Röyanın keçmiş biznes ortağı azadlığa buraxıldı

Röyanın keçmiş biznes ortağı azadlığa buraxıldıBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq təqsirləndirilən Səbinə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az -a istinadən bildirir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 2 il sınaq müddəti ilə şərti azadlığa buraxılıb.

Qeyd edək ki, Səbinə Hüseynova tanınmış müğənni, əməkdar artist Röya Ayxanın keçmiş biznes ortağı olub. R.Ayxanla birgə işləmiş tanınmış dizayner Səbinə Hüseynova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Belə ki, S.Hüseynova dələduzluqda ittiham edilir. İttiham aktına əsasən, S.Hüseynova vətəndaş İlqar Babayevin 86 min dollar, başqa bir şəxsin isə külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

Bir neçə həftə əvvəl S.Hüseynovanın məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra S.Hüseynova növbəti proseslərə gəlməyib və dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun həbs edilməsini və barəsində polis tərəfindən axtarış qərarı çıxarıb.

Tutulan S.Hüseynova Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, əməkdar artist R.Ayxan bir neçə il bundan əvvəl S.Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub. Ötən ay isə S.Hüseynovanın adı dələduzluq əməlində keçdiyi üçün R.Ayxan onunla iş birliyinə son qoyduğunu açıqlayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1711   Tarix: 15 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Flora Kərimova: "Rahat yat, Cavanşir"

Xalq artisti Flora Kərimova mərhum Əməkdar artist Cavanşir Məmmədovun vəfatı ilə bağlı "Instagram" səhifəsində paylaşım edib. xəbər ki, sənətçi mərhumla birgə görüntülərini paylaşaraq bunları yazıb:. "Arzular tükənmir, bitmir. Ümidlə gözlədiyimiz arzuların içində yaşanılan həyat acılı-şirinl

21 aprel
.

"Babamın haqsızlığa ürəyi dözmədi" - Cavanşir Məmmədovun nəvəsi

Aprelin 20-də qəfil ürəktutması nəticəsində vəfat etmiş Əməkdar artist Cavanşir Məmmədovun nəvəsi onun haqqında paylaşım edib. xəbər verir ki, mərhum müğənninin nəvəsi Rəfiqə Qafarova öz sosial şəbəkə hesabında babası ilə bağlı . "Babamın haqsızlığa ürəyi dözmədi" deyə şərh yazıb. O öz yazdıqların

22 aprel
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17 aprel
.

Aparıcı ilə xanəndə arasında qalmaqal yaşanıb

Əməkdar artist Nigar Şabanova ilə aparıcı Lətafət Ələkbərova arasında qalmaqal yaşanıb. Axşam.az-ın əldə etdiyi məlumata görə, bir neçə müddətdir fəaliyyətini MTV-də davam etdirən L.Ələkbərova "Lətafətin mətbəxi" proqramına xanəndəni qonaq çağırıb. O isə gələcəyini desə də, proqrama qatılmayıb

22 aprel
.

Cavanşir Məmmədovun dəfn YERİNDƏN VİDEO

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub. report-a istinadən xəbər verir ki, mərhum sənətçi bu gün "Qurd Qapısı" qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində onun ailə üzvləri, həmkarları və mədəniyyət nümayəndələri iştirak ediblər

20 aprel
.

Toyu bu xəbərlə açdı

Aparıcı Könül Muxtarova aparıcılıq etdiyi toy məclisini Qazaxın dörd kəndinin işğaldan azad edilməsi xəbəriylə açıb. OLAY yazır ki, o, gecədə qonaqları salamladıqdan sonra bunları söyləyib:. "Şad xəbəri sizə çatdırmaq, sizinlə bölüşmək istəyirəm. Bir neçə dəqiqə bundan öncə aldığımız məlumata görə

19 aprel
.

"Heç biri onunla vidalaşmağa gəlmədi"

"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam. Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb. O, mərhum sənətçilər, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla fotosunu paylaşaraq aparıcılara iradın

21 aprel
.

Cavanşir Məmmədovun ölümündən əvvəlki SON GÖRÜNTÜSÜ - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov toyda çıxıış edərkən videosu yayılıb. bildirir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının birində toyda ifa edib. Həmin görüntünü təqdim edirik:

20 aprel
.

"Qızlarıma cehiz vermək üçün bağımı satdım" -Əməkdar artist

Əməkdar artist Qorxmaz Əlili bağını satma səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, aktyor "Elgizlə izlə" verilişində qızlarına cehiz almaq üçün bunu etdiyini deyib:. "Bağım var idi. Qızlarımı köçürəndə onlar üçün cehiz almaq lazım idi. Məcburiyyətdən o bağı satdım. Dörd nəfərik, ind

23 aprel