Yüksək vəzifəli məmur qəza törətdi:Ölən var

Yüksək vəzifəli məmur qəza törətdi:Ölən varBərdə Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə orqanları ilə iş üzrə şöbəsinin müdiri Zaur Bəylərovun idarə etdiyi avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, dekabrın 10-da, 20:00 radələrində Tərtər rayonu ərazisində şəhər sakini Elşad Quliyevin idarə etdiyi "KİA" və Bərdə rayon sakini Zaur Bəylərovun idarə etdiyi "Toyota" markalı avtomobillər toqquşub. Nəticədə E.Quliyev hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Tərtər rayonunda baş verən yol-nəqliyyat hadisəsində bir nəfərin ölümünə səbəb olan "Toyota Land Kruiser" markalı avtomobilin sürücüsü, Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə orqanları ilə iş üzrə şöbə müdiri Zaur Bəylərov bir vaxtlar Tərtər Rayon İcra Hakimiyyətinin müavini olmuş Vidadi Bəylərovun qardaşıdır. Maraqlıdır ki, Tərtər RİH müavini olmuş V.Bəylərov vəzifəsindən məhz ölümlə nəticələnən qəzaya görə azad edilmişdi. Belə ki, V.Bəylərovun oğlu 2013-cü ildə avtoxuliqanlıq edərkən, bir gəncin həyatına son qoymuş, digərinin isə ömürlük şikəst qalmasına səbəb olmuşdu. Oğlunun törətdiyi dəhşətli qəzaya görə atası, Tərtər RİH müavini V.Bəylərov işindən azad edilmişdi. Məlumat üçün bildirək ki, Z.Bəylərovun qəzanı içkili halda törətdiyi barədə iddialar da yayılıb. Bildirilir ki, Z.Bəylərov sərxoş halda avtomobili idarə edib və qəza da məhz bu səbəbdən baş verib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2807   Tarix: 12 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda toy karvanında 6 maşın toqquşdu - Video

Bakıda toy karvanında zəncirvari qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Qəza nəticəsində 6 avtomobil toqquşub. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hadisə ilə əlaqədar toy karvanlarında hərəkət edən sürücülərə müraciət edib

15 dekabr
.

Gizli mikrokameraların satışına qanun icazə verir? - Dələduzluğun yeni növü

Sosial şəbəkələrdə gizli kameraların, GPS-lərin reklamı və satışı geniş yayılıb. Belə ki, vint, maşın açarı, qələm və s. şəklində mikrokameralar ucuz qiymətə təklif olunur. Bu cür satış təklif edənlər həm də kiberdələduzluqla məşğul olurlar. Baku TV-nin əməkdaşı "TikTok"da ucuz gizli kamer

13 dekabr
.

Ürəyi 45 dəqiqə dayanan qadın danışdı: "Həkimlər deyirlər ki, iki dəfə olub"

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan qadın 45 dəqiqəlik reanimasiya tədbirlərindən sonra həyata qaytarılıb. Hadisədən sonra özünə gələn pasiyent yaşadıqlarından danışıb. Belə ki, altı uşaq anası Sevinc Əliyeva öd kisəsindəki daş səbəbindən əməliyya

14 dekabr
.

İrandan gətirilən portağal boyanır? - Ələ keçən rəng şübhə yaratdı - VİDEO

İrandan gətirilən portağalın rəngləndiyi iddia olunur. xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda portağalın üzərindəki rəngin süni olduğu göstərilir. Videonu çəkən şəxs bildirir ki, meyvəyə sadəcə əl vurmaq kifayətdir ki, dərhal rəng ələ keçsin. İddialara görə, portağalın üzərinə süni boya çəkili

13 dekabr
.

Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq

Azərbaycanda dekabrın 15-də avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var

14 dekabr
.

Bakıda fərqli ünvanlardan 2 nəfərin meyiti tapıldı

Bakıda evdən 27 yaşlı oğlanın meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dekabrın 11-i saat 21 radələrində Binəqədi rayonunda baş verib. Masallı rayon sakini 1998-ci il təvəllüdlü Mirəli Cəmil oğlu Gözəlovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kirayədə yaşadığı M. Ə. Rəsulzad

12 dekabr
.

Sirr dolu ölüm: Üç nəfər mindikləri maşından iki nəfər çıxdılar

Türkiyənin Manisa vilayətinin Kırkağaç rayonunda dostları ilə birlikdə spirtli içki qəbul etdikdən sonra avtomobildə yatan 30 yaşlı şəxs ölü halda tapılıb. türk mediasına istinadən xəbər verir ki, Kırkağaçda fermerliklə məşğul olan Cengiz Akman dünən dostları Şabettin A. və Tufan G. ilə Şair Eşref məhəlləsindək

15 dekabr
.

"Azərişıq" işçisini cərəyan vurub öldürdü

Abşeronda kişini cərəyan vuraraq öldürüb. xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsinin ərazisində baş verib. Elektrik dirəyində təmir işləri görən "Azərişıq" ASC-nin əməkdaşı, 31 yaşlı Fatmayı kənd sakini Ülvi Bəhrəm oğlu Məcidlini cərəyan vurub. Nəticədə o, hadisə yerində ölüb. Faktla bağl

13 dekabr
.

Bu tarixdə GÜCLÜ KÜLƏK OLACAQ - SARI XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən -a bildirilib ki, dekabrın 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bakıda və Abşeron yarımadasında, Xızı, Xaçmaz

14 dekabr