"Xaçmazda qızları öldürüb ət maşınında çəkirdim..." - Azərbaycanda baş vermiş qandonduran cinayətlər

"Xaçmazda qızları öldürüb ət maşınında çəkirdim..." - Azərbaycanda baş vermiş qandonduran cinayətlərDemək olar ki, hər gün xoşagəlməz olsa da, cinayət xəbərləri ilə rastlaşırıq. İnsan həyatına amansızlıqla son qoyan vətəndaşlarımızın cinayət əməllərini oxuduqca dəhşətə gəlməmək mümkün deyil. Xəyanət, qısqanclıq, namus üzərində törədilən bu əməllər onlarla ailəni başsız, uşaqları anasız, valideynləri övladsız qoyur.

Bu il ölkədə baş verən ən qandonduran və amansız cinayətləri sizə təqdim edirik:

Qolu, başı kəsilən şəxs

"Xaçmazda qızları öldürüb ət maşınında çəkirdim..." - Azərbaycanda baş vermiş qandonduran cinayətlərSentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyitinin aşkar olunması faktına görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə Bakı Şəhər Prokurorluğunda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu hissələrə parçalanmış şəxsin baş hissəsinin fotosunu yaymaqla onun kimliyini tanıya biləcək şəxslərin köməyi ilə müəyyən etməyə çalışdılar.

Mərhumun öldürüləndən sonra hissələrə parçalanıb kanalizasiyaya atılmasının qətlin ört-basdır edilməsinə hesablanması birmənalıdır.
Amma belə görünür ki, qatil və ya qatillər hissələrə parçalanmış bədənin tapılacağı ehtimalını da nəzərdən keçiriblər və mərhumun qollarını kanalizasiyaya atmayıblar.

Mümkündür ki, mərhum əvvəllər məhkum edilmiş şəxs olub və onun polisin kartotekalarında əl-barmaq izləri var. Qatil də mərhumun kimliyi haqda bilgili olduğundan qollarını kəsib və kanalizasiyaya atmayıb. Qatil əl-barmaq izlərinə əsasən mərhumun kimliyinin müəyyən edilə biləcəyini təxmin edib və bunu nəzərə alaraq qolları xüsusi olaraq gizlətməyə çalışıb. Bununla da istintaqçıları mərhumun şəxsiyyətini müəyyənləşdirmək istiqamətində əl-barmaq izlərinin identifikasiyasını gerçəkləşdirməkdən məhrum edib.

Mərhumun saçlarının, qaş və kirpiklərinin qırxılması isə belə nəticə çıxarmağa əsas verir ki, öldürülən, böyük ehtimalla, radikal dindarlardan olub. Qatil mərhumun baş-qaşını qırxmaqla ümumi görünüşünü tanınmaz hala qədər dəyişməyə cəhd edib.

Daha bir maraqlı detal odur ki, qatil 4 atəş açmaqla şəxsi həyatdan məhrum edib. Bundan sonra hadisə yerindən gilizləri də götürməyi unutmayıb. Bu da son nəticədə istintaqçılara qətlin hansı silahla törədilməsini dəqiqləşdirməyə imkan verməyib.
Qatilin bunca tədbirli olması maraqlı bir sualı da aktuallaşdırır, kimliyi barəsində fikir yaradır.

Mümkündür ki, qatil hüquq-mühafizə orqanlarının iş prinsiplərinə, əməliyyat-istintaq işlərinin aparılma qaydasına bələd biridir. O, atdığı addımlarla - ilk əvvəl hadisə yerindən gilizləri yığmaqla, meyiti parçalamaqla, sonradan qolları gizlətməklə, saçlarını, kirpiklərini qırxmaqla cinayətin üstünün açılmasını gizlətməyə nail olmağa çalışıb. Belə görünür ki, hələlik buna nail olub. Qatilin qətlin üstünün açılmasına qarşı bunca preventiv tədbirlər görməsi onun qətlin üstünün açılmaması üçün də addımlar atacağı ehtimalını gücləndirir. O, qətl barəsində hər hansı bir formada məlumatlı olan şəxsi və ya şəxsləri də aradan götürmək üçün hərəkətə keçə bilər. (müsavat)

Bacısının başını kəsən qız

"Xaçmazda qızları öldürüb ət maşınında çəkirdim..." - Azərbaycanda baş vermiş qandonduran cinayətlər2014-cü ilin oktyabrında 1993-cü il təvəllüdlü Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi-18 ünvanında özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilib.

Pərvanə Nuriyeva mübahisə zəminində bacısı Günel Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra başını kəsib.

Pərvanə Nuriyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub.

2015-ci il noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Pərvanə Nuriyevaya hökm oxunub.

Məhkəmə Pərvanə Nuriyeva barəsində məcburi xarakterli tibbi tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar çıxarıb. O, müalicə edilməsi üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Bu günlərdə Pərvanə Nuriyevanın yaxınları Sabunçu rayon Məhkəməsinə müraciət edib. Onun yaxınları Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya Stasionarında məcburi müalicəsinin ləğv edilərək, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsini istəyiblər. Məhkəmə həmin təqdimatı təmin edib.

Bu qərardan narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Sabunçu rayon Məhkəməsinin qərarının ləğv edilməsini, Pərvanə Nuriyevanın barəsində ümumi tipli psixiatriya Stasionarında məcburi müalicəsinin bərpa edilməsini istəyib.

Prokurorun protesti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Əmir Bayramovun icraatına verilib.

İlkin baxış iclası noyabrın 14-nə təyin edilib.

Bərdədə qətlə yetirilən 14 yaşlı yeniyetmə

"Xaçmazda qızları öldürüb ət maşınında çəkirdim..." - Azərbaycanda baş vermiş qandonduran cinayətlərKənd ərazisində fermada yaşayan Yevlax rayonunun Qoyun Binəsi kənd sakini, 1999-cu il təvəllüdlü Mustafalı Tapdıq Əlifəsiyyət oğlu qonşuluqda yaşayan Kəlbəcər rayonundan olan məcburi köçkün, 2003-cü il təvəllüdlü Mirzəməmmədov Həsrət Sabir oğlunu döyərək öldürüb.

H.Mirzəməmmədovun atası İsmət Mirzəməmmədov bildirib ki, oğlu küt alətlə başından vurularaq öldürülüb və meyiti su kanalına atılıb. Qətlə yetirilmiş şəxs 7-ci sinif şagirdidir. Ağdaş rayonunun Aral-1 kəndində müvəqqəti məskunlaşmış kəlbəcərli məcburi köçkün, 2003-cü il təvəllüdlü H.Mirzəməmmədov Bərdədə çobanlıq edirmiş. Hadisə H.Mirzəməmmədov otlaq sahəsində heyvanları otararkən baş verib. 

Hadisə yerindən qaçan T.Mustafalı polis tərəfindən yaxalanaraq istintaqa cəlb edilib. O, ilkin ifadəsində yeniyetməni otlaq sahəsinə görə yaranan münaqişə zəminində öldürdüyünü deyib.

"Xaçmazda qızları öldürüb ət maşınında çəkirdim..."

"Xaçmazda qızları öldürüb ət maşınında çəkirdim..." - Azərbaycanda baş vermiş qandonduran cinayətlərAzərbaycanlı manyakın etirafları eşidənləri dəhşətə gətirib.
Bir zamanlar Azərbaycan teleməkanının ən reytinqli verlişi olan "Ailələr, talelər" üçün hazırlanmış bu müsahibə hər kəsi şoka salmışdı.

Verilişin aparıcısı tanınmış jurnalist Nailə İslamzadənin suallarını cavablandıran adamyeyən manyak öz dəhşətli əməllərini bütün çılpaqlığı ilə danışmışdı. Xanım jurnalist tamaşaçıların istəyini nəzərə alaraq, həmin müsahibəni yenidən yayımlayıb.

49 yaşlı kişi yerə yıxılmış sevgilisinin boğazına ayağını dirəyərək onun nəfəsini kəsərək öldürüb

"Xaçmazda qızları öldürüb ət maşınında çəkirdim..." - Azərbaycanda baş vermiş qandonduran cinayətlərSabunçu rayonu Bakıxanov qəsəbəsi Adil Əlibabayev küçəsindəki mənzildə paytaxt sakini, 1968-ci il təvəllüdlü Şaqaliyev Fərhad Cənnət oğlu qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1982-ci il təvəllüdlü Sadıqova Gülnarə Xanış qızını boğaraq öldürüb. 49 yaşlı kişi yerə yıxılmış sevgilisinin boğazına ayağını dirəyərək onun nəfəsini kəsərək öldürüb.

Bildirilir ki, hadisə vaxtı F.Şaqaliyev sərxoş vəziyyətdə olub. Belə ki, o, bir müddət əvvəl tanış olduğu Şamaxı sakini Gülnarə Sadıqova ilə sevgili həyatı yaşamağa başlayıb və Bakıxanov qəsəbəsində kirayə mənzil tutub. Ailəli, 2 uşaq atası olan Fərhad tez-tez həmin mənzildə sevgilisi ilə görüşürmüş. Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməyini, ona daha çox diqqət ayırmasını tələb edirmiş. Bu səbəbdən də onlar arasında tez-tez münaqişələr yaşanırmış. Dünən növbəti dəfə eyni mövzuda mübahisə yaşanıb və F.Şaqaliyev sevgilisini döyüb. Yerə yıxılan qadının onu söydüyünü görən kişi ayağını onun boğazına dirəyərək boğub.

Qeyd edək ki, qətlə yetirilən qadın əvvəllər ailəli olub. Hadisəni törədən F.Şaqaliyev isə kiçik sahibkardır. O artıq tutularaq istintaqa təhvil verilib.(lent.az)

Azərbaycanlı biznesmen ürəyindən güllələndi

"Xaçmazda qızları öldürüb ət maşınında çəkirdim..." - Azərbaycanda baş vermiş qandonduran cinayətlərGürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində odlu silahdan açılmış atəş nəticəsində yaralanmış Ceyhun Çovdarov bu gün süni nəfəs aparatından ayrılıb. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər.

Bu barədə yaralının yaxın dostu Ayaz Məmmədov məlumat verib. A.Məmmədov deyib ki, C. Çovdarov həmin hadisədən sonra oktyabrın 24-də ilk dəfə olaraq gözlərini açıb. Həkimlər onu bir daha müayinə ediblər və həyatı üçün təhlükənin olmadığı məlum olub. Bu səbəbdən də həkimlər Ceyhun Çovdarovu süni nəfəs aparatından ayırıblar.

Onun sözlərinə görə, həkimlər digər yaralı Vüqar Bayramovu da süni nəfəs aparatından ayırıblar və oktyabrın 25-də o, palataya köçürüləcək. Oktyabrın 19-da güllə yarası almış Azər Çobanov, Anar Məmişov və Elmar Hüseynov isə evə buraxılıblar.

"Həkimlər bir neçə gündən sonra Azad Çobanov və Elmar Hüseynovu əməliyyat edəcək və onların bədənindəki mərmiləri çıxaracaqlar", - deyə Ayaz Məmmədov vurğulayıb.
Qeyd edək ki, oktyabrın 19-da naməlum şəxslər Marneuli rayonunun Qızılhacılı kəndində Ceyhun Çovdarovu və daha bir neçə adamı odlu silahdan atəş açmaqla yaralayıblar.

C.Çovdarov "Gürcü arzusu-demokratik Gürcüstan" Partiyasından yerli özünü idarəetmə orqanına seçkilərdə bələdiyyə deputatlığına namizəd olaraq irəli sürülüb. O, yüksək səs çoxluğu ilə bələdiyyə deputatı seçilib.(report)

Arvadını qardaşı ilə "tutdu", başını kəsdi

"Xaçmazda qızları öldürüb ət maşınında çəkirdim..." - Azərbaycanda baş vermiş qandonduran cinayətlərBakı Ağır Cinayətlər Məhkəməsində arvadını baltalayıb sonra başını kəsərək öldürməkdə təqsirləndirilən 31 yaşlı Murad Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

hakim Ənvər Seyidovun icraatında olan prosesdə baxış iclası baş tutub.
Belə ki, 2017-ci ilin mayında Quba rayonun Güləzi kəndində yaşayan M.Ələsgərov arvadı Ulduzu ögey qardaşına qısqanaraq 5 dəfə balta ilə vurub, sonra isə başını kəsib.

O ifadəsi zamanı ögey qardaşı Şeyda ilə Ulduzu bir neçə gün izlədiyini deyib: "Onları güdmək üçün guya küçəyə getdiyimi dedim, evin arxasından keçib samanlığa girdim. Eşitdim ki, Şeyda Ulduza nəsə dedi. Sonra ikisi də həyətə çıxdı, pəncərədən baxıb gördüm ki, Ulduz tövlənin arxasına getdi. Şeydanın harda olduğunu bilmək üçün çölə çıxdım. O məni görüb tutuldu, tez küçəyə tərəf getdi.

Bir gün sonra yenə işləmək adı ilə evdən çıxdım. Şeyda da arxamca küçəyə gəldi, onu aldatmaq üçün dağa tərəf gedib başqa yolla qonşunun həyətində ağaca çıxdım, oradan həyətimizi izlədim. Heç birini həyətdə görmədim, evə qaçdım. Şeyda balkonda dayanmışdı, Ulduz da taxtın üstündə halsız uzanmışdı.

Səhəri gecə tövlənin üstünə çıxıb oradan arvadımı güddüm. Şeyda tövlənin qabağına gəlib orada dayandı. Ulduz da bu toyuq hinindən çıxırdı. Şeyda onu yanına çağırdı. Amma Ulduz süd vedrəsini götürüb evə getdi. Mən də evə gedib Şeydanın ona nə dediyini soruşdum. O isə eşitmədiyini dedi. Dedim ki, Quran gətirəcəyəm, özünü yığışdır, yoxsa səni öldürərəm".

Bundan sonra Murad Ələsgərov arvadı Ulduzu öldürmək üçün qəti qərar verir və sübh tezdən inək sağan arvadına arxadan yaxınlaşaraq baltayla zərbələr vurur. Bu anı isə qızları 6 yaşlı Aybəniz də görür, dərhal evə qaçır.

Mərhum Ulduz Ələsgərovanın atası Aydın Eyyubov deyib ki, hadisədən 2 ay əvvəl qızı tez-tez ağlayırmış: "Onların 3 övladı var idi, kiçik oğlum ora gedəndə bir neçə dəfə Ulduzun ağladığını görüb. Şeyda Rusiyadan gələndən sonra o evdə çox mübahisələr olurdu. Şeyda mülk davası edirdi".

M.Ələsgərovun arvadı ilə yaxın münasibətdə olmaqda ittiham etdiyi Şeyda Ələsgərov bunu təkzib edib: "Mən Ulduzla ata-bala kimi idim. Amma Muradla anası mənimlə yola getmirdi. Onlara deyirdim ki, evi dağıtmayın, elə bilirdilər onları evdən çıxaracağam. Murada qardaş kimi nəsihət verirdim, qəbul etmirdi. Ulduzun da qayınanası ilə arası yaxşı deyildi. Mən heç vaxt Ulduzla tək qalmamışam, Muradın da onu niyə öldürdüyünü bilmirəm".(yenicağ.az)

86 yaşlı atası ilə 79 yaşlı anasını öldürən oğul

"Xaçmazda qızları öldürüb ət maşınında çəkirdim..." - Azərbaycanda baş vermiş qandonduran cinayətlərGədəbəyin Qurudərə kəndində yaşlı valideyinlərini bıçaqlayaraq öldürən Şöhrət Məsimovun meşədə gizləndiyi təxmin edilir. Həmin şəxsin 2000-ci illərin əvvəllərində Rusiyada daha bir qətl törətdiyi üzə çıxıb.

1931-ci il təvəllüdlü Mikayıl Məsimovu sinəsindən iki bıçaq vurmaqla öldürüb. Daha sonra anası, 1938-ci il təvəllüdlü Ayna Məsimovanı bıçaqlayıb. Məlumata görə yaşlı qadın ərinin öldürüldüyünü görəndə həyətə qaçıb canını qurtarmağa çalışıb, ancaq oğlu onu həyətdə haqlayaraq kürəyindən bıçaqla vuraraq öldürüb. Daha sonra hadisə yerindən qaçaraq gizlənib.

Qonşuların bildirdiyinə görə oğulla valideyinləri arasında münaqişə Şöhrət Məsimovun bacısına görə yaranıb. Onun bacısı kənddə valideyinlərindən ayrı yaşayır və atasının evinə qayıtmaq istəyirdi. Məsimov isə bununla razı deyilmiş və valideyinləri qızı ata evinə geri qaytarmağa razılaşdıqlarına görə onları öldürüb. Qonşular Məsimovla valideyinləri arasında bu məsələ ilə bağlı mübahisənin şahidi olublar və ehtimal edirlər ki, qətlin motivi məhz həmin münaqişədir.

İstintaq orqanlaır isə müəyyən ediblər ki, Şöhrət Məsimov bundan əvvəl də qətl törədib. O, 2000-ci illərin əvvəllərində Rusiyada adam öldürüb və bu cinayətə görə məsuliyətə cəlb olunmayıb. Azərbaycana qaçaraq burada yaşamağa başlayıb. Rusiya hüquq-mühafizə orqanları isə Məsimovun törətdiyi qətllə bağlı Azərbaycan tərəfinə sənədləri təqdim etməyib.(sputnik)

Ağdaş rayonunda kişi 3 yaşlı uşağının başını kəsmək istəyib

"Xaçmazda qızları öldürüb ət maşınında çəkirdim..." - Azərbaycanda baş vermiş qandonduran cinayətlərHadisə rayonun Kotanarx kəndində baş verib. Sakinlərin AzNews.az-a verdiyi məlumata görə, sərxoş vəziyyətdə olan Nurəddin Qədirov gecə saat 12-də uşağının başını kəsmək istəyən zaman ona qohumlar mane olub:

"Nurəddin Lək kəndinin sakinidir. Hadisə gecə saat 12-də baş verib. Mağazadan kolbasa və araq alıblar. Yeznə ilə qayın yaxşıca yeyib-içiblər. Bu Nurəddinin ikinci ailəsidir. Bundan əvvəlki ailəsindən 3, ikinci ailəsindən isə 4 uşağı var. Nurəddinin birinci arvadından olan qızı bura qonaq gəlmişdi. Bir neçə gün qalıb. Burada olanda atasına deyib ki, "arvadın sənə xəyanət edir, telefonla başqa kişilərlə danışır".

Onun üstündə neçə gündür ki, ailədə söz-söhbət gedir. Nurəddin də bunu bilən kimi arvadına deyib ki, "sən mənə niyə xəyanət edirsən?". O, həyat yoldaşının anasına, yəni qayınanasına söyəndə oğlanları buna dözməyib. Davanın böyüdüyünü görən Nurəddin həmin anda bıçağı əlinə alaraq 3 yaşlı uşağının boğazını kəsmək istəyib. Qaynı görüb ki, Nurəddin uşağını öldürür, qohumlarla birlikdə bunu arxadan vurub. Nurəddin yerə yıxılanda uşağı onun əlindən alıblar. Həmin anda baxıb görürlər ki, Nurəddinin qulağı partlayıb, qan gəlir. Heç kəs onun qulağını kəsməyib".

Sakinlər qeyd edib ki, hazırda bütün ailə Ağdaş rayon polis şöbəsindədi

Tovuzda 18 yaşlı qızın başını kəsib, zibilliyə atdılar

"Xaçmazda qızları öldürüb ət maşınında çəkirdim..." - Azərbaycanda baş vermiş qandonduran cinayətlərDaxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Gürcüstan vətəndaşı Elmira Tanrıverdiyevanı qətlə yetirməkdə şübhəli bilindiyinə görə iyunun 23-də tutulmuş Eldəniz Babayevin ətrafında Qazax rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Elmiranın azyaşlı qızı Fatiməni də boğma yolu ilə qətlə yetirməsi müəyyən edilib.

Uşağın meyiti Ağstafa çayının Xanlıqlar kəndindən keçən hissəsindəki sahildə tapılıb.

"Xaçmazda qızları öldürüb ət maşınında çəkirdim..." - Azərbaycanda baş vermiş qandonduran cinayətlərSentyabrın 11-də gecə saatlarında Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Abanotubani rayonunda öldürülən Azərbaycan vətəndaşı Elçin Məmmədovun qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.
42 yaşlı E. Məmmədov şəhərin Vaxtanq Qorqasali küçəsində yerləşən "Maspindzelo" restoranının yaxınlığında güllələnib.

O, 2015-ci ilin fevralında Moskvada edilmiş soyğuna görə federal axtarışda idi. Üç güllə yarası alan Məmmədovun cəsədi ağ "Toyota Land Cruiser"də tapılıb. Tapançadan açılan atəşin izləri avtomobilin hər iki tərəfində aşkar edilib. Bu, hücum edənlərin iki nəfər olduğu versiyasını irəli sürməyə imkan verir.Alçaldılmış Masallinski özünün qan düşmənlərindən qisas almağa and içib. Ehtimal ki, Elşən onun ilk qurbanıdır və qurbanların siyahısında başqaları da olacaq. Məlum olur ki, Rafiq Məmmədovun olduğu yer haqqında qabaqcadan bilirdi və Gürcüstana ezamiyyət üçün qətlin etibarlı icraçısını şəxsən axtarırdı. Şayiələrə görə, Elşənin "başı" üçün 500 min dollar məbləğində ağlasığmaz mükafat müəyyən edilmişdi.

Operativ məlumatlara görə, 39 yaşlı Moskva sahibkarı Elşən Məmmədovun qətlinin maliyyə sponsorudur. Bu şəxsin "Fut Siti"nin əsas icarədarlarından biri olan Zaur Əhmədov olduğu bildirilir.
Cinayətlə bağlı hələ heç kim saxlanmayıb. Müəyyən edilib ki, Məmmədov Gürcüstana iki gün əvvəl gəlib.

Məlumata görə, E.Məmmədov restoranda İlham Haciyev adlı şəxslə və "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) bir neçə yaxın adamı ilə yemək yeyib. Şahidlərin sözlərinə görə, Elşənin yemək yoldaşları qəhvə içdiyi vaxt o, gözlənilmədən yerindən qalxıb maşınına gedib və həmin an atəş səsləri eşidilib.
Qeyd edilir ki, mərhum "Rafiq Masallinski" kimi tanınan kriminal avtoritet Rafiq Eyvazov üzərində alçaldıcı divanın təşkilatçısıdır. O, Nadir Səlifovun ən amansız "cəllad"larından biri idi. Rafiqi məhz Elşən restorana görüşə çağıraraq onun üzərində açıq məhkəmə təşkil edib. Elşən Rafiqin sol qulağını kəsərək hadisəni videolentə alıb. publika.az

Öldürülən 6 günlük körpə

"Xaçmazda qızları öldürüb ət maşınında çəkirdim..." - Azərbaycanda baş vermiş qandonduran cinayətlərLənkəranın Darquba kəndində öldürülən 6 günlük körpə Nurullayev Mələk Şaiq qızının ölümü ilə bağlı sözügedən kənddə yeni şayiələr yayılıb.
İddiaya görə, ürəyinə iynələr sancılaraq öldürülüb, daha sonra su quyusuna atılan körpənin qatili heç də nənəsi Atifə Nurullayeva deyil.

Kənd camaatı iddia edir ki, körpəni öldürən onun doğma əmisi Faiq Nurullayevin həyat yoldaşı olub. Səbəb isə bir uşaqdan sonra ikinci uşağa hamilə qala bilməyən əmi arvadının, ikinci dəfə uşaq dünyaya gətirən qaynı arvadına qısqanclığıdır.

Bildirilir ki, hadisə baş verdikdən sonra polisə ilk olaraq məlumat verən körpənin atası Şaiq Nurullayev olub. Araşdırmadan sonra ilk şübhəli olaraq isə istintaqa körpənin əmisi F.Nurullayevin həyat yoldaşı cəlb edilib. Ancaq daha sonra bütün şübhələri körpənin nənəsi A.Nurullayeva öz üzərinə götürüb və hadisəni özü törətdiyini etiraf edib.

Ancaq darqubalılar iddia edib ki, ilkin araşdırma zamanı həmin gecə evdə olan hər kəsdən qan analizi götürülüb. Analizin nəticələrinə görə, evdə gecələyən hər kəsin qanında yuxu dərmanı aşkarlanıb, bircə öldürülən körpənin əmisi F.Nurullayevin həyat yoldaşından başqa.

Şayiələrə görə, hadisə baş verən gecə körpənin əmisi arvadı evdəkilərin yeməyinə yuxu dərmanı qataraq, hamını yatırdıb və hadisəni törədib.

F.Nurullayev isə həyat yoldaşının həbs edilməməsi üçün anasından qətli öz üzərinə götürməsini istəyib və beləliklə də A.Nurullayeva təqsirsiz olduğu halda qətli öz üzərinə götürüb. axar.az

Salyanda həyat yoldaşı və 4 qızını öldürüb evin altında basdıran ailə başçısı

"Xaçmazda qızları öldürüb ət maşınında çəkirdim..." - Azərbaycanda baş vermiş qandonduran cinayətlər63 yaşlı Fərhad Əliyev arvadını və 4 qızını boğazını kəsərək öldürüb. İlkin məlumatlara əsasən, F. Əliyev oğlu Fəqan Əliyevlə birlikdə ailə üzvlərini evin zirzəmisində basdırıb.

Oğlu ilə birləşərək 2014-cü ildə arvadını və dörd qızını öldürüb yaşadığı evin altında basdıran qatil istintaqa ifadəsində bu dəhşətli cinayətin motivini danışıb. "Sputnik" agentliyi Salyan hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, qatil Fərhad Məhərrəm oğlu Əliyev dindirmə zamanı arvadını və qızlarını "onu saymadıqları üçün" öldürdüyünü deyib.

Xatırladaq ki, bu ailənin bütün yükü ananın çiyinlərində olub, o, min əzab-əziyyətlə qızlarını böyüdüb. Ata isə içki düşgünü olub, əyyaşlıqla məşğul olaraq ailəsinə baxmayıb.

"Onlar məni ailə başçısı kimi saymırdılar, hörmət etmirdilər və baxmırdılar. Bu səbəbdən öldürdüm" -qatil deyib.
mənbə:BiG.AZ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4430   Tarix: 15 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Az qala ÖLƏCƏKDİ: Qadın kofe içən zaman qadın stəkanda ölü böcəklər gördü

İspaniyanın Mayorka adasındakı hava limanının kofe alan aviaşirkətin qadın əməkdaşı az qala öləcəkdi. xarici mənbəyə istinadən xəbər verir ki, 21 yaşlı qadın hava limanında aldığı kofenin qəribə dadı olduğunu hiss edib. Stəkanın içərisinə baxan zaman içərisində ölü həşəratların olduğunu görüb. Qadını

26 aprel
.

"Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz ikiüzlülüyünü bir daha nümayiş etdirdi" - DEPUTAT

"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edi

26 aprel
.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26 aprel
.

Rusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları

26 aprel
.

"Qismət-M House" MMC-yə yazılan protokola baxılacaq tarix açıqlandı: Yüksək məbləğdə cərimə

"Qismət-M House" MMC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb. -ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə mayın 8-də baxılacaq. Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-c

26 aprel
.

Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə "Azərbaycan Avtomobil Yolları Dövlə

26 aprel
.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel