"Əməkdar artist fəxri adına layiq görülməyimə görə çox sevindim"

"Əməkdar artist fəxri adına layiq görülməyimə görə çox sevindim""Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla ölkənin əməkdar artisti fəxri adına layiq görülməyimə görə çox böyük qürur və şərəf hissi duyuram. Bundan sonrakı fəaliyyətimdə bu adı doğrultmağa çalışacağam".

Bunu "Report"a açıqlamasında muğam ifaçısı, əməkdar artist Ehtiram Hüseynov deyib.

O qeyd edib ki, fəxri ad alması xəbərini dostlarından eşidib: "İnternetdən oxuyub mənə xəbər verdilər. Çox sevindim. Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülməyimə görə əziz və möhtərəm Prezidentimə şəxsən öz adımdan və ailə üzvlərimin adından dərin təşəkkürü bildirirəm. Bundan sonra da musiqi mədəniyyətimizin, muğam sənətimizin inkişafında bacardığım səyləri əsirgəməyəcəyəm".

Əməkdar artist gələcək planlarından da danışıb. O, hazırda dekabrın 25-də baş tutacaq konsert proqramına hazırlaşdığını vurğulayıb: "Konsert Muğam Mərkəzində keçiriləcək. Bununla yanaşı "Şur" dəstgahı və "Çahargah" muğamlarını lentə aldırmağı planlaşdırıram".

Onun sözlərinə görə, yaz aylarında Polşaya və digər ölkələrə qastrol səfərləri gözlənilir.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 20-də Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərin təltif olunması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, xanəndə Ehtiram Hüseynov Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

Mədəniyyət   Baxılıb: 1655   Tarix: 24 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR