Ağdaşda 17 yaşlı oğlan niyə qətlə yetirildi ? (təfərrüat)

Ağdaşda 17 yaşlı oğlan niyə qətlə yetirildi ? (təfərrüat)Ağdaşda rayonunda törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Sonxeber.az xəbər verir ki, bu gün səhər saatlarında Ağdaş şəhərinin Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı əslən Ağdaş rayonundan olan və Bakıda yaşayan 2000-ci il təvəllüdlü Hacıyev Tərlan Fikrət oğlu həmyaşıdı, Ağdaş şəhər sakini Nəsibov Ətraf Nəsib oğlunu bıçaqlayıb. Ürək və kürək nahiyəsindən bıçaq xəsarətləri alan Ətraf Nəsibov hadisə yerində dünyasını dəyişib.

Qətli törədən Tərlan Hacıyev hadisə yerindən qaçaraq Qəbələ rayonunda yaşayan qohumunun evində, sonra isə meşə ərazisində gizlənsə də, günorta saatlarında Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən operativ əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Ağdaş Dövlət Humanitar Kollecinin 2-ci kurs tələbəsi olan Ətraf Nəsibovun namus üstündə qətlə yetirildiyi bildirilir. Belə ki, Ətraf Nəsibov Tərlan Hacıyevin Ağdaşda orta məktəbin 10-cu sinfində oxuyan və dayısının evində yaşayan bacısı ilə görüşüb. Sonradan qız barəsində xoşagəlməz fikirlər söyləyən Ətraf Nəsibovun bu hərəkəti Tərlan Hacıyevin xoşuna gəlməyib. Tərlan Hacıyev bacısına görə Bakıdan Ağdaşa gələrək Ətraf Nəsibovu amansızlıqla qətlə yetirib. Qətli törədən Tərlan Hacıyevin valideynlərinin hazırda Türkiyədə olduğu bildirilir.

Qeyd edək ki, hadisə Ağdaş Dövlət Humanitar Kollecinin ərazisindən kənarda, dərslərarası fasilə vaxtı baş verib. Ətraf Nəsibov kolleci özbaşına tərk edərək poçtun yanına gedib və məlum hadisə bu zaman qeydə alınıb.

Ətraf Nəsibov dərslərini yaxşı oxuyan, sakit təbiətli insan olub, tələbə gənclər təşkilatının üzvü kimi təhsil ocağının tədbirlərində fəal iştirak edirmiş.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfində cinayət işi açılıb, araşdırma aparılır.
****
Ağdaşda qətl hadisəsi baş verib.

Hadisə bu gün 10.30 radələrində Ağdaş şəhəri Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında qeydə alınıb.

16-17 yaşlarında olduğu deyilən oğlanın ürəyindən bıçaqlanaraq öldürüldüyü bildirilir.

Onun meyiti müayinə olunmaq üçün Ağdaş "morq"una aparılıb.

Faktla bağlı araşdırma aparılır. Ölən və hadisəni törədənin kimliyi hələlik məlum deyil.

Mənbə: APA


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 6924   Tarix: 14 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Saxta adla icra başçısı haqda paylaşımlar etdi, cəzalandırıldı

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq həmin müraciət araşdırılıb. Məlum olub ki, feysbukda "Fərid M" adlı profillə icra başçıs

4 aprel
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19 aprel
.

İki qardaşdan birinin həyatına son qoyan qətl - TƏFƏRRÜAT + VİDEO

2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin detalları məlum olub. Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub. İş üzr

20 mart
.

Bakıda ailə faciəsinə səbəb olan vatsap statusu...

Ötən il Bakının Qaradağ rayonunda qadının ərini baltalayaraq ona ağır xəsarətlər yetirməsinin təfərrüatları məlum olub. "Qafqazinfo"nun məlumatına görə, 29 yaşlı Könül Quliyevanın 1987-ci il təvəllüdlü əri Rəsul Quliyevlə (adlar şərtidir) mübahisəsi qadının telefonuna gələn "darıxmaq şər

8 aprel
.

Qətldə şübhəli bilinən şəxs tutuldu

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub. DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Əhmədli Səbuhi Arif oğlunun qətlə yetirilməsi ilə bağlı açılmış cinayət işi ilə bağlı 1985-ci il təvəllüdlü Heybətov Əli Həmid oğlu saxlanılıb. O, istintaqa təhvil verilib. Qey

11 mart
.

Əhməd Əhmədov barəsində ekspertiza rəyi məlum olub

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub. APA-nın əldə etdiyi xəbərə görə, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib

8 aprel
.

Bakıda bir ailənin üç üzvünü öldürən şəxsə ÖMÜRLÜK HƏBS

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində keçmiş qayınatası, qayınanası və qaynını qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərova hökm oxunub. "Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ela

11 mart
.

Keçmiş məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraə

15 aprel
.

Mehman Xəlilov son söz üçün vaxt istədi

7 yaşlı Fərid Bakarov cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatır. "Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda təqsirləndirilən Mehman Xəlilovun vəkili müdafiə çıxışı edib. Vəkil Anar Qasımlı deyib ki, müvəkkilinin əməlinə görə həddə

14 mart