Tanınmış yazıçı biabır etdi: "Səhnəyə alt paltarında çıxır"- FOTO

Tanınmış yazıçı biabır etdi: "Səhnəyə alt paltarında çıxır"- FOTODünyada ən çox kitabları satılan Azərbaycan yazıçılarından biridir. Amma əcnəbi həmkarlarından fərqli olaraq, onlar kimi dəbdəbəli həyata sahib deyil. Özünü "Nobel" mükafatına namizədlər sırasında görür. Bunun üçün səbəbləri də var.

Tanınmış yazıçı Natiq Rəsulzadənin yenicag.az-a müsahibəsini təqdim edirik.

- Avropada məşhur yazıçı bir kitabının satışından milyonlar əldə edir. Azərbaycan yazıçıları isə əcnəbi həmkarlarından fərqli olaraq qəpik-quruş qazanırlar. Sizcə, niyə?
- Bütün dünyada kitab yayımı ilə məşğul olan mütəxəssislər var. Bizim ölkədə isə bu sistem fərqlidir. Bizə kitab yayımı ilə məşğul olan mütəxəssislər lazımdır. Çünki sistemli şəkildə bu işlə məşğul olan yoxdur.

- Yəni deyirsiniz, bu sistem tətbiq olunsa, Azərbaycan yazıçısı da bir kitabın satışından milyonlar qazana bilər?
- Bu sistem bizdə də tətbiq olunsa, 10 milyonluq əhalisi olan bir ölkədə mənim, Çingiz Abdullayev və Ramiz Rövşən kimi yazarların ən azı 7 min kitabı satılar. Yazıçının kitabı 5-7 min tirajla çıxsa, həmin yazıçı da pul qazanar, kitab yayımı ilə məşğul olan mütəxəssis də... İndi dəhşətdir, elə məşhur yazıçılarımız var ki, kitabı 300-500 nüsxədən artıq çap olunmur.

- Digər ölkələrin məşhur yazıçıları ilə müqayisə etsək, onların yaşadıqları dəbdəbəli həyatı siz də yaşaya bilirsinizmi?
- Azərbaycanda o qədər qonorar almıram axı. Amma Avropa ölkələrində kitablarım çap olunur və aldığım qonorardan narazı deyiləm.

- Bu gün Azərbaycanda hansı yazıçını Nobel mükafatına laiyq görürsünüz?
- Həmişə bu fikirdəyəm, yenə də fikrimdə qalıram ki, mükafat nə qədər böyükdürsə, tərkibində bir o qədər siyasət var. Nobel mükafatında da da çox böyük siyasət özünü göstərir. Qabriel Markes də Nobel alsın, Svetlana Alekseyeviç də? Demirəm adını çəkdiyim yazar istedadsızdır, xeyr. Amma bu da həqiqətdir ki, istedadlı yazarların çoxu kənarda qalıb.

- Maraqlıdır, Azərbaycanda kimləri Nobelə layiq görərdiniz?
- Nə deyim vallah...

- Bəlkə Çingiz Abdullayev?
- Onun adını çəksəm, deyəsəksiniz ki, dostudur, ona görə adını çəkir. Biz onunla 30 ilin dostlayırıq. İşləməyinə və istedadına görə doğrudan da Çingiz Abdullayev buna layiqdir.

- Çingiz Abdullayevdən başqa bir nəfərin də adını çəkin...
- Biri də özüm.

- Üçüncüsü bəs?
- İkisi kifayət edər məncə.

- Bəs Kamal Abdullanı o siyahıda görmürsünüz?
- Kamal Abdulla da istedadlı yazıçıdı.

- Amma Nobelə laiyq deyil?
- Yox, elə deməzdim. Layiqdir. Yeri gəlmişkən, Çingiz Abdullayev Ümumdünya Yazıçılar Təşkilatı olan "Penklub"un prezidentidir, mən də vitse-prezidenti... Şərtlərə görə, Nöbel mükafatına namızədliyi hər ölkənin öz "Penklub"u təqdim edə bilər. Ona görə də gələcəyimiz parlaqdır, səbrli olun.

- Son vaxtlar gənc yazarlar kitablarının piarı üçün müxtəlif vasitələrdən istifadə edirlər. Məsələn, bir yazar kitab təqdimatına cibində alt paltarı olan hamam xalatında qatıldı. Sözsüz ki, bu addım insanlar tərəfindən birmənalı qarşılanmadı. Bəziləri sosial şəbəkədə onu kəskin tənqid atəşinə tutdular. Sizin münasibətinizi bilmək maraqlı olardı...
- Məşhur olmaq üçün çoxları dəridən-qabıqdan çıxır. Mənim belə şeylərə münasibətim mənfidir. Əgər sən yazarsansa, öz məşhurluğunu yazdıqlarınla qazanmalısan. Amma çoxu belə düşünmür. Söhbət yalnız yazıçıdan getmir, bu, müğənni və digər sənət adamlarına da aiddir. Baxırsan ki, səhnəyə alt paltarında çıxır. Amma müğənnidirsə, öz sənəti ilə bu məşhurluğu qazanmalıdır.

- Kitabların piarı naminə əsərlərinə açıq-saçıq ad qoyanlar da az deyil...
- Sovetin qılıncının qəbzəsinin də kəsdiyi vaxtlarda, 1970-ci ildə bir kitabım çapdan çıxdı. O kitabda erotika da vardı, kriminal və digər dedektiv məqamlar da. Kitab ətrafında çox qalmaqal yarandı, mənə təzyiqlər oldu. Dissident damğası ilə məni hər tərəfdən vururdular. O zaman məni ulu öndər Heydər Əliyev xilas etdi. Sözümün canı budur ki, mənim o zaman etdiklərimi bunlar indi edir. Hünərləri vardı, o zaman yazardılar. O dövrdə yüngülvari erotikanı seks, pornoqrafiya kimi qələmə verirdilər. Həmin vaxt milyonçuları güllələyirdilər. Deyirdilər ki, bu pulları görəsən hansı yolla qazanıb? Mənim o kitabımda milyonçuların da həyatı yer almışdı. Qaldı ki, erotika və açıq-saçıq məqamlara, kitabın piyarı, satışı naminə belə vasitələrdən istifadə etməyin əleyhinəyəm. Amma əsər təbii şəkildə tələb edirsə, buna normal baxıram.

- Buna görə hətta sizi öldürməklə də hədələyirdilər?
- Öldürmək yox, amma elə vəziyyətdəydim ki, ölkədən çıxmalıydım. Çünki işləməyə qoymurdular. Onda indiki kimi deyildi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2509   Tarix: 14 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Boşboğazdırlar, rus dili düşmən dilidir? - Aqil Abbas torta görə əsəbiləşdi

Milli Məclisin deputatı Aqil Abbas ötən gün 71 yaşına qədəm qoyub. Ölkə.Az xəbər verir ki, doğum günündə nəvələri millət vəkilini təbrikə gəliblər. Azyaşlıların babası üçün gətirdikləri tortun üzərində isə rusca ürək sözləri yazılıb. Sosial şəbəkə istifadəçilərindən biri deputatın nəvələrinin onu doğm

2 aprel
.

Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başlayıb

Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) olaraq fəaliyyətə başlayıb. "Qafqazinfo"nun məlumatına görə, həmyerlimiz bundan əvvəl Vanderbilt Universitetinin Siyasi elmlər departamentində və Data Elmləri İnstitutund

11 mart
.

Cavanşir Quliyev: "Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm"

"Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm. Bu müddət ərzində üç əməliyyat keçirdim, ürək, beyin və qarın boşluğunda əməliyyat oldum". xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunan Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliye

21 fevral
.

Xalq artisti baba olub

Xalq artisti Teyyub Aslanov baba olub. Axşam.az xəbər verir ki, muğam ifaçısı bu haqda "Qonaqcanlı" proqramında deyib. O bildirib ki, qızı ana olub. T.Aslanov "Qızımın oğlu dünyaya gəlib" sözlərini əlavə edib. Qeyd edək ki, ifaçının qızının toyu ötən il olmuşdu

8 fevral
.

Xalq artisti Elgiz Əkbərdən niyə incidi?

Martın 10-da Xalq artisti Naibə Allahverdiyevanın yubiley tamaşası keçirilib. Naibə Allahverdiyeva tamaşaya aparıcı Elgiz Əkbəri dəvət etsə də, aparıcı tamaşaya gəlməyib. Elgiz Əkbər öz proqramında Naibə Allahverdiyeva ilə canlı bağlantı quraraq, efirdə ondan üzr istəyib. -a açıqlama verən aktrisa incikliyin

13 mart
.

Azərbaycanda cizgi filmlər niyə çəkilmir? - SƏBƏB

"2023-cü ildə 3 peşəkar film çəkilib. Bu isə çox azdır. Bu filmlər əsasən yerli və beynəlxalq festivallarda nümayiş olunub". Bu sözləri -a animator Rəşid Ağamalıyev deyib. O bildirb ki, milli animasiya kino sənətinin inkişafına yardım etmək məqsədi ilə "Azərbaycan Animasiya Assosiasiyası"

24 yanvar
.

Xalq artisti VƏFAT ETDİ

Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni Leyla Şəripova vəfat edib. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, sənətkar 94 yaşında Almaniyanın Düsseldorf şəhərində vəfat edib. Onun ölüm səbəbi açıqlanmır

20 fevral
.

Balabanla ifası kosmosa çatan azərbaycanlı: Böyüklüyündən xəbərsiz olan sənətkar

Onun adı gələndə ilk olaraq qulaqlarımda Novruz bayramı ərəfəsində Azərbaycan Televiziyasının mavi ekranında ifa olunan "Azərbaycan təranələri" səslənir. Daha sonra 20 Yanvar şəhidlərinin, Xocalı qurbanlarının ahını, vaxtilə Azərbaycanın Qarabağ harayını dünyaya yayan, şəhid adlı böyük bi

29 yanvar
.

Məşhur yəhudi müğənni Alim Qasımovu paylaşdı

Məşhur israilli müğənni Yasmin Levi Xalq artisti Alim Qasımovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, Yasmin xanəndənin tələbəsi olduğunu vurğulayaraq, bunları əlavə edib:. "Ustadım: 20 il əvvəl o məni tələbəsi olaraq seçdi. Amma həyat məni başqa istiqamətə yönəltdi. Buna görə ömrümün sonun

10 fevral