Arvadına zəng edən qonşusunu çölə aparıb döydü,sonra...

Arvadına zəng edən qonşusunu çölə aparıb döydü,sonra...Arvadına mesaj yazamaqda və onu narahat edən şəxsə işgəncə verməkdə təqsirli bilinən Kürdəmir rayon sakini, 1974-cü il təvəllüdlü Mübariz Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mübariz Əhmədovun qonşusu Elsevər Məmmədovun onun arvadı Flora Əhmədovaya dəfələrlə zəng edib, onu narahat edib.
Bu səbəbdən Mübariz Əhmədov 6 may 2017-ci il tarixdə, saat 23-də Elsevər Məmmədovu yaşadığı küçədə görüb və birlikdə Kürdəmir rayonunun Xırdapay kəndinin kənarında yerləşən boş sahəyə gəlib. Orada həmin məsələ ilə əlaqədar şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı yumruq və təpiklə Elsevər Məmmədovun üz, bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub.
"Arvadıma mesaj yazıb"
İstintaq orqanı Mübariz Əhmədova Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Mübariz Əhmədov bildirib ki, Elsevər Məmmədovu tanıyır və onunla həmkəndlidir: "Elsevərin bir müddət əvvəl arvadım Floraya zəng etməsindən və mesajlar yazmasından şübhələnmişəm. Buna görə də aramızda söz-söhbət olub. Lakin dava-dalaş baş verməyib. Elsevərə həmin ərəfələrdə belə bir şeyin təkrarlanmaması üçün xəbərdarlıq etmişəm. Buna baxmayaraq Elsevər yenə də arvadımın istifadə etdiyi mobil telefon nömrəsinə zəng edib və mesaj yazıb".
"Evimizin pəncərəsinə balaca daş dəydi"
Mübariz Əhmədov bildirib ki, mayın 6-da, saat 15-16 radələrində Elsevər Məmmədovun istifadə etdiyi mobil telefondan arvadı Floranın işlətdiyi nömrəyə zəng gəlib: "Arvadım telefonu yanında açıb və əks tərəfin səsini eşitmişəm. Onun qonşumuz Elsevər Məmmədov olduğunu bilmişəm. Bundan sonra arvadıma zəng vuran və mesajlar yazan şəxsin qonşumuz Elsevər Məmmədov olduğuna əmin olmuşam. Mayın 6-da, saat təxminən 22.30-da evimdə olarkən, həmin vaxt ev telefonuna zəng gəlib. Ev telefonları nömrə tutan olduğuna görə zəngin Elsevərdən gəldiyini gördüm. Bundan sonra evmizin küçə tərəfə olan pəncərəsinə balaca daş dəydi. Dərhal küçəyə çıxaraq Elsevərin küçələrinin başında dayandığını gördüm".
"Elsevərə ərli qadına nə üçün zəng edirsən, dedim"
Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan əsəbiləşərək qardaşı Asifə zəng vurub və qohumları Zaur Kərimovla birgə evinə gəlməsini xahiş edib: "Bundan sonra qardaşım Asif bizə gəldi. Əhvalatı Asifə danışdım. Bir az sonra isə Zaur öz avtomobili ilə gələrək küçənin başında dayandı. Zaurla telefonda danışaraq maşında dayanmasını dedim. Sonra qardaşımla birlikdə küçəyə çıxdıq. Bu zaman Elsevərin öz evlərinə tərəf getdiyini gördük. Qardaşımla Elsevərin yanına getdik. Ondan söhbət etmək üçün maşına minməsini istədik. Lakin Elsevər əvvəlcə getmək istəmədi. Elsevərə ərli qadına nə üçün zəng edirsən, dedim. Elsevər küçədə söhbətin eşidilməməsi üçün bizimlə birlikdə Zaur Kərimovun "Toyota camry" markalı avtomobilinə əyləşdi. Bundan sonra Zaura avtomobili rayondan kənara sürməsini xahiş etdim".
"Şəxsiyyətini alçaldan hərəkətlər etməmişəm"
Mübariz Əhmədovun ifadəsinə görə, Kürdəmir rayonu Xırdapay kəndi tərəfə gedərək yoldan xeyli kənara düşüb və orada avtomobili saxlayıblar: "Elsevər avtomobilə əyləşərkən əlində olan mobil telefon yerə düşüb. Həmin telefonu götürdüm və arvadıma aid telefonda nəsə olub-olmadığına baxmaq istədim. Lakin telefon kodda olduğu üçün baxa bilmədim və telefonu Elsevərə qaytardım. Sonra Elsevəri avtomobildən yerə düşürərək "sən, niyə görə mənim ailəmə sataşırsan" deyə soruşdum. Elsevər bunu etiraf etmədi. Buna görə də yumruqla Elsevərin burun nahiyəsindən vurdum. Elsevər yerə yıxıldıqdan sonra onun bədəninin sağ nahiyəsinə təpiklədim. Qardaşım Asif isə Elsevərə bir iki şillə vurdu. Elsevərin üzərində olan paltarları cıraraq özümlə götürdüm ki, kənarda atım. Elsevər Məmmədova qarşı şəxsiyyətini alçaldan hərəkətlər etməmişəm".
"Arvadı ilə münasibətdə olmağımı düşünüb"
Zərərçəkmiş Elsevər Məmmədov bildirib ki, 2017-ci ilin martında Mübariz Əhmədovla aralarında mübahisə olub, Mübariz Əhmədov həyat yoldaşı Flora Əhmədovanın mobil telefonunda onun nömrəsini gördüyündən ona zəng etdiyini və onunla münasibətimin olduğunu düşünüb: "Mayın 6-da isə axşam saat 23-də dostumun toyundan çıxaraq taksi ilə öz evimə gəlirdim. Küçəmizin başında taksidən düşdüm. Öz evimə gedərək küçə qapısını açmaq istəyəndə iki nəfər məni arxadan tutdu. Onlar məni təpiklə vuraraq küçənin başında dayanan Zaur Kərimovun avtomobilinə mindirdilər. Avtomobilə əyləşdikdən sonra Mübariz və Asif məni yumruqla vurdu. Sonra məni maşında döyə-döyə Kürdəmir rayonunun Sor-sor kəndi ərazisi istiqamətində apararaq orada yoldan çıxdıqdan bir qədər sonra boş sahəyə gətirdilər. Məni avtomobildən yerə düşürtdükdən sonra yerdə hər ikisi yumruq təpiklə bədənimin müxtəlif nahiyələrinə vuraraq mənə xəsarətlər yetirdilər".
"Arvadı ilə yazışıb-danışdığıma görə döyülmüşəm"
Elsevər Məmmədovun sözlərinə görə, gecə qaranlıq olduğundan orada kimin hansı nahiyəsindən vurduqlarını görə bilməyib: "Lakin hər ikisi yumruq və təpiklə bədənimin müxtəlif nahiyələrinə vurublar. Orada Mübarizin arvadı ilə yazışıb-danışdığıma görə döyülmüşəm. Məni döydükdən sonra Mübariz Əhmədov əynimdəki paltarları cırdı. Sonra məni sahədə lüt qoyaraq getdilər. Lüt vəziyyətdə piyada Kürdəmir şəhərinin dörd yol deyirən yerə gəldim. Oradan da tanımadığım taksi ilə öz evmizə yollandım. Əynimi geyinəndən sonra şikayət etmək üçün Kürdəmir rayon polis şöbəsinə gəldim. Baş verənləri polisə danışmışam".
"Dedi ki, Elsevəri çöllük əraziyə apardıq, dərsini verdik"
Şahid qismində dindirilən Flora Əhmədovanın sözlərinə görə, hadisədən bir neçə ay qabaq tanımadığı mobil telefondan ona zəng gəlib: "Həmin zaman ərim Mübariz də yanımda olub. Zəng etmiş şəxs səsini çıxardıqda qonşumuz Elsevər olduğundan şübhələnmişəm. Elsevər bir neçə dəfə mənə zənglər edib və mesajlar yazıb. Mayın 6-da əvvəlcə günorta saatlarında yenə də həmin nömrədən zəng gəlib. Həmin vaxt da ərim yanımda idi. Ərim telefonu götürərək mikrofona qoyaraq danışmağımı tapşırıb. Telefonu açdım. Həmin şəxs "alo" dedi. Onun səsindən Elsevər olduğunu tanıdım. Yenə də ərimə heç nə demədim. Həmin gün saat 23-də evdə olduğum zaman ev telefonuna zəng gəldi. Ev telefonu gələn zəngləri müəyyən edildiyindən, zəng gələn nömrəni gördük. Həmin zaman isə evin pəncərəsinə daş atıldı. Ərim küçəyə çıxanda həmin şəxsin Elsevər olduğunu gördü. Bundan artıq bezən ərim əsəbiləşərək qardaşı Asif Əhmədovu və mənim əmim oğlu Zaur Kərimovu zəng etdi. Asif onlara gəldikdən sonra küçədə qonşuları narahat etməsinlər deyə Elsevəri çağırdı, Zaurun maşını ilə kənar heç kəsin olmadığı bir yerdə başa salmağa getdilər. Bir az sonra ərim evə gəldi. Ərimdən nə baş verdiyini soruşdum. Mübariz dedi ki, Elsevəri çöllük əraziyə apardıq, orada dərsini verdk. Mübariz əməllərdən nəticə çıxartsın deyə, Elsevəri yüngül döydüklərini dedi".
Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Mübariz Əhmədov aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.
Hökmündən narazı qalan zərərçəkmiş Elsevər Məmmədov apelyasiya şikayəti verib. O, şikayətində Mübariz Əhmədovla yanaşı Asif Əhmədov və Zaur Kərimovun da məsuliyyətə cəlb edilməsini istəyib.
Zərərçəkmiş hansı maddələrlə ittiham verilməsini istəyib?
Elsevər Məmmədov qeyd edib ki, bu şəxslər onun azadlığını məhdudlaşdırıblar. Zərərçəkmiş təqsirləndirilən Mübariz Əhmədov və işdə adları şahid qismində keçən Asif Əhmədov və Zaur Kərimov Cinayət Məcəlləsinin 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə), 133.2.6-cı (işgəncə verməklə əzab vermə), 145.2.4-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qanunsuz azadlıqdan məhrum etmə), 145.2.5-ci (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə qanunsuz azadlıqdan məhrum etmə), 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) maddələri ilə cinayət əməlləri törədiblər.
Zərərçəkmişin şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb. Hakim Zəki Babayevin sədrliyi ilə baş tutan prosesdə Elsevər Məmmədovun apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
Araşdırma aparan hakim heyəti sonda qərar elan edib. Qərara görə, Elsevər Məmmədovun apelyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 5093   Tarix: 14 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda DƏHŞƏT: Müştəri kababçını öldürdü - YENİLƏNİB

Aprelin 10-da paytaxtın Nizami rayonu ərazisində Anar Quliyevin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Nizami rayon Prokurorluğundan  -a verilən xəbərə görə, aparılmış istintaqla 34 yaşlı Rəhman Qəhrəmanovun aprelin 9-da rayonun Keşl

11 aprel
.

Azərbaycanda ötən gün 14 kq narkotik aşkarlanıb

Polis əməkdaşları ölkə ərazisində ötən gün 14 kq narkotik aşkarlayıblar. Bu barədə Ölkə.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə aprelin 10-da ümumi çəkisi 14 kiloqrama yaxın narkotik vasitə, 22 ədəd çətənə kolu, həmçini

11 aprel
.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17 aprel
.

Tiflisdə partlayışda polis əməkdaşı da öldü

Tiflisin İsan rayonundakı Boçorma küçəsində yerləşən "Battleground" atış mərkəzində partlayış nəticəsində ölənlərdən biri polis əməkdaşıdır. -a istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb. Bildirilib ki, yaralılar arasında da 2 nəfər DİN əməkdaşı var. Qeyd edək ki, parlayı

7 aprel
.

Zaqatalada avtomobil iki gənci vurub

Zaqatalada 18 və 16 yaşlı iki gənci avtomobil vurub. APA-nın məlumatına görə, rayonun Bəhmətli kənd sakinləri olan 2006-cı il təvəllüdlü Elvin Əziz oğlu Orucov və 2008-ci il təvəllüdlü Yusif Zaman oğlu Zamanlı bədənin müxtəlif nahiyələrinin küt travması xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasın

7 aprel
.

Gəncədə bazarda yanğın olub

Gəncədə bazarda yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) -a məlumat verilib. Bildirilib ki, bazar ərazisində ümumi sahəsi 150 kvadratmetr olan talvarın taxta atmaları 25 kvadratmetr sahədə, piştaxta 40 kvadratmetr sahədə və üç ədəd soyuducu qismən yanıb. Bazarın qala

14 aprel
.

Ağcabədidə qadın əri və qızının batdığı yerdə FƏRYAD ETDİ - VİDEO

Zərdab sakinləri olan ata və qızı Kür çayında batıblar. Hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb. Baku TV hadisə yerindən görüntüləri təqdim edib. Həmin yerə gələn ana övladı üçün fəryad edərək onun tapılmasını istəyib. Qeyd edək ki, Fövqəladə Halla

13 aprel
.

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Bu barədə xidmətdən -a məlumat verilib. Bildirilib ki, aprelin 15-də əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistra

14 aprel
.

Xaçmazda məktəbdə yanğın

Xaçmazdan məktəbdə yanğın olub. Bu barədə -a FHN-dən bildirilib. Məlumata görə, Xaçmaz şəhərində ümumi sahəsi 10020 m² olan (hər mərtəbəsi 3340 m²) üçmərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində sahəsi 36 m² olan 1 otağında 3 ədəd kompyuter, 2 ədəd stol və 0,5 p.m elektirik naqilləri yanıb. Məktəbi

9 aprel