaq

Energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib. Bu barədə Energetika Nazirliyindən bildirilib. Məlumata görə, səfər çərçivəsində ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyini təmin edilməsi istiqamətində həyat

18 fevral
.

Kirayə evə görə vergini kim ödəməlidir?

Son zamanlar çoxmənzilli binalarda yaşayanlardan mənzilin özlərinə aid olub-olmaması tez-tez soruşulur. Mənzildə kirayə qalanlar isə daha bir suala cavab verməli olurlar: Mənzilin sahibi ilə müqavilə varmı? . Müqavilə isə vergi öhdəliyini ortaya çıxarır. Bəs bu vergini kim ödəməlidir? Ev sahibi, yoxs

18 aprel