38 yaşlı Abşeron sakini 8 yaşlı qıza təcavüz etdi, sonra...- Liftdə biabırçılıq

38 yaşlı Abşeron sakini 8 yaşlı qıza təcavüz etdi, sonra...- Liftdə biabırçılıqAzyaşlıya təcavüz etməkdə təqsirli bilinən Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü İbrahim Buğumovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İbrahim Buğumov 15 may 2015-ci il tarixdə, saat 20:45 radələrində sərxoş vəziyyətdə Binəqədi rayonu, Azadlıq prospekti 185 saylı ünvana gəlib.
İbrahim Buğumov həmin ünvanda binanın liftində 2009-cu il təvəllüdlü Samirə Əliyeva (ad və soyad şərti verilib – red.) rastlaşıb.

Azyaşlıya təcavüz

O, azyaşlı qızın köməksiz vəziyyətindən istifadə edərək, ona qarşı seksual xarakterli hərəkətlər etmək qərarına gəlib. İbrahim Buğumov azyaşlının qolundan tutaraq, onun paltarını soyundurub.

İbrahim Buğumov liftdə azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib. Azyaşlı baş verən olayı valideynlərinə danışıb. Onun valideynləri polisə şikayət edib. Şikayət əsasında İbrahim Buğumov həbs edilib.

"Uşağı öpmək istədiyimi bildirdim"

İbrahim Buğumovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İbrahim Buğumov bildirib ki, hadisə baş verən günü içkili olub. Onun ifadəsinə görə, Binəqədi rayonu, Binəqədi şosesi, Azadlıq prospekti 185 ünvanında az yaşlı bir qız uşağının onun diqqətini cəlb edib: "Həmin uşaqdan xoşum gəldi. Siqaret çəkərək onu izlədim. Sonra uşaq bloka girdiyi zaman onun arxasınca öncə bloka, daha sonra onunla birlikdə liftdə girdim. Liftdə uşağa ondan xoşum gəldiyini və onu öpmək istədiyimi bildirdim".

"Qızın atasına yalvarsam da..."

Təqsirləndirilən şəxsin sözlərinə görə, azyaşlı qızı öpmək istəyən zaman onu əli ilə itələyib: "Onu qolundan sıxaraq özümə tərəf çəkdim. Bu zaman uşaq ağlamağa başladı. Şalvarımı aşağı çəkərək azyaşlı qıza qarşı ədəbsiz hərəkətlər etməyə başladım. Sonra uşağın şalvarını çıxartmağa çalışdım. Bu zaman liftin qapısı açıldı. Uşaq qaçaraq evlərinə girdi. Bir qədər sonra uşaq evdən bir kişi ilə çıxdı. Məni həmin şəxsə göstərdikdən sonra qaçaraq evə girdi. Sonra evdən iki qadın da çıxdı. Sonradan uşağın atası olduğunu bildiyim şəxs məni saxlayaraq polisə zəng etdi. Qızın atasına məni polisə verməməsi üçün nə qədər yalvarsam da, dinləmədi".

"Məni görəndə qorxdu"

Cinayət işi üzrə ikinci dəfə ifadə verən İbrahim Buğumov əvvəl verdiyi ifadəsini təkzib edib. O, növbəti ifadəsində göstərib ki, o, həmin binanın blokuna yalnız təbii ehtiyacını ödəmək məqsədilə girib: "Sidiyimi ifraz etdiyim zaman bloka balaca qız uşağı daxil oldu. Uşaq məni blokda görüb və daha sonra qorxaraq evlərinə qaçdı. Bir qədər sonra həmin uşağın atası olduğunu bildiyim şəxs məni saxlayaraq polisə şikayət etdi".

"Bərk sıxdığına görə, incitdi"

Zərərçəkmiş şəxs qismində ifadə verən Samirə Əliyeva bildirib ki, mayın 15-də evlərinin həyətində oynadığı vaxt ona qarşı pis hərəkətlər etmiş şəxsin binanın həyətində gəzişdiyini, sonra isə onların blokunun qarşısında dayanaraq siqaret çəkməyə başladığını görüb: "Evə getmək üçün bloka girdim və liftin düyməsini sıxdıqda həmin şəxs mənim arxamla bloka daxil oldu. Liftin qapısı bağlanan kimi həmin şəxs qolumdan tutaraq sıxdı və məni öpmək istədiyini dedi. Həmin şəxsi əllərimlə itələdim və ona mane olmağa çalışdım. Qolumu bərk sıxdığına görə, incitdi".

"Atama onu göstərdim"

Zərərçəkmiş qeyd edib ki, sonra həmin şəxs onu özünə sıxıb, onu itələməyə çalışsa da, gücü çatmayıb: "Qorxduğumu görən həmin şəxs öz şalvarını soyundu. Mənə qarşı ədəbsiz hərəkətlər etdi. Qorxumdan ağlamağa başladım. Həmin şəxs əynimdəki şalvarımı aşağı salmaq istədikdə, mane olmağıma əhəmiyyət vermədi. Bu zaman liftin qapıları açıldı. Mən tez liftdən çıxdım. Evə qaçaraq qapımızı döydüm. Qapını açan kimi valideynlərimə olanları danışdım. Atam həmin şəxsi göstərim deyə tez məni bayıra çıxardı. Atama həmin şəxsi göstərdim və qorxduğum üçün tez evə qaçdım. Sonra atam polis çağırdı və həmin şəxsi polisə təhvil verdi".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İbrahim Buğumov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İbrahim Buğumov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, ədalətli hökm çıxarılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə İbrahim Buğumovun əməli Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər etmək) maddəsinə tövsüf edilib və onun cəzası 1 il 6 aya endirilib.
Prokurorluğun protesti ilə Ali Məhkəmə apelyasiya instansiyasının bu qərarı ləğv edilib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul olunub.
İş materialları baxılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb. Apelyasiya instansiyasında işə hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb.
Hakim kollegiyası təcavüz faktı ilə bağlı ekspertiza təyin edib. Ekspertiza rəyi açıqlanana qədər proses qeyri müəyyən vaxtadək təxirə salınıb.
publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6277   Tarix: 15 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Azneft"in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub. "Qafqazinfo" xəbər verir ki, Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib. Onun əvəzinə "Umid Babək Əməliyyat Şirkəti"nin Azərbaycandakı filialını

28 mart
.

Təlabat artıb, Azərbaycanda dollar BAHALAŞIR? -AÇIQLAMA

Son zamanlar ölkə ərazisində dollara tələbatın yüksək olması müşahidə olunur. Ölkə ərazisində dollara olan təlabatın bu dərəcədə artması nə ilə bağlıdır? Tələb bu qədər çox olarsa,dollar bahalaşa bilər?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, hazırda ölkədə dolları

28 mart
.

"Avromed"ə məxsus "Vita aptek"də 17 manatlıq dərman 37 manata satılır - FOTOFAKT

Mərdəkandakı "Vita Aptek"də 17 manatlıq dərman 37 manata satılır. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə tanınmış teleaparıcı Zamirə Dadaşova bildirib. O, "Truxal" adlı dərmanın Mərdəkanda yerləşən "Vita Aptek"dən 37 manata alındığını sübut edən fotolar paylaşıb. Aparıc

29 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

ƏHALİYƏ SEVİNDİRİCİ XƏBƏR: Pensiya və müavinətlər artırıla bilər - VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. -ın məlumatına görə, bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Onun sözlərinə görə, belə olan halda büdcədə dürüstləşmənin aparılmasına ehtiyac yaranır

29 mart
.

VAZ divara çırpıldı: Xəsarət alanlar var

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. Sürücü Əli Qulu oğlu Quliyev VAZ-2106 markalı avtomobilə idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi divara çırpılıb. Nəticədə sərnişinlər Fuad Əlişa

29 mart
.

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar - ARAŞDIRMA + VİDEO

Hindistanın Madxubani şəhərində qeyri adi bazar 700 ildir ki fəaliyyət göstərir. Bazarın ilk təçkilatçısı Raca Xari Sinqx olub. Belə ki, bu bazarda meyvə tərəvəz, cürbəcür qidalar yox, kişi satılır. Daha doğrusu, qızlar öz valideynləri ilə bura gəlib özlərinə ər alırlar. Bu bizim üçün qeyri-adi və imkansı

28 mart
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart