Əməkdar artistin biznesi iflasa uğradı: "Marketlərim, gözəllik salonlarım bağlandı" - FOTO

Əməkdar artistin biznesi iflasa uğradı: "Marketlərim, gözəllik salonlarım bağlandı" - FOTOSonxeber.az əməkdar artist Nüşabə Ələsgərlinin milli.Az-a müsahibəsini təqdim edir:

- Nüşabə xanım, uzun zamandır məlum səbəblərə görə efirlərdən uzaq düşmüşdünüz. Amma son zamanlar bu susqunluğunuzu sözün əsl mənasında pozmusunuz.

- Həmişə həmkarlarım "gündəm" deyəndə zarafatca deyirdim ki, mən il boyu gündəmdəyəm (gülür). Bildiyiniz kimi ailəmdə bir-birinin ardınca faciələr baş verdi. Ona görə də bir müddət efirlərdən uzaqlaşdım, sakitcə öz həyatımı yaşadım. Oxuduğum mahnılar da 2 il əvvəl yazdırdıqlarım idi. Yavaş-yavaş yaxınlarımın psixoloji dəstəyi ilə mən yenidən sənətə qayıtdım. Mən sənətdən yox, ümumiyyətlə elə bil ki həyatdan getmişdim. Bu gün də durumum tam yaxşı deyil, yəqin ki, bundan sonra da əvvəlki kimi olmayacaq. Amma sənətim tələb edir ki, yalandan da olsa gülüm. Ölüm qaşla-göz arasındadır, bunu istəsək də, istəməsək də qəbul etməliyik.

- Siz vaxtilə sözün əsl mənasında məşhurluğun pik həddini yaşayan müğənnilərdən olmusunuz. İndiki müğənnilərlə necə ayaqlaşırsınız?

- Bizim vaxtımızda bu qədər çox müğənni yox idi. Bu mənada bizim üçün hər şey çox rahat idi. Bizim dövrdə efirə də bu qədər çox çıxmaq olmurdu. Bir televiziya kanalımız var idi, ora da hər müğənnini buraxmırdılar. İndi efirlər çoxdur, hər telekanalda kommersiya bölümü var. Yaxşı da olsa, pis də olsa müğənniləri efirə çıxarırlar. Bir klip və bir mahnı ilə tanınıb sevilmək də mümkün deyil. Müğənni olmaq istəyirsənsə, bu sahəyə qatılmaq istəyirsənsə, əvvəla qabında istedadın olmalıdır. Savadın da varsa, daha gözəl olar. Bu cür efirə çıxmaq lazımdır ki, sən sıradan biri olmayasan, yadda qalasan. İndiki müğənnilərin əksəriyyəti qalmaqalla gündəmə gəlir. Qalmaqalla gündəmə gəlmək 5-10 günlükdür. Bəs sonra nə edəcəksən? Adicə "Tarqovu"da min nəfər ora-bura gedir, heç kim bir-birinə baxmır, amma bir dənə əndrabadi geyimdə insan çıxan kimi hamının fikri onda qalacaq. Qalmaqal edən müğənnilər də belədir. Müğənninin işi oxumaqdır, axtar tap gözəl mahnılar seç, mahnınla sözünü de. Yerdə qalan şeylər hamısı gəldi gedərdi. Bunlar adamı tez gözdən salar.

- Əndrabadi dediniz yadıma Elza Seyidcahan düşdü. Bilirəm ki, Elza xanımla münasibətləriniz yaxşıdır, amma sizcə o bir qədər çox abartmır?

- Elza ilk əvvəllər efirlərə bu cür çıxanda ola bilər ki, insanlarda şok yaradırdı. İndi amma Elza qəbul olunub. Elzanın axı sənəti, gözəl bəstələri var.

- Nüşabə xanım istərdim bir az xarakterinizdən mənə danışasınız. Pisliyə pisliklə cavab verirsiniz, yoxsa?

- Əgər mənə pislik olunubsa, mən o pislikdə gözəllik axtarmıram. Adından da göründüyü kimi pislikdir də. Mən sadəcə susuram, hər şeyi zamana buraxıram. Zaman gəlib çatır, həmin insanın özü məndən üzr istəyir. Ona görə də bu gün mən hesab edirəm ki, bu aləmdə elə bir problem yaşadığım həmkarım olmayıb. İnsanları bəzən bağışlamağı bacarmaq lazımdır.

- Sizi həm də bir aktrisa kimi filmlərdə görmüşük. Niyə bu sahəni genişləndirib, davam etdirmədiniz?

- Mən dirijoram, musiqişünasam. Bu gün də İncəsənət universitetində estrada fakültəsində dərs deyirəm. Zamanında dostlarım və böyük sənətkarlar məni dəvət edirdilər, gedib çəkilirdim. Amma bu gün mənim buna vaxtım yoxdur. Çünki mən həm pedoqoji fəaliyyətlə məşğulam, həm də toylara gedirəm. Heç vaxtım da olmur ki, gedim səhərdən axşama kimi hansısa serialın setində oturum.

- Toylardan söz düşmüşkən o vaxt məşhur türk müğənnisi İbrahim Tatlısəsi oğlunuzun toyuna gətirməyiniz böyük sensasiya oldu. İbrahim bəy qonorar qarşılığında toya gəlmişdi, yoxsa sırf sizi tanıdığı üçün?

- Xərclər təbii ki, olmuşdu. Musiqiçilərin və onların gəliş-gediş biletini almışdım. Amma özü üçün qonorar istəməmişdi. Bizi ortaq dostlarımız tanış etmişdi.

- Hazırda münasibətləriniz varmı?

- Xeyr, hal-hazırda əlaqələrimiz yoxdur. Hər birimizin öz ailə qayğıları var. İstanbula getsəm, onunla görüşmək istəyərəm.

- Xoşbəxt anasınız, yoxsa xoşbəxt qadın?

- Mən həmişə xoşbəxt ana, xoşbəxt qadın, xoşbəxt bacı, xoşbəxt övlad, həm də xoşbəxt həyat yoldaşı olmuşam. İndi xoşbəxt övlad deyiləm, çünki valideynlərim rəhmətə gedib. Sadəcə xoşbəxt ana və həyat yoldaşıyam.

- Övladlarınızı evləndirməyi düşünürsünüz?

- Hal-hazırda onlar evlənmək haqqında yox, karyera qurmaq haqqında düşünürlər. Zaman gələr hər şey olar. Bizim ailədə övlada o barədə basqı yoxdur. Kimi istəyərlər, onunla da ailə həyatı qurarlar.

- Bir zamanlar həm də bizneslə məşğul idiniz. İndi bəs necə?

- Bəli, o vaxtı məşğul oldum, marketlərim də, salonlarım da var idi. Hal-hazırda onların heç biri fəaliyyət göstərmir. Fəaliyyət göstərmək üçün gərək mən bütün vaxtımı və zamanımı ona həsr edərdim. Ona görə də uğursuzluğa düçar oldum.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 5709   Tarix: 14 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cavanşir Məmmədovun ölümündən əvvəlki SON GÖRÜNTÜSÜ - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov toyda çıxıış edərkən videosu yayılıb. bildirir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının birində toyda ifa edib. Həmin görüntünü təqdim edirik:

20 aprel
.

Cavanşir Məmmədovun ÖLÜM SƏBƏBİ BİLİNDİ

Əməkdar artist Cavanşir Məmmədovun vəfatından danışan Əməkdar artist Firuzə İbadovanın qızı onun ürəyində problem olduğunu vurğulayıb. O, -a açıqlamasında bildirib ki, Cavanşir Məmmədovun ürəyinə dörd ədəd stent qoyulub:. "Qəfil ürəktutmasından keçinib. İndi ora gedirik, hələ dəfn olunmayıb. Biz

20 aprel
.

Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov

23 aprel
.

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib. axşam.az-a istinadən bildirir ki, nəvəsi Rəfiqə onunla bağlı paylaşım edib. "Əziz babam, bu xəbər yalan olmalı idi. Sən bizim üçün əvəzolunmaz birisən" deyə, o, babası ilə fotosuna yazıb. Qeyd edə

20 aprel
.

Flora Kərimova: "Rahat yat, Cavanşir"

Xalq artisti Flora Kərimova mərhum Əməkdar artist Cavanşir Məmmədovun vəfatı ilə bağlı "Instagram" səhifəsində paylaşım edib. xəbər ki, sənətçi mərhumla birgə görüntülərini paylaşaraq bunları yazıb:. "Arzular tükənmir, bitmir. Ümidlə gözlədiyimiz arzuların içində yaşanılan həyat acılı-şirinl

21 aprel
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17 aprel
.

"Qızlarıma cehiz vermək üçün bağımı satdım" -Əməkdar artist

Əməkdar artist Qorxmaz Əlili bağını satma səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, aktyor "Elgizlə izlə" verilişində qızlarına cehiz almaq üçün bunu etdiyini deyib:. "Bağım var idi. Qızlarımı köçürəndə onlar üçün cehiz almaq lazım idi. Məcburiyyətdən o bağı satdım. Dörd nəfərik, ind

23 aprel
.

Cavanşirin vəsiyyəti: kostyumda dəfnə din necə baxır? - İlahiyyatçı açıqladı

Əməkdar artist Cavanşir Məmmədovun vəfatı ilə iki ay öncə dəfni ilə bağlı efirdə etdiyi vəsiyyətin gündəmə gələsi müzakirələrə səbəb olub. Şəriətdə bir müsəlmanın kostyumla dəfninə istisnalarla, mərhumun vəziyyətinə görə icazə verilib-verilməməsi diqqət mərkəzindədir. Bu barədə ilahiyyatçı Ağa Hacıbəyl

21 aprel
.

Cavanşir Məmmədovun dəfn YERİNDƏN VİDEO

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub. report-a istinadən xəbər verir ki, mərhum sənətçi bu gün "Qurd Qapısı" qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində onun ailə üzvləri, həmkarları və mədəniyyət nümayəndələri iştirak ediblər

20 aprel