Yol polisi Azərbaycan yığmasının velosipedçilərini saxladı - FOTO

Yol polisi Azərbaycan yığmasının velosipedçilərini saxladı - FOTOAzərbaycan yığmasının və Synergy Baku klubunun velosipedçiləri bu səhər aeroport yolundakı trasda məşq zamanı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.

Sonxeber.az bildirir ki, idmançılar və onları müşayiət edən avtomobili Qala qəsəbəsindəki 12 nömrəli cərimə meydançasına göndərilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, velosipedçilər həmişə lazımi təhlükəsizlik tələblərinə riayət edir və yol hərəkəti qaydalarını pozmurlar.

Bundan başqa, idmançıları həmişə Federasiyasının maşını müşayiət edir: "Bizim komandamız artıq bir neçə ildir ki, aeroport yolunda məşqlər keçirir, amma velosipedçilər bu cür halla ilk dəfə rastlaşıblar".
Yol polisi Azərbaycan yığmasının velosipedçilərini saxladı - FOTO

İdman   Baxılıb: 554   Tarix: 17 dekabr 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR