Transfer təkliflərinə Qurban Qurbanovdan AÇIQLAMA: "Kimsə öz xahişi ilə getmək istəsə..."

Transfer təkliflərinə Qurban Qurbanovdan AÇIQLAMA: "Kimsə öz xahişi ilə getmək istəsə..."Çempionlar Liqasının qrup mərhələsində tarixi uğurlara imza atan "Qarabağ"ın futbolçularına ard-arda transfer təklifləri edilir.

Dino Ndlovudan sonra milliləşən futbolçumuz Riçard Almeyda da rəsmi təklif alıb.

İddialara görə, Türkiyənin "Osmanlıspor" klubu R.Almeyda ilə yaxından maraqlanır. Komandanın baş məşqçisi Qurban Qurbanov isə komandadan heç bir oyunçunu göndərmək istəmədiyini deyib:

"Konkret olaraq, komandadan göndəriləcək oyunçu yoxdur. Hər bir futbolçunun müqaviləsi var. Kimsə öz xahişi ilə getmək istəsə, düşünərik. Müqaviləsi olan oyunçuya "get" deyə bilmərik. Xarici klublardan ciddi bir təkliflər olunmur. Bu barədə düşünmək lazım deyil. Dino ilə bağlı təklif olmuşdu, ancaq ciddi deyildi".(publika.az)

İdman   Baxılıb: 728   Tarix: 18 dekabr 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR