Tanınmaz hala düşən Aşıq Əli danışdı - FOTO

Tanınmaz hala düşən Aşıq Əli danışdı - FOTO"Fotoşop deyil, 35 kiloqram arıqlamışam. 150-dən çox idim, 140-a düşüb. Səhhətimdə problem yox idi, amma gələcəkdə problem yarana bilərdi".

Bu sözləri Aşıq Əli Tapdıqoğlu ARB TV-ni "Günə Son" proqramında arıqladıqdan sonra paylaşdığı şəkillə bağlı açıqlama verərkən deyib.

Aşıq bildirib ki, arıqlamaq üçün heç bir əməliyyat keçirtməyib.

"Bir az yeməkləri və qazlı suyu azaltdım. Artıq 15-20 kiloqramım qalıb. Məni eşidənlərə demək istəyirəm ki, arıqlayanda belə həkimə getmirəm. Deyirlər ki, əməliyyat elətdirib. Mən onu xoşlayan bir insan deyiləm. Həkimlər mənə təmənnasız etmək istəyiblər. Ancaq ehtiyac yoxdur. Sadəcə yaxşı ətraf oldu və yeməkləri azaltdım".

Aşıq Əli "İnstagram"da yazılan şərhlərə baxmağa vaxtının olmadığını, dostu Aşıq Vüqarın vəziyyəti ağır olduğu üçün onun yanında olduğunu bildirib.
Tanınmaz hala düşən Aşıq Əli danışdı - FOTO

Şou-biznes   Baxılıb: 3062   Tarix: 09 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR