BMT: Ermənistan əhalisi sürətlə azalır
BMT-nin proqnozlarına görə, 2100-cü ilədək Ermənistan əhalisi 1,7-1,8 milyon nəfərə düşəcək.
Sonxeber.az trend-ə istinadən bildirir ki, bu barədə BMT-nin Əhali Fondunun Ermənistan ofisinin icraçı nümayəndəsi Qarik Ayrapetyan mətbuat konfransı zamanı deyib.
O bildirib ki, hazırda Ermənistan əhalisi hüquqi cəhətdən 3 milyon, faktiki cəhətdən isə 2,6-2,8 milyon nəfər təşkil edir: "BMT-nin proqnozu 2010-cu il dünyada aparılan siyahıyaalmanın məlumatlarına əsaslanır".
Q.Ayrapetyan qeyd edib ki, 2100-cü ilədək dünya əhalisinin sayı 11,2 milyard olacaq, ən böyük əhali artımı Afrikanın payına düşəcək: "Əhalinin azalmasına səbəb olacaq əsas amillər doğum sayının azalması, miqrasiya və əhalinin qocalmasıdır. İş qabiliyyətli əhalinin təqaüdçülərə nisbəti də təhlükəli göstəricidir".
Miqrasiyaya gəldikdə isə, onun sözlərinə görə, Ermənistanda miqrasiyanın mənfi saldosu 2015-ci ildə 25 min olduğu halda, 2100-cü ilədək 12 min nəfər ölçüsündə proqnozlaşdırılır.
Demoqraf Ruben Yeganyan bildirib ki, onun proqnozuna görə hər il Ermənistanı 30 min insan tərk edir.
O qeyd edib ki, hazırda Ermənistanda doğum əmsalı 1,6-1,7 təşkil edir, ancaq Ermənistan üçün bu gün ən ciddi problem miqrasiya olaraq qalır.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada Baxılıb: 804 Tarix: 28 avqust 2015
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş1 yaşlı körpənin faciəvi ölümü: eyvanda oynarkən...
8-ci mərtəbədən yıxılan 1,5 yaşlı körpə həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Əldə edilən məlumata görə, binanın eyvanında oynayan 1,5 yaşlı uşaq 8-ci mərtəbədəki evlərinin eyvanından yıxılıb. Ətrafdakı insanlar cəld sağlamlıq qruplarına məlumat verib
18 aprelBoc üstündən qızıl mağazasına silahlı hücum etdi
Daha əvvəl borc məsələsinə görə mübahisə edən iki şəxs arasında silahlı dava olub. xarici mediaya istinadən xəbər verir ki, borcunu ala bilməyən şəxs borclusunun qızıl mağazasına silahlı hücum edib. Hücumçu əvvəlcə avtomobil satıcısına atəş açıb, sonra isə ticarət mərkəzindəki zərgərlik mağazasına hücu
19 aprel32 şagird toyuq ətindən zəhərləndi
32 şagird toyuqdan zəhərlənib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, orta məktəbinin 32 şagirdi "kermes" günündü yedikləri toyuq və düyüdən zəhərlənib. Şagirdlər xəstəxanaya aparılıb. Hazırda müalicə olunurlar. Onların həyati təhlükəsinin olmadığı öyrənilib
19 aprelDəhşət! Qadını meşəyə aparın təcavüz edib,videoya çekdilər
2018-ci ildə avtomobil ilə meşə ərazisinə aparılıb təcavüzə məruz qalan qadın hər şeyi etiraf edib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Bellə ki, 5 il əvvəl meşəyə aparılıb, təcavüzə məruz qalan qadın illər boyu susub. Qadın hər şeyi etiraf etmək qərarına gəlib. O dostunu
18 aprelDünyanın sonundan qorxub ofisianta külli miqdarda bəxşiş verdi
ABŞ-da bir restoranın müştərisi ofisiant üçün böyük bir bəxşiş qoyub. Bu barədə onun dostu Reddit platformasında məlumat yayıb. xarici KİV-ə istinadla bildirir ki, istifadəçilərdən biri aprelin 8-də baş vermiş son Günəş tutulması ilə bağlı qeyri-adi hekayəni paylaşıb. Məlumata əsasən, müştəri müntəzə
18 aprel1 ton dəmirin altında qalaraq, dünyasını dəyişdi
Yük maşınından boşaldılılan 1 ton dəmir mühəndisin üzərinə aşıb. xarici mediaya istinadən xəbər verir ki, mühəndis faciəvi şəkildə dünyasını dəyişib. Mühəndisin dəmirlərin altında qaldığını görənlər işçilər dərhal təcili yardım çağırıb. Xəbər üzərinə sağlamlıq, xilasetmə və polis qrupları ünvana söv
18 aprelErmənistan Müdafiə Nazirliyinin keçmiş binası partladıldı - Video
İrəvanda Ermənistan Müdafiə Nazirliyinin keçmiş binası partladılıb. "Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, partlayış hökumətin qərarı ilə həyata keçirilib. Bildirilir ki, bina son illər ölkənin Dövlət Gəlirləri Komitəsinin balansında olub. Sözügedən tikilini
17 aprelYeni quş qripi virusu aşkarlandı
Bolqarıstanın cənubundakı Asenovqrad şəhəri ərazisində daha bir quş qripi virusu yayılıb. "Report" xəbər verir ki, bu barədə Bolqarıstanın Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Virus baytarlar tərəfindən təxminən 154 min toyuq olan fermada aşkarlanıb. Bir həftə əvvəl virus Haskovo şəhərind
18 aprel