Dövlət Xidmətindən sahibkarlara ÇAĞIRIŞ

Dövlət Xidmətindən sahibkarlara ÇAĞIRIŞAzərbaycan sahibkarları yoluxucu xəstəliklərin profilaktikasına məsuliyyətlə yanaşmalıdırlar. Bunu
Bunu trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının direktoru Füzuli Quliyev deyib.

Onun sözlərinə görə, bəzi sahibkarlar profilaktik tədbirlərin aparılmasına bəzən qeyri-ciddi yanaşırlar və müvafiq vəsait ayırmaqdan imtina edirlər.

F.Quliyev qeyd edib ki, Azərbaycanda yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirləri şərti olaraq iki qrupa ayırmaq olar - dövlət vəsaiti hesabına aparılan və sahibkarların şəxsi vəsaiti hesabına həyata keçirilən tədbirlər.

Bununla yanaşı, laboratoriya direktorunun sözlərinə görə, yoluxucu xəstəliklər bir qayda olaraq sahibkarların laqeydliyi üzündən özünü büruzə verir: "Əminliklə demək olar ki, dövlət vəsaiti hesabına aparılan tədbirlər nəticəsində yoluxucu xəstəliklər aşkar edilir. Dövlət vəsaiti hesabına profilaktikası aparılan xəstəliklərin siyahısına Sibir xorası, dabaq, quduzluq, brüselyoz və digər xəstəliklər aiddir. Lakin elə yoluxucu xəstəliklər var ki, onların əleyhinə profilaktik tədbirlər sahibkarların şəxsi vəsaiti hesabına aparılmalıdır. Bəzi sahibkarlar profilaktik tədbirlər üçün vəsait ayırmaq istəmir və hesab edirlər ki, bütün xərcləri dövlət öz üzərinə götürməlidir. Sahibkarların belə hərəkətləri bəzi yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər".

F.Quliyev əlavə edib ki, belə halların qarşısını almaq üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti profilaktik tədbirləri öz hesabına həyata keçirir: "Amma sahibkarlar vaksin və digər bioloji vasitələri özləri almalıdırlar, həmçinin yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərə məsuliyyətlə yanaşmalıdırlar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1019   Tarix: 30 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan ən çox bu ölkələrlə ticarət edir

2024-cü ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 72 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən idxal olunub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, 2024-cü ilin yanva

13 mart
.

Cahangir Əsgərovun həyat yoldaşına yeni vəzifə verildi

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva yeni vəzifə verilib. Bu barədə İqtisadiyyat.az məlumat yayıb. Bildirilib ki, o, "Caspian Energy Club"ın İdarə Heyətinin yeni tərkibində yer alıb

6 mart
.

Qızılın qiyməti rekordunu yenilədi

Qızılın qiyməti aprelin 1-də rekord səviyyəyə yüksəlib. Bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilir ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmağa yaxınlaşdığını göstərən əlamətlər artıma təkan verib. Qızılın bir unsiyasının qiyməti artaraq 2 265,73 dollar olub. Bu 28 martdak

1 aprel
.

Azərbaycanda hotellər üzrə orta qiymət azalıb

Cari ilin aprel ayında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə üzrə orta qiymət öncəki ayla müqayisədə bir qədər azalaraq 131,67 manat təşkil edib. -ın xəbərinə görə, yanvarda Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə üzrə orta qiymət 87,50, fevralda 102,67, ötən ay isə 134,3

6 aprel
.

Dövlət qurumunun əməkdaşlarının maaşları ARTIRILDI

"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri"ndə dəyişiklik edilib. -ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Bu Qərar 2024-cü il yanvarı

27 fevral
.

Vətəndaş pulunu niyə banka qoymur?-AÇIQLAMA

Bəzi vətəndaşlar pulu bankda yox, "yastıq altında" saxlayırlar. Vətəndaş niyə görə banka pul qoymaqdan çəkinir?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. İqtisadçı inflyasiyanın sürətli olması vətəndaşın bankda vəsait saxlamaqdansa, əmlak bazarına üz tutmasına gətirib çıxardığın

16 aprel
.

Hesablama Palatası dövlət qurumunda yoxlamalar APARIR

Hesablama Palatası Bakı Şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalar aparılır. Bizim.Media-nın əldə etdiyi məlumata görə, yoxlamalara yanvar ayının əvvəllərindən başlanıb və bu, fevralın sonunda bitəcək. Audit yoxlamaların Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibindəki mədəniyyət ocaqlarında da aparıldığ

22 fevral
.

Kirayə evə görə vergini kim ödəməlidir?

Son zamanlar çoxmənzilli binalarda yaşayanlardan mənzilin özlərinə aid olub-olmaması tez-tez soruşulur. Mənzildə kirayə qalanlar isə daha bir suala cavab verməli olurlar: Mənzilin sahibi ilə müqavilə varmı? . Müqavilə isə vergi öhdəliyini ortaya çıxarır. Bəs bu vergini kim ödəməlidir? Ev sahibi, yoxs

18 aprel
.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart