Müəllimlərə şad xəbər

Müəllimlərə şad xəbərTəhsil Nazirliyinin dəstəyi ilə hazırlanan www.muellimlerotagi.az veb səhifəsi təqdim edilib.

Trend-in məlumatına görə, təqdimatda tanınmış ziyalılar, təhsil ekspertləri, valideyn və şagirdlər iştirak ediblər.

Layihə rəhbəri Zülfiyyə Aslanbəyli "Müəllimlər otağı"nın müəllimlərin təcrübə mübadiləsini təşkil etmək və təlim-tədris metodlarını bir arada toplamaq məqsədi daşıdığını qeyd edərək bildirib ki, məqsədə çatmaq üçün yerli və əcnəbi müəllimlərin təcrübələri öyrənilib, onların təlim-tədris metodları toplanıb. Eləcə də müəlimlər saytdakı forumdan istifadə edərək təcrübələrini bir-biriləri ilə paylaşa bilər.

Təqdimatda çıxış edən əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Anar Qədiməliyev, M.Ə.Sabir Fondunun prezidenti Sevda Tahirli, 36 nömrəli məktəbin direktoru Emilya Səfərəliyeva və digərləri layihənin əhəmiyyətindən danışıblar. Bildirilib ki, müəllimlərin inkişafı və əməkdaşlığı üçün təcrübə mübadiləsinin paylaşılmasına çox böyük ehtiyac var. Təhsil metodları təhsilin şah damarıdır və layihənin də məqsədlərindən biri tədris metodlarını bir araya gətirmək olduğu üçün bu layihənin əhəmiyyətini daha da artırır.

Tədbirdə şagirdlərin hazırladığı "Təhsildə nəyi daha yaxşı görmək istəyirəm?" sualına cavab verən qısa tamaşa da nümayiş olunub və tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Məlumat üçün bildirək ki, Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi çərçivəsində hazırlanan "Müəllimlər otağı" layihəsinin rəhbəri, Bakı şəhəri 36 nömrəli məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Zülfiyyə Aslanbəyli, koordinatoru isə Şimali Kipr Doğu Akdeniz Universitetinin Təhsilin idarə olunması kafedrasının magistirantı Cəfər Mənsimidir.

"Müəllimlər otağı"nda şagirdlər müəllimləri və bəyəndikləri dərs metodları haqqında fikirlərini də paylaşıblar. Bunun üçün şagirdlər "Hansı dərs daha çox diqqətinizi çəkir? Niyə?" suallarına cavab veriblər.

Platformada məzunların da fikirlərinə yer verilib. Bu məqsədlə onlar ən çox bəyəndikləri dərsdən və bunun səbəbindən söhbət açıblar.
Onu da qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Təhsil Nazirliyi tərəfindən dövlət ümumtəhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan olunub. Müsabiqə çərçivəsində ümumtəhsil müəssisələri kateqoriyası üzrə 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3927   Tarix: 17 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel