Qidalara qatılan dadlandırıcı sindromu

Qidalara qatılan dadlandırıcı sindromu"Çin restoranı" sindromunu qida dadlandırıcılarına qarşı allergiya kimi də qəbul etmək olar. Son illər Çin mətbəxinin pərəstişkarları artdığına görə həmin sindroma tutulanların da sayı çoxalıb. Çin yeməklərindən dadanlarda bəzən baş ağrıları, dəri solğunlaşması və ya üzdə qızarma, tərləmə və ürəkdöyünmə əlamətləri yaranır. İlk dəfə keçən əsrin 60-cı illərində aşkar olunan sindromun daha ağır formalarında astmatik tutmalar, hətta əl və ayaqların tamamilə keyiməsi də olur. Əgər Çin mətbəxinin xörəyi və ya hər hansı hazır qidalarını qəbul edərkən dodaqların ətrafında yanma və keyimə yaranırsa, həmin sindromdan şübhələnmək lazımdır. Əhalinin təxminən 30 faizində həmin sindroma rast gəlinir və simptomlar 20-60 dəqiqə çəkir.

Sonxeber.az bildirir ki, bu barədə məlumat verən həkim-terapevt Esmira Zeynalova AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı deyib: "Tədqiqatçılardan bəziləri "Çin restoranı" sindromunun əmələ gəlməsini mononatrium qlütamat adlı qida dadlandırıcısı ilə əlaqələndirir. Həmin maddə yarımfabrikatlar, çipsilər, tez hazırlanan şorba və əriştə, kolbasa məhsulları, hazır souslar, bulyon kubları və bütün fast-fudların hazırlanmasında istifadə olunan E621 aromatizatorudur. Hətta bəzən onu qida narkotiki də adlandırırlar. Onun əsas səbəbi dadlandırıcı qatılmış qidalara alışanların sadə xörəklərin dadını hiss etməməsi və həmişə qlütamatlı qidalara meyl etməsidir.

Müasir dövrdə sintetik yolla alınan mononatrium qlütamat əslində orqanizm üçün o qədər də yad maddə deyil və bütün zülalların tərkib hissəsi olan qlütamin turşusundan əmələ gəlir. Qlütamin turşusu təzə tərəvəzlərə, mal və toyuq ətinə iştahaçıcı dad və ətir verir. Qidaların bişirilməsi və konservləşdirilməsi zamanı həmin turşunun miqdarı kəskin azaldığına görə onun dadında da mənfi keyfiyyət dəyişikliyi baş verir. Elə buna görə də konservləşdirilmiş və polietilen torbalara yığılmış bütün məhsullara dad vermək üçün mononatrium qlütamat kimi dadlandırıcılardan istifadə olunur".

Həkim daha sonra deyib: "Əgər "Çin sindromu" özünü yüngül formada, başağrıları, istilikbasma və tərləmə ilə büruzə verirsə, həkimin müayinəsinə o qədər də ehtiyac olmur. Xörəkdən imtina etmək və bol miqdarda maye, xüsusən bitki dəmləmələri içməklə sindromun inkişafının qarşısını almaq mümkündür. Aptek çobanyastığı, yatıqqanqal otu dəmləmələrindən istifadə etmək məsləhət görülür. Lakin ağrı əzələ spazmı, güclü ürəkdöyünmə, ürək nahiyəsində sıxılma, döş qəfəsi və qollarda ağrı, tənəffüsün pozulması, boğazda şişkinlik və qıcıqlanma yaranırsa, mütləq həkim çağırmaq lazımdır.

Ömründə bircə dəfə də olsun "Çin restoranı" sindromu yaşayanlar qidalanmaya xüsusi fikir verməlidirlər. Onlar hazır yeməklər, xüsusilə də tez hazırlanan şorba və əriştə, konservləşdirilmiş ət və balıq məhsulları, bulyon kubları, çipsi, hazır suxarılar, restoranlarda isə ədviyyatlı souslardan istifadə etməməli, qida sifariş verərkən dadlandırıcılara qarşı allergiyası olduğunu söyləməlidirlər".

Həkim daha sonra bir xəbərdarlıq da edib: "Uşaqların, xüsusilə 3 yaşına qədər olanların yeməyinə heç bir qida əlavəsi, o cümlədən mononatrium qlütamat qatılmamalıdır. Yaxşı olar ki, evdə bişən yeməklərə, ümumiyyətlə, dadlandırıcı əlavə edilməsin. Onlar ağız dadını dəyişməklə yanaşı allergiya da törədir. Uşaqlar fast-fuddan imtina etmək istəmədikdə, heç olmazsa, həmin qidalara məhdudiyyət qoyulmalıdır. Qəbul edilən mononatrium qlütamatın sutkalıq norması 0,5 qramdan artıq olmamalıdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1023   Tarix: 05 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şokolad və ondan hazırlanan şirniyyatların qiymətləri bahalaşır - SƏBƏB

Bu il iki dəfə bahalaşan kakaonun qiymətində hələ də yüksələn dinamika müşahidə edilir. Kakaonun bir tonunun qiyməti 10 min dolları keçib. Bu bahalaşma nəticəsində 2024-cü il ərzində və gələn il şokoladın qiymətinin də artacağı gözlənilir. 2023-2024-cü il mövsümündə əvvəlki 12 aya nisbətən kakao istehsalınd

13 aprel
.

Azərbaycanda qəbir daşlarının "dodaq uçuqladan" qiymətləri - VİDEO

300, 500, 700 manat. xəbər verir ki, istəkdən asılı olaraq isə daha bahalı qəbir daşları sifariş edilir. Qəbir daşlarının qiyməti sözün əsl mənasında "dodaq uçuqladır". Buna səbəb bəzi qranit və mərmərlərin xarici ölkələrdən gətirilməsidir. Bu işlə məşğul olan müəssisələrdən birinin direktor

14 aprel
.

500 milyon insanı öldürən XƏSTƏLİK geri qayıdır

Təkcə 20-ci əsrdə təqribən 500 milyon insanın ölümünə səbəb olan çiçək xəstəliyi aradan qaldırılan yeganə insan xəstəliyidir. Bununla belə, Milli Elmlər, Mühəndislik və Tibb Akademiyaları (NASEM) tərəfindən hazırlanan "Çiçək xəstəliyinə qarşı tibbi mübarizə tədbirlərinin gələcək vəziyyəti"

14 aprel
.

Hansı vərdiş telefonun batareyasını öldürür?

Telefonunuzun batareyasına bir çox amillər təsir edir, lakin onu yavaş-yavaş öldürə biləcək bir vərdiş var. .  xəbər verir ki, istifadəçilərin bəziləri belə hərəkətləri ilə batareyaya ciddi ziyan vurduqlarının fərqinə varmadan batareyanı daim sıfır faizə boşaldır. Hər bir cihaz batareyasının müəyyə

11 aprel
.

Heç kimin getmədiyi QORXUNC ADA

Əslində, dünyada bir neçə olduqca təhlükəli ada var ki, həmin yerlərə səyahət etmək qadağandır. Çox vaxt bu, yalnız təhlükəsizlik ilə deyil, həm də qanunvericilik səviyyəsində öz əksini tapır.  xarici mətbuata istinadən xəbər verir ki, ilanların insan həyatı üçün təhlükə olduğunu bilirsiniz. Ancaq bəz

11 aprel
.

Alimlərdən 18-ci əsrə aid UNİKAL TAPINTI

Lüdvik Hirşfeld İmmunologiya və Eksperimental Terapiya İnstitutundan olan antropoloqlar 18-ci əsrə aid bir məzarda damaq yarığını düzəltmək üçün ilk növ protez tapıblar. Yarıq damaq, həmçinin canavarağız və ya dovşandodaq kimi tanınan, üz-çənə nahiyəsinin funksional pozğunluğu ilə müşayiət edilən nadi

14 aprel
.

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

İkinci əl avtomobil satan şəxslər nəqliyyat vasitəsinin problemini ört-basdır etmək üçün min bir üsula əl atırlar. -ın məlumatına görə, avtomobil ustası Sahil Ağabəyli deyir ki, belə faktlarla demək olar, hər gün rastlaşır. Avtomobilin yürüşü çox olduğundan bəzən satıcılar maşının kilometrajını da ger

7 aprel
.

Avtomobilin paslanmasına səbəb olan SƏHVLƏR

Gec-tez bütün avtomobillər paslanmağa başlayır. Mütəxəssislər avtomobil sahiblərinin maşında korroziyaya səbəb olan bir neçə ciddi səhvlərinin adını çəkiblər. xəbər verir ki, motoristlər tez-tez satın alındıqdan dərhal sonra korroziyaya qarşı mübarizə aparmağa çalışarkən səhv edirlər. Bütün sahiblə

6 aprel
.

"WhatsApp"da yeni funksiya

Məşhur "WhatsApp" mesencerinin istifadəçiləri "Instagram"da statusların surətini çıxarmağa imkan verən yeni funksiyadan istifadə edə biləcəklər. Ekspertlər bildiriblər ki, servis tərtibatçıları "Instagram"la "WhatsApp" uyğunluğunu aktiv şəkildə tətbiq edirlər

13 aprel