"Exchange"lər açılır?

"Exchange"lər açılır?"Azərbaycanda hər hansı bir qərar verilərkən qərarın dərindən analiz olunmadığı və bütün mexanizmlərin əvvəlcədən hesablanmadığı "exchange"lərin yenidən açılacağı ilə bağlı məsələdə də üzə çıxdı. Hər hansı qərar verilir, sonradan həmin qərarların təsirləri iqtisadiyyatda və yaxud da sosial həyatda özünü büruzə verdikdən sonra ya dəyişdirilir, ya da başqa qərarlara əlavələr olunur"

Bunu iqtisadçı Natiq Cəfərli Azərbaycanda "exchange"lərin yenidən açılacağı məsələsindən danışarkən deyib.

O qeyd edib ki, "exchange"lər bağlanarkən düşünülməmiş qərar verildi: "Bunu onunla əsaslandırdılar ki, "exchange"lərin olması valyuta bazarında panikaya yol açır. Bu da hər hansı zərbələrə yol aça bilər. İndi də yenidən açılır. Əgər bu əsaslandırma var idisə, nəyə görə indi yenidən açılır? O səbəblər tam aradan qalxdımı? Deməli o zamankı qərar tələsik, düşünülmədən verilmişdi. Təqribən 4 min insanın iş yerini itirməsinə səbəb oldu. İndi isə "exchange"lərin çox ağır şərtlərlə yenidən açılması irəli sürülür.

Düşünmürəm ki, əvvəlki sayda yenidən "exchange"lər olacaq. Amma şəhərin mərkəzində yeni "exchange"lərin açılması mümkündür. Bu məsələnin yeganə olaraq vətəndaşlar və turistlərin üçün müsbət tərəfi odur ki, banklar axşam saat 6-dan sonra və şənbə, bazar günü işləmirlər. Bu da əhali və xarici turistlər üçün narahatlıq yaradırdı. İndi şəhər mərkəzində açılacaq "exchange" lər bu narahatlığı aradan qaldıracaq. Bankların işinə birbaşa təsir göstərməyəcək. Ancaq az da olsa onların gəlirliklərinin azalmasına səbəb ola bilər".

qafqazinfo


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1421   Tarix: 04 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Zeytun yağı niyə BAHALAŞIB?

Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,5

8 mart
.

Kirayə evə görə vergini kim ödəməlidir?

Son zamanlar çoxmənzilli binalarda yaşayanlardan mənzilin özlərinə aid olub-olmaması tez-tez soruşulur. Mənzildə kirayə qalanlar isə daha bir suala cavab verməli olurlar: Mənzilin sahibi ilə müqavilə varmı? . Müqavilə isə vergi öhdəliyini ortaya çıxarır. Bəs bu vergini kim ödəməlidir? Ev sahibi, yoxs

18 aprel
.

Azərbaycanda ezamiyyə xərclərinin məbləği artırıldı

"Ezamiyyə xərclərinin normaları haqqında" Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normas

5 aprel
.

Azərbaycan neftinin qiyməti 92 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,9 % azalaraq 92,26 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərini

11 aprel
.

Cahangir Əsgərovun həyat yoldaşına yeni vəzifə verildi

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva yeni vəzifə verilib. Bu barədə İqtisadiyyat.az məlumat yayıb. Bildirilib ki, o, "Caspian Energy Club"ın İdarə Heyətinin yeni tərkibində yer alıb

6 mart
.

Ölkədə bahalaşan və ucuzlaşan məhsullar - Siyahı

Cari ilin yanvar ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 101,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,7 faiz, qeyri-qida məhsulları üzrə 101,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,2 faiz təşkil edib. Dövlət Statistika Komitəsində

13 fevral
.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart
.

"TikTok"da məşhurlaşan Adəmin atası həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-c

15 aprel
.

Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır

2024-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1727,2 min nəfər olub. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, onlardan 899,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdl

9 aprel