Azərbaycanda qəribə olay: Avtobusu sərxoş halda idarə etdi, polis sərbəst buraxdı - VİDEO

Azərbaycanda qəribə olay: Avtobusu sərxoş halda idarə etdi, polis sərbəst buraxdı - VİDEOSürücülük hüququ olmadan avtobusu sərxoş idarə edən sürücü məhkəmədə sərbəst buraxılıb.

Hadisə rayonlardan birində baş verib. Dövlət Yol Polisi əməkdaşları xidmətdə olarkən rayondaxili sərnişin avtobusu idarə edən sürücüyə ''saxla'' əmri veriblər. Yoxlama zamanı məlum olub ki, sərnişinlə dolu avtobusu idarə edən sürücü sərxoşdur. Sərnişinlər düşürüldükdən sonra o da məlum olub ki, ümumiyyətlə sürücünün avtobusu idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Polis dərhal protokol tərtib edərək işə baxılması üçün rayon məhkəməsinə göndərib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 334.4-cü maddəsi sürücülük hüququ olmayan sərxoş şəxsin avtobusu sərnişinlər ola-ola idarə etməsinə görə 1 aydan 2 ayadək həbsini nəzərdə tutur.

Məhkəmədə dindirmə zamanı həmin şəxs hakimə bildirib ki, 2-ci qrup əlildir. Hətta onu təsdiq edən sənədi də hakimə təqdim edib. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində isə konkret göstərilir ki, 2-ci qrup əlil inzibati qaydada həbs edilə bilməz. Buna görə də həbs baş tutmayıb. Yəni qanundakı qüsura görə, belə bir təhlükəli əməli törədən sürücü məsuliyyətdən kənar qalıb.

Məsələ əliliyi olan şəxslərin avtobus idarə edərkən törətdiyi inzibati xətanın cəzasız qalması məsələsini aktuallaşdırır. Ekspertlər bildirirlər ki, bu, İnzibati Xətalar Məcəlləsində ciddi problemdir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, belə fakt aşkar edildikdə avtobusu sürücüyə verən sahibkar cərimələnir. Əgər həmin şəxs fərdi sahibkardırsa min manat, hüquqi şəxsdirsə 8 min manat məbləğində cərimə edilir. Amma əlliliyi olan sürücü barəsində İnzibati Xətalar Məcəlləsində heç bir sanksiya yoxdur. Ekspert bu cür halların qarşısını almaq üçün qanunda müəyyən dəyşikliklərin edilməsini təklif edir.

Əgər dəyşiklik olarsa, əlilliyi olan şəxs də ən azından özündə məsuliyyət hiss edib, avtobusu bu vəziyyətdə idarə etməz.

Millət vəkili Vüsal Hüseynov isə 'bildirdi ki, bu cür faktlarda sürücü yüngülləşdirici olaraq İnzibati Xətalar Məclləsinin 334.1, yəni 500 manat məbləğində cərimə edilməlidir.

Mənbə: xəzərxəbər


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1103   Tarix: 15 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021