"Özümə kömək edən lazımdır" – Səyavuş Aslanın səfalətdən fəryad edən oğluna qardaşından cavab

"Özümə kömək edən lazımdır" – Səyavuş Aslanın səfalətdən fəryad edən oğluna qardaşından cavabMərhum xalq artisti Səyavuş Aslanın oğlu Çingizin dolanışığından danışaraq, "Yeməyə çörək tapmıram" deməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Onun Rusiyada yaşayan qardaşı hacı Eldar Aslanla əlaqə saxladıq. Qardaşının verdiyi açıqlamalarla bağlı danışmaq istəmədiyini söyləyən Eldar çətinliklə də olsa, suallarımızı cavablandırdı.

– Bakıda yaşayan qardaşınız Çingizlə münasibətiniz necədir?
– Yaxşı, nə olub ki?

– Müsahibə verərək, məhrumiyyətlər içərisində yaşadığını və yeməyə çörək tapmadığını deyib…
– Biz həqiqətən də məhrumiyyətlər içərisində yaşayırıq. Amma mən öz dərdimizi el-aləmə car çəkib, şikayət etməyi xoşlamıram. Bu barədə də israr etməyin, suallarınızı cavablandırmayacam.

– Qardaşınız artıq bu barədə danışıb…
– Özü bilər, necə məsləhət bilibsə, elə də edib.

– Bir qardaş kimi onun hansı vəziyyətdə yaşamağından xəbəriniz var?
– Mən dedim axı, bu barədə danışmayacam.

– Çoxları sizi ona kömək etməməkdə qınayır…
– Mənim özümə kömək edən lazımdır. Üç uşaq, bir qardaş yiyəsiyəm. Ailədə yeganə işləyən mənəm. Nə qazanıram ki, hələ kiməsə də kömək edim? Bacardığım qədər balalarıma da, qardaşıma da əl tuturam.

– Qardaşınızı bu açıqlamaya görə qınayırsız?
– Gərək el-aləmə bu barədə car çəkməyəydi.

– Buna görə ondan inciyirsiz?
– Bu, birinci hal deyil. Qardaşım həmişə bu barədə danışıb. Amma mən ondan qırıla bilmirəm, cünkü doğmamdır.

– Onu düşdüyü vəziyyətdən xilas etmək üçün düşünəcəksiz?
– Mən evsiz-eşiksiz, dərviş adamam. Çöllərdə, başqa ölkələrdə bir qarın çörəkpulu üçün işləyirəm. Balalarıma, qardaşıma və özümə görə… Əlimdən nə gəlir, onu da edirəm. Zəngin və biznesmen deyiləm ki, ona da, özümə də ev, maşın alım. Maaşla dolanan adamam.

– Amma bir vaxtlar xeyriyyəçiliklə məşğul idiniz.
– O 10 il əvvəl idi… İndi hər şey dəyişib. Xahiş edirəm, daha sual verməyin. Xətrinizə dəymək istəmədiyim üçün danışdım.

Ürəyim çox doludur. Amma danışmaq istəmirəm. Çünki faydasız və nəticəsizdir. Bu bizə dedi-qodudan başqa bir şey verməyəcək. Kim nə deyir, nə danışır, danışsın. Elə bilirsiniz məni maraqlandırır? Bu qeybətdən bizim ailəmizə pul gəlir?

Qeyd edək ki, xalq artisti Səyavuş Aslanın oğlu Çingiz sözügedən müsahibəsini "Şərq" qəzetinə verib./yenicag


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3391   Tarix: 14 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021