Təcili pul lazımdır, kredit götürmədən 1 günə necə borc ala bilərəm?

Təcili pul lazımdır, kredit götürmədən 1 günə necə borc ala bilərəm?İş adamları, investorlar, eyni zamanda adi vətəndaşlar bəzi hallarda təcili pul problemi ilə üzləşirlər. Məsələn, vətəndaş banka depozit qoyur, və yaxud hər hansı bir sahəyə yatırım edir. Amma təcili pul lazım olduğu halda çıxılmaz duruma düşür. Bunun üçün banka qoyduğu vəsaiti çıxarsa gəlirdən məhrum olur. Digər halda depozit qoyduğu bankdan kredit götürmək isə daha baha başa gəlir.

Amma hazırda Azərbaycanda elə yatırım imkanları var ki, həm gəlir təklif etməklə yanaşı, ən aşağı faizlə borc təklif edir. Eyni zamanda girovun maksimal həddində borc götürmək imkanı yaradılır. Söhbət SOCAR istiqrazlarında gedir.

... girov qoyub təcili pul götürmək olur
SOCAR CAPİTAL şirkətinin əməliyyatlar və investisiyalar departamentinin direktoru Elxan Həsənov Fins.az-a açıqlamasında SOCAR İstiqrazlarının gəlirlilik imkanı ilə yanaşı, həm də qısamüddətli borclanma instrumenti olduğunu deyib.Yəni, təcili nağd pul imkanı kimi də digər maliyyə alətlərindən üstündür: "Sizin 10 min dollarlıq SOCAR istiqrazınız var və təcili pul ehtiyacınız var. Məsələn, oğlunuz üçün toy edəcəksiniz və bir ay ərzində nağd pul lazımdır. Bu zaman fikirləşirsiniz ki, əlinizdə olan istiqrazı satasınız və pul əldə edəsiniz. Amma istər istəməz alqı-satqı arasında fərqə görə istiqrazı satmaq itkidir. Məsələn, hazırda bu istiqrazı 1010 dollara satmaq olur. Alış isə 1020 dollardır. Bu itki olmasın deyə istiqrazı girov qoyub borc götürmək olur".

E.Həsənov bildirib ki, bunun üçün SOCAR istiqrazı repo əməliyyatına cəlb edilir. İstiqraz müştəridə olduğu halda girov qoyulur və bir gün ərzində nağd pul götürülür: "Bunun üçün investisiya şirkətinə gedib repo əməliyyatı etmək istədiyinizi bildirirsiniz. Öz istiqrazlarımı təminat olaraq qoyursuz və bir aylıq cüzi faizlə borc alırsız".

Ən aşağı faizlə borc verir
O bildirib ki, SOCAR istiqrazları həm də ən aşağı faizli borc imkanıdır. Belə ki, SOCAR istiqrazını girov qoymaqla bir aya kimi illik 3,5%-lə borc almaq olur: "Bank kreditləri illik 17-20%-lə verilir. SOCAR istiqrazı üzrə isə bu cəmi 3,5% təşkil edir. 5000 min dollar borcun bir aylıq xərci cəmi 10 dollar təşkil edir. Borcu maksimum 84 günlük götürmək olar. Bu müddət ərzində 10 min dollar borcun faizi 105 dollar təşkil edir. Və bir gün ərzində əldə etmək olur".

Girovun maksimal həddində borc verilir
Məsələnin daha bir maraqlı tərəfi isə ondan ibarətdir ki, digər maliyyə alətlərindən, o cümlədən bank kreditlərindən fərqli olaraq SOCAR istiqrazları girovun maksimal həddində borc almağa imkan verir. E.Həsənov bildirib ki, başqa bir instrumentlə borc pul götürmək istəsəniz herekat dediyimiz kəsinti var. Müştəri qoyduğu girovun 60%-i qədər borc ala bilir. Amma SOCAR istiqrazında bu 95%-dir: "Yəni, siz 10 min dollarlıq SOCAR istiqrazını girov qoymaqla 9500 dollar borc götürə bilərsiz. Hətta, borcu 3 günlük də götürmək mümkündür. Müştəri səhər müraciət edirsə, axşam artıq məbləğ onun hesabında olur".

Sadəcə vətəndaşlar da SOCAR istiqrazı ilə repo əməliyyatına başlayıb
E.Həsənov eyni zamanda son dövrlər bu imkanlarına görə SOCAR istiqrazlarına marağın artdığını bildirib. Belə ki, əvvəlcə hüquqi şəxslər, daha çox şirkətlər bu istiqrazlara maraq göstərirdi. İndi isə artıq fiziki şəxslərin də bu istiqrazlara marağı artıb. Fiziki şəxslər eyni zamanda SOCAR istiqrazları ilə repo əməliyyyatları da həyata keçirirlər: "Hətta sadə vətəndaşlardan biri bu yaxınlarda SOCAR istiqrazını girov qoyaraq 3000 dollar məbləğində borc götürüb".

"Qlobal bazarda belə girov qoyulduğu halda gəlir gətirən istiqraz yoxdur"
SOCAR istiqrazının girov qoyularaq borc götürülməsi onun gəlirlilik imkanına təsir etmir. Yəni, borc götürsəniz də istiqrazınız sizə illik 5% gəlir gətirməkdə davam edir. "PSG Kapital" investisiya şirkətinin direktor müavini Cəfər İbrahimli Fins.az-a açıqlamasında bu imkanına görə SOCAR istiqrazının hətta qlobal bazarda da üstün olduğunu deyib:" Beynəlxalq təcrübədə repo əməliyyatları zamanı borc faizi gəlir faizindən yüksək olur. Amma SOCAR istiqrazlarında borc faizi gəlir faizindən aşağıdır. Yəni, istiqraz üzrə illik gəlirlilik 5%-dirsə, qısamüddətli borc 3,5%-lə verilir".

Rahim Tarıverdiyev


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 4165   Tarix: 22 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın neft məhsulları Ermənistana ÇATDI

Azərbaycan neft məhsullarının ilk partiyası Ermənistana çatıb. xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, Bakıdan yola salınan 1 300 ton Azərbaycanın "Aİ-95" markalı benzinini daşıyan yük qatarı artı

19 dekabr
.

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 8 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 99,013 milyon ABŞ dolları dəyərində polad idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,9 % çoxdur. Noyabrda Türkiyə Azərbaycana 10,504 milyon ABŞ dolları dəyərind

6 dekabr
.

Manatın məzənnəsi ilə bağlı vacib AÇIQLAMA

"Azərbaycan manatın ABŞ dollarına qarşı məzənnəsini 1,7 səviyyəsində sabit saxlanmasını davam etdirəcək". "S&P Global Ratings" Azərbaycan üzrə yenilənmiş iqtisadi proqnozlarını açıqlayıb. Qeyd edilib ki, Mərkəzi Bankın mütəmadi valyuta intervensiyaları və güclü ehtiyat mövqey

6 dekabr
.

İnnovasiya və Təchizat Mərkəzi 2,7 milyon manata tibbi əlcəklər alacaq

"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi (PHŞ) tibbi müəssisələrdə istifadə olunacaq sərfiyyat materiallarının alınması məqsədilə tender keçirib. xəbər verir ki, satınalma üzrə qalib "Xanni-2017" MMC olub. Satınalma müsabiqəsinin ümumi məbləği 2 milyon 724 min 397.45 mana

7 dekabr
.

Azərbaycan Türkiyədən dəri idxalına çəkdiyi xərclərini 25 % azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 11,534 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,9 % azdır. Noyabrda Türkiyə Azərbaycana 550,3 min AB

6 dekabr
.

Azərbaycanda kərə yağı ehtiyatı 5 dəfəyə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 22 min 115,5 ton kərə yağı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 10,4 % azdır. Noyabrın 1-nə ölkədə 174,3 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisəd

22 noyabr
.

Qızıl, gümüş və mis konsentratının hasilatı artıb

Bu ilin yanvar-noyabr aylarında ölkədə metal filizlərinin hasilatında artım qeydə alınıb. rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanda 2 min 815 kq qızıl və 3 min 505.5 kq gümüş hasil edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatı 9.7 faiz və ya 247.8 kq, gümü

13 dekabr
.

"2026-cı il Azərbaycanda böhranın başlanğıcı olacaq"- iqtisadçı NATİQ CƏFƏRLİ

Hər il ölkədə minimum əmək haqqı artsada, bu il heç bir artım olmadı. Ölkədə ərzaq qiymətləri sözün əsl mənasında hər gün artır. Bir müddət bundan əvvəl ictimai nəqliyyatda qiymət artımı baş verdi. Hökümət artıq yanvar ayından kommunal xidmətlərin artacağını anons edib. Bütün bunların fonunda isə maa

15 dekabr
.

Gümüşün qiymətində yeni rekord

"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin mart ayında çatdırılacaq gümüş füçerslərinin qiyməti ilk dəfə olaraq bir troya unsiyasına görə 55 dolları keçərək rekord həddə çatıb. xəbər verir ki, bunu ticarət platformasının məlumatları sübut edir. Məlumata görə, axşa

30 noyabr