Azərbaycanda bu bank çökdü
Azərbaycanda daha bir bank əmanət qəbulunu və kredit verilməsini dayandırıb.
Sonxeber.az fed.az-a istinadən xəbər verir ki, bu hazırda Azərbaycanda ən pis kapital göstəricisinə sahib olan "Dəmirbank"dır. Xəbərə görə, bank artıq 5 aydır ki, əmanət qəbul etmir. Bir ay əvvəl isə kredit verməyi də dayandırıb. Başqa sözlə, artıq bir aydır ki, bank öz fəaliyyəti ilə bağlı əsas əməliyyatları dayandırsa da, indiyədək bu vəziyyəti ictimaiyyətdən gizli saxlaya bilib.
"Dəmirbank"ın özündən bankın "oflayn" rejimə keçməsini təsdiqləsələr də, səbəblərini izah etməkdə çətinlik çəkiblər. Bankın nümaynədəsi Tofiq Ağayev sayta əmanət qəbulunun və kreditlərin hansı səbəbən dayanmasını izah etməyib. Bunun bank rəhbərinin göstərişi ilə edildiyini qeyd edib.
Bununla yanaşı, qeyd edək ki, vaxtilə bank sisteminin aktiv iştirakçılarından olan "Dəmirbank" hazırda çox çətin durumdadır. Bankın maliyyə göstəriciləri ürəkaçan deyil.
Bank, 2017-ci ilin üçüncü rübünü 20,4 milyon manat zərərlə başa vurub. Bu göstərici ilə ən böyük zərər edən 3 bankın sırasındadır.
Kapitalın həcminə gəlincə, "Dəmirbank" ölkə üzrə ən pis göstəriciyə malikdir. Hazırda bankın nizamnamə kapitalı nəzərdə tutulan tələbdən 2 qat azdır -50 milyon manat əvəzinə, cəmi 25,57 milyon manat.
Bankda əmanətlərin qəbulu və kreditlərin dayandırılmasının səbəblərini açıqlamasalar da, adətən belə hallarda banklara nəzarətedici qurum mümkün riskləri azaltmaq üçün belə göstərəcilərə malik olan banklara əmanət qəbulunu qadağan edir.
Şübhə doğurmur ki, bank tezliklə kapital çatışmazlığı problemini həll etməlidir. Əks halda ya fəaliyyətini dayandırmalı, ya da başqa bank tərəfindən "udulmalıdır".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanda problemli kreditlər artıb
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb
25 avqust 2021Bitkoin yenə bahalaşdı
Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub
8 avqust 2021Dünya bazarında neft qiymətləri necə dəyişib?
Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub
20 iyul 2021Azərbaycan nefti kəskin ucuzlaşdı
Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini
20 iyul 2021Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır
Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç
19 avqust 2021Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA
Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların
6 may 2021