Yuxusuzluq bu xəstəliklərə yol açır

Yuxusuzluq bu xəstəliklərə yol açırYuxu sağlam bir həyat üçün böyük əhəmiyyətə malikdir. Biz gün ərzində sərf etdiyimiz enerjini yuxu vasitəsilə bərpa edirik. Nizamlı yuxu həm də ruhumuzun sağlamlığı deməkdir.

Ona görə də, yuxusuzluq sağlamlığımıza zərbə vuran ilkin əlamətlərdən biridir.

Yuxusuz insan aqressiv olur, düzgün qərarlar qəbul edə bilmir, yaddaşı zəifləyir. Həmçinin onun nəfəs yollarında problemlər yaranır.

Yuxusuzluğun növləri

· Çətin yatmaq
· Tez oyanmaq
· Gecələr dəfələrlə durmaq
· Nəhayət, yuxunun tamamilə olmaması

Hər dörd hal sonradan tamamilə yuxusuzluğa gətirib çıxarır.

Yuxusuzluq orqanizmdə bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Qanda oksigen çatışmazlığı, dəyişikliklər meydana gəlir. Yuxusuzluq zamanı həmçinin ürək, ağciyər və hormonal xəstəliklər də özünü göstərir.

Yuxusuzluğun fəsadları

Hazırda dünyada ən çox yayılan və qarşısı alına bilinməyən xəstəlik məhz yuxusuzluqdur. Belə ki, dünyada hər on insandan beşi yuxusuzluğun müxtəlif növlərindən əziyyət çəkir. Alimlərin araşdırmaları nəticəsində məlum olub ki, yuxusuzluq zamanı insanda müxtəlif xəstəliklər əmələ gəlir.

Mütəmadi şəkildə 6 saatdan az yatmaq bir müddətdən sonra qandakı şəkərin miqdarını sürətlə artırır. Şəkərli diabetin yaranmasına səbəb bədəndəki insulinin hüceyrələrə nəqli zamanı yaranan pozğunluq nəticəsində qlükozanın qanda yığılması və bu zaman mədəaltı vəzin normadan artıq insulin ifraz etməsidir. İnsulini normada saxlayansa yuxudur. Yuxusuzluq həmçinin cinsi pozğunluğa və astma xəstəliyinin yaranmasına gətirib çıxarır.

Yuxusuzluğun yaratdığı digər bir fəsadsa xərçəng xəstəliyidir. Yuxu pozğunluğuna qarşı tədbir görülməzsə, bu, ölümlə nəticələnə bilər. Alimlərin qənaətinə görə, yuxusuzluq özünüöldürmə həddinə belə gətirib çıxarır.

Yuxusuzluğun səbəbi:

Tibb elmində "insomnia" adlanan yuxusuzluğun yaranmasına səbəb aşağıdakılardır:

· Vərdiş olunmamış yataq, səs-küy, havasızlıq
· Yatmazdan əvvəl tərkibində kofein olan qidalar, içkilər qəbul etmək
· Axşam ağır və yağlı yeməklər yemək
· Sinir pozğunluğu
· Normal həyat tərzini dəyişmək
· Stress, narahatçılıq
· Artıq çəki
· Qorxu, depressiya
· Mədəaltı vəzin narahatçılığı, mədədə köp
· Bronxial, ürək və ağciyər xəstəlikləri
· Soyuqdəymə zamanı ağrılar

Müalicəsi:

Yuxusuzluq zamanı yuxugətirən dərmanların qəbulu digər xəstəliklərin yaranmasına səbəb ola bilər. Belə ki, bu dərmanlar qaraciyərin çürüməsinə səbəb olur. Buna görə də belə dərmanları qəbul edərkən çoxlu süd məhsulları yemək lazımdır. Ən əsası isə həkimə müraciət edib, yuxusuzluğun hansı səbəbdən yarandığını müəyyən etmək lazımdır.

Yuxusuzluqdan əziyyət çəkənlər

· Tərkibində kofein olan içkilərdən uzaq olmalı
· Yuxudan 3 saat əvvəl yemək yeməli
· İstiotu az olan yeməklərdən istifadə etməli
· Yatmazdan əvvəl heç bir dərman qəbul etməməli (sakitləşdiricidən başqa)
· Sakit, qaranlıq otaqda yatmalıdırlar

Aparılan araşdırmalara görə, payızda saatların çəkilməsi nəticəsində qazanılan 1 saat yuxu infarkt riskini 5 faiz azaldır, qabağa çəkilməsi isə infarkt riskini 6 faiz artırır.
Yuxusuzluq gənclər arasında daha çox yayılıb. Bu hal çox təhlükəlidir. Adətən, orqanizmi sağlam olan gənc yuxuya meyilli olur. Düzgün qidalanmayan, havasız şəraitdə çox olan gənclərdə gepaksiya əlamətləri yaranır. Bu da yuxusuzluğa gətirib çıxarır.

Məktəbli uşaqlarda və gənclərdə yuxusuzluq qıcolma sindromu olmadan gizli gedən epilepsiya xəstəliyinin əlaməti ola bilər.

Yuxusuzluq halları yaşlılarda da çox olur. Bu, beyin damarlarının aterosklerozu və atrofiyasıdır. İnsan ayaqüstə yatır, yuxulu olur, amma yatağına girəndə yata bilmir. Yaşlılarda yuxusuzluğun səbəbi qaraciyər xəstəlikləridir.

Əgər insan 1 həftə yuxu yata bilmirsə, o, 1 həftədən sonra tam ruhi xəstə olur.

Yuxusuzluq zamanı beyində oksigen çatışmazlığı baş verir. Beyində oksigen çatışmazlığının ilkin əlaməti vaxtlı-vaxtsız əsnəməkdir. Beyində qan dövranı o qədər kasadlaşır ki, beyin maddələr mübadiləsində iştirak etmir. Bu da əsnəmə gətirir. Bəzən təmiz havada gəzmək, yatmazdan əvvəl ayağı isti su ilə yumaq rahat yatmağa kömək edir. Yuxu dərmanı burda çıxış yolu deyil. Yuxu dərmanını 1 ay içməklə yata bilərsən, dayandırandan sonra yenə yata bilməyəcəksən. Yaxşı olar ki, təbii ot tərkibli çaylardan istifadə edin. Kimyəvi dərmanlar asılılıq yaradır, qaraciyəri zəhərləyir.

Yuxusuzluğun qarşısını al:

· 1 çay qaşığı qurudulmuş mayaotunu 1 stəkan qaynar suya töküb, 4 saat dəmləyin. Axşam yatmazdan əvvəl için.

· Lavanda yağını 3-5 damcı qənd parçasının üstünə töküb, yatmazdan əvvəl yeyin.

· 20 qr. nanə yarpağını, 25 qr. pişikotu kökünü, 50 qram ətirşah budağını və yemişanı qatın. Alınan qarışıqdan 2 xörək qaşığı götürüb, yarım litr suya qatıb qaynadın. Yeməkdən yarım saat əvvəl için.

· 1 stəkan kök suyuna 2 xörək qaşığı bal qatıb, gün ərzində 3-4 dəfə 1/3 stəkan qəbul edin.

· 50 qram balqabağı sürtgəcdən keçirib, 1 çay qaşığı bal qatın. Gecə yatmazdan 1 saat əvvəl yeyin.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 11917   Tarix: 29 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -

13 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021
.

Arpa suyu - süd artıran vasitə

Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır. -ın Sağlamolun.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır

8 sentyabr 2021
.

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...

a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy

16 sentyabr 2021
.

Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı

"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial

13 sentyabr 2021
.

Qızdırma yaradan yeni virus aşkarlanıb

Rusiyanın "Vektor" mərkəzinin mütəxəssisləri qızdırma simptomlarına səbəb ola biləcək yeni virus təsbit ediblər. Yeni patogenə Rusiyanın cənubundakı Manıç çayının şərəfinə "manych" adı verilib. Virus Rostov vilayətində tibb müəssisələrindən "Krım-Konqo hemorragik qızdırması"

10 sentyabr 2021
.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18 sentyabr 2021
.

Gizli başlayan pnevmoniyanın əlamətləri: 1 günə ağırlaşma...

Koronavirusun ağırlaşması olan atipik pnevmoniya nədir, niyə ölümcüldür?. Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur. Ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizl

11 sentyabr 2021