"Avtovağzal" metrosunun açılışı gələn ilə qaldı

"Avtovağzal" metrosunun açılışı gələn ilə qaldıNəsimi Paşayev hələ 2013-cü ilin dekabrnda açılışı nəzərdə tutulan stansiyaların bağlı qalmasının səbəbini açıqlamır

Bakı metrosunun 3-cü xəttində inşa olunan "Memar Əcəmi" (keçid stansiyası) və "Avtovağzal" stansiyalarının istifadəyə verilməsini gözləyən sərnişinlər bir az da səbirli olsunlar. Bakı metropolitenin rəsmisi bu stansiyaların açılışınan 2016-cı ilin birinci yarısına qaldığını deyib.

1news.az informasiya agentliyinə açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev hələ 2013-cü ilin dekabr aynda açılışı nəzərdə tutulan stansiyaların qapılarının hələ də niyə bağlı olmasının səbəbinə aydınlıq gətirməyib. Onun sözlərinə görə, stansiyalarda tikinti işləri başa çatıb və burada müxtəlif avadanlığın quraşdırılması, ətraf ərazilərdə isə abadlaşdırma işləri aparılır. Metronun "Dərnəgül"-"Xətai" xətti ilə (yaşıl xətt) kəsişən bu bənövşəyi xətt üzərində deponun və daha iki stansiyanın (hərbi hospitalın və "Heydər Əliyev adına İdman Kompleksinin yaxınlığında") tikintisi aparılmaqdadır. Bu stansiyaların 2016-cı ildə hazır olacağı bildirilirdi. Yaşıl və qırmızı ("Həzi Aslanov"-"İçərişəhər") xətlərdən fərqli olaraq, bönövşəyi xəttdə 7 vaqon hərəkət edəcək.

Bakı metropoliteni sərnişinlərə onu da bildirir ki, "Elmlər Akademiyası" metro stansiyasının Bakı Dövlət Universiteti yaxınlığında tikilən 2-cı çıxışının istifadəyə verilməsi bu tədris ilinin başlanğıcında olmayacaq. Tələbələr güman ki, bu çıxışdan ilin sonuna istifadə edə biləcəklər. Bir qayda olaraq iri tikintilərin istifadəyə verilməsi əlamətdar günlərə təsadüf edir. Sonuncu dəfə Bakı metrosunda yeni stansiya ("Dərnəgül") 2011-ci ildə sərnişinlərin ixtiyarına verilib. 2008-2014-cü illərdə metropolitenin tikintisinə dövlət büdcəsinin investisiya xərclərindən 1 milyard 431 milyon manat ayrılıb. Buraya metropolitenin zərərlərinin bağlanması üçün ayrılan subsidiyalar aid deyil.
Hazırda "Xətai"-"Yeni Günəşli" xəttində də tikinti işləri aparılır.
Neft gəlirlərinin azalması fonunda bir çox ekspertlər Bakı metropolitenin 2030-cu ilədək İnkişaf Proqramının icrası planlarına skeptik yanaşırlar. Belə ki, qarşıdakı illərdə hökumət dövlət investisiya proqramlarına yenidən baxa bilər.
Dövlət başçısı "Bakı Metropoliteninin Perspektiv İnkişafı ilə bağlı əlavə tədbirlər haqıında" 18 mart 2011-ci il tarixli sərəncamı ilə "Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi"ni təsdiq edib. Bu sxem gələcəkdə Bakı metropoliteninin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətt olmaqla 5 xətdən, 76 stansiyadan və 120,1 km metro xəttindən ibarət olmasını nəzərdə tutur. Bu, qarşıdakı 15 il ərzində 53 yeni stansiya və 84,3 km metro xətlərinin inşası deməkdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1105   Tarix: 28 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı

"Yaxşı gününüzdə qohum-əqrəbanı xatırlayın, çevrənizdəkilərə yardım edin. Vəzifəyə, işə-gücə, sahib olduqlarınıza güvənməyin". "Olay" bildirir ki, bu sözləri "Səni axtarıram" verilişində Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, həmçinin ötən gün vəfat edən sabi

18 aprel
.

"Victory Construction Group" MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə

Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) ilə tenderlərinin qalibi olan "Victory Construction Group" şirkəti arasında qalmaqal yaranıb. İqtisadiyyat.az xəbər verir ki, RİH öhdəlikləri yerinə yetirmədiyinə görə şirkətə qarşı məhkəmədə iddia qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklə

18 aprel
.

"Azərbaycanın div insanı"nın güc nümayişi - VİDEO

Azərbaycanlı pəhləvan Elmin Mehdiyev "AStar" layihəsinə qonaq olub. xəbər verir ki, 145 kiloqram çəkisi olan Elmin "Azərbaycanın div insanı" kimi təqdim edilib. O ağır tonnajlı yük maşınlarını çəkmə qabiliyyətinə malikdir. Bundan başqa bir neçə armaturu birlikdə əyir və üst-üstə qoyula

18 aprel
.

Qarabağdan yeni görüntülər

İşğaldan azad olunan Xocavənd və Ağdam şəhərlərində quruculuq işləri davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntülər ATV-də yayımlanıb. Bildirilib ki, Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində tikintilərin layihələndirilməsi işləri də yekunlaşıb. Daha ətraflı videoda

18 aprel
.

Beşinci sinifdə tərk etdikləri məktəbə 36 il sonra belə qayıtdılar: Onlarla birlikdə şəhid də gəldi - VİDEO

4 keçmiş şagird 36 il sonra onların sosial həyata ilk addımlarını atdıqları, yıxılıb durduqları, ağlayıb güldükləri doğma məktəbə gediblər. Hər gün avtobus dayanacağından məktəbə tələsənlər bu gün heç tələsmədən xatirələrini yada salıblar. Bu gün 4 nömrəli məktəbdə dərs zənginin səsi gəlmir. Həmin məktəbi

18 aprel
.

Bakı-Sumqayıt qatarını DAŞA BASDILAR: Saxlanılanlar var - VİDEO

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapısının şüşəsi sındırılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, bu hal qatarın hərəkətində gecikməy

18 aprel
.

Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır. Bu barədə "Qafqazinfo"ya onun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil deyib ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əld

18 aprel
.

Ağır qəzaya düşən Aytən Səfərovanın son VƏZİYYƏTİ

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir. Bu barədə -a TƏBİB-dən bildirilib. Qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabi

18 aprel
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

18 aprel