"Qulağıma nalayiq sözlər kimi qəribə səslər gəlir" - Xalq artisti

"Qulağıma nalayiq sözlər kimi qəribə səslər gəlir" - Xalq artistiXalq artisti Könül Xasıyeva Yeni il bayramından sonra Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alacaq.

Bu barədə "Report"a açıqlamasında xalq artist özü məlumat verib.

O, hazırda evdə yazılan müvəqqəti müalicəni aldığını deyib: "Hər gün yanıma tibb bacısı gəlir. Bacılarım və oğlum da yanımdadır. Heç istəmirəm oğlum məni belə görsün, bu ona pis təsir edir. Sinəm göynəyir, qollarımda, əllərimdə, ayaqlarımda uyuşma var. Qulağıma ağlaşma, nalayiq sözlər kimi qəribə səslər gəlir. Əvvəl elə bildim infarkt oluram, 2 dəfə təcili yardım çağırdım. Dedilər ürəyimdə ciddi bir problem yoxdur, sinir ağrısıdır. İndi ancaq sakitləşdirici iynələr vururlar. Günün çox hissəsində məni yatızdırırlar".

Xalq artisti uzun müddətdir fəaliyyət göstərmədiyinə görə borc götürmək məcburiyyətində qaldığını, indi isə borclarını geri ödəməkdə çətinlik çəkdiyini bildirib: "Üç ildir ki, nə toylara, nə konsertlərə getmirəm. Övladımın və özümün xəstəliyimin müalicə xərclərini qarşılamaq məcburiyyətində idim. İki nəfərə borcum var. Mənə borcu dollarla vermişdilər... Borcu aldıqdan sonra isə dollar qalxdı. Sağlamlığıma qovuşduqdan sonra yenə konsertlər verib, toylara gedib borclarımı qaytararam. Əsas sağlamlığımdır".

Mədəniyyət   Baxılıb: 4383   Tarix: 25 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR