"Titrəyə-titrəyə oxuyuram ki, onun başına daha pis hadisələr gəlməsin" - Tanınmış aktrisa - FOTO

"Titrəyə-titrəyə oxuyuram ki, onun başına daha pis hadisələr gəlməsin" - Tanınmış aktrisa - FOTOSonxeber.az əməkdar artist Kəmalə Müzəffərin milli.az-a müsahibəsini təqdim edir

- Kəmalə xanım, son zamanlar serialdan başqa heç bir yerdə görünmürsünüz. Sözün düzü, sonuncu dəfə yazılı müsahibənizi nə vaxt, harada oxuduğumu da unutmuşam. Olmaya mətbuatdan gizlənirsiniz, özünüzə qapanmısınız?

- Xeyr, sadaladıqlarınızın heç biri baş verməyib. Teatrda tamaşalarımı oynayıram, serialıma çəkilirəm. Bir sözlə, işlərimlə məşğulam. Siz bu yaxınlarda mənim tamaşama da gəlmişdiniz, gördünüz ki, teatrdayam. Sadəcə olaraq, mən bir hadisənin ucundan tutub, ucuzluğuna getməyi xoşlamıram. Bu, artıq mənim xasiyyətimdir.

- Mübarizə aparmaqdan qaçırsınız?

- Mən niyə mübarizə aparmalıyam ki? Kimlə mübarizə aparım? Hərdən deyirlər ki, "İnsan həyatda mübarizə aparmalıdır". Mən niyə mübarizə aparım ki? Onsuz da, mübarizə aparanlardan da qat-qat öndəyəm. Gecə-gündüz hamıyla dava-dalaş, hamıyla mübahisə, mübarizə aparan insanlar məndən önə keçməyiblər!

- Bu günlərdə bir mono tamaşanıza baxdım. Tər-su içində idiniz. Həqiqətən, çox ağır tamaşa idi...

- Əgər yorulub-yorulmadığımı soruşursunuzsa, yorulmamışdım. Sadəcə olaraq, işıqların altında idim. Ona görə də tər-su içində idim. Tamaşada bir saatdan da çox dayanmadan hərəkət və danışıq var idi.

- Özəlliyiniz nədir ki, sizə həmişə ağır yüklü obrazlar həvalə edirlər?

- Bunu siz rejissorlardan soruşsanız, daha yaxşı olar. Bu, mənə də çox maraqlıdır.

- İstəməzsiniz ki, bir komediyada oynayasız?

- Həm faciəni, həm komediyanı ustalıqla oynaya bilən bir aktyor tanıyırsınız? Ola bilər ki, aktyor hər iki janra müraciət edib oynasın, amma onun oynadıqlarının heç biri nə faciə ustasının, nə də komediya ustasının oynadığı qədər möhtəşəm olmayacaq. Yani sıradan bir obraz olacaq. Hətta böyük teatr xadimi Stanislavski deyib ki, mən aktyorları 3 yerə ayırıram: 1-ci faciə, 2-ci dram, 3-cü isə komediya oynaya bilən aktyorlar. O faciəni birinci yerə qoyub.

- O faciəni birinci yerə qoyub deyə siz faciə oynamağa üstünlük verirsiniz?

- Mən hər hansısa rola üstünlük vermirəm, sadəcə bunu oynaya bilirəm. Mən niyə komik rollar istəməliyəm ki? Niyə öz yolumdan çıxmalıyam ki? Komik rollarım olub, amma onların içində daxilimdə olan Kəmalələr yoxdur! Mən bu rolların aktrisasıyam. Bütün dünyada artıq bu qəbul olunub. Mən də çıxıb komediya oynayaram, amma bilirəm ki, Nəsibə Zeynalova olmayacağam!

- Amma bu rollar sizin səhhətinizə də pis təsir edir. Çox əsəb, stress keçirirsiniz.

- Əsəbi, stressi oynadığım ağır yüklü rollara görə keçirmirəm, sadəcə bəzən özümə qarşı haqsızlıqlar, ədalətsizliklər görürəm.

- Qadın aktrisaların özünəməxsus kaprizləri olur. Sizin nə kimi kapriziniz var?

- Siz bunu da rejissorlardan soruşun. Mən 19 yaşımdan çəkiliş meydançasındayam. 15 gün idi univeristetə gedirdim, artıq filmdə çəkilirdim. 4-cü kursu bitirənə kimi 5-6 filmə çəkilmişdim. Azərbaycanda say-seçmə rejissorlarla işləmişəm. Onlardan soruşun görün bircə dəfə olubmu ki, onları yarıda qoyum? Və yaxud roluma məsuliyyətsiz yanaşım, yaxud da çəkiliş meydançasına gecikim? Mən sizi əmin edirəm, bu cür hallar baş verməyib.

- Bu qədər rejissorlarla çalışmısınız. Onların hamısında bəyənmədiyiniz ortaq xüsusiyyətləri olan insanlar olub?

- Xeyr, şəxsin necə fərdi xüsusiyyətləri olursa, o, onun sənətinə də, şəxsiyyətinə də təsir edir. Həmişə demişəm, yaratdıqlarımızda bir az da olsa biz varıq. Bu mütləqdir. Mənfi rollar oynayan aktyorlar məndən inciməsinlər. Biz o mənfiliyi cəmiyyətə göstərməyə bilərik, amma içimizdə mütləqdir ki, o var. Bütün çalışdığım rejissorların özəl xüsusiyyətləri vardır. Mən onların hamısının xətrini çox istəyirəm. Onlar mənim sənətimin kapitanlarıdır. Mən öz bildiyim kimi oynaya bilərəm, amma rejissor mayakdır. O, səni düzgün yolla aparmalıdır.

- Bağışlanmaz səhvləri bağışlayırsınız?

- Təbii ki.

- Hamını bağışlayırsınız?

- Bəli, hamını. Bağışlamadığım heç nə yoxdur. Ola bilər ki, ilk öncə, əsəbləşib özümdən çıxım, amma sonradan unuduram. Hətta 3 gündən sonra yadıma sala bilmirəm ki, hadisə necə olmuşdu? Bəzən öz-özümə deyirəm ki, niyə nifrətim, kinim yoxdur? Kim mənə nə desə, haqsızlıq etsə, zaman, onsuz da, özü ona cavab verir.

- Rejissorların hamısından hörmət və sayğı görmüsünüz?

- Bəli, hamısından hörmət görmüşəm. Kimsə də nəsə hörmət etməyibsə, demək ki, özü hörmətsiz insandir.

- Aylar öncə bir rejissorla problem yaşadınız. Onu da bağışlamısız?

- Bəli, qətiyyən, o insana kinim yoxdur. Hətta mənim yadımdan çıxıb ki, hadisə nədən başladı, necə oldu ki, problemimiz oldu? İnanın ki, mən öz işlərimlə məşğulam.

- "Vicdan haqqı" serialından çox sevildiniz. Buna görə təşəkkür, əslində, sizə düşməlidir, yoxsa rejissora?

- Mənə təşəkkür düşürsə, rejissora da düşməlidir. Bəzən mənə deyirlər ki, siz rejissora uğur gətirirsiniz. Əgər mən həmin rejissora uğur gətirmişəmsə, o da mənə uğur gətirib. Və yaxud da əksinə. Bunu danmaq ən azından nadanlıq olar.

- Hal-hazırda "Ögey ana"serialında çəkilirsiniz. Bir dəfə çəkiliş meydançasında sizlə müsahibə edərkən rejissorun sizə qarşı necə diqqətli olduğunun şahidi oldum.

- Mən, həqiqətən də, "Ögey ana" serialının çəkiliş meydançasına gələndə özümü şahzadə kimi hiss edirəm. Rejissor Sain Qəhrəmandan tutmuş, bütün kollektiv mənə qarşı böyük hörmət edir. Bəzən fikirləşirəm ki, ilahi, mən Hollivud ulduzuyam? Bir bilsəniz, o serialda çəkilmək mənə necə xoşdur. Evdə oturanda darıxıram ki, çəkiliş meydançasında olum. Kollektivdə heç kim, heç kəsin arxasınca danışmır, aktyorlar rejissordan qorxmur. Hiss edirsən ki, çəkiliş meydançasında tiranlıq yoxdur! Bəzən olur ki, teatrla bağlı qastrol səfərinə gedəndə rejissor assistenti mənə deyir ki, ssenaristlərə deyək bəlkə səhnələrinizi qısaltsınlar? Onlardan xahiş edirəm ki, uşaqlar, mən yatmayıb gecə-gündüz çəkilməyə hazıram, amma səhnələrimi azaltmayın.

- Serialda həyat yoldaşınızı - Arifi də itirdiniz. Bundan sonra başınıza nələr gələcək?

- Bu haqda heç danışmaq belə istəmirəm. Çünki itirmək istəmədiyim yeganə insan Arif idi. Onu çox sevirdim, amma mən ərimi itirdim. Yəni Sevinc ərini itirdi. Mənim üçün həyatda bundan dəhşətli heç nə ola bilməzdi!

- Deməli, rolunuzu çox sevirsiniz.

- Bəli, elə rollarım olmayıb ki, onları sevməyim. Söhbət "Ögey ana" serialından düşmüşkən onu da deyim ki, hal-hazırda, demək olar ki, Sevincin həyatı ilə yaşayıram. Mənə yeni ssenariləri hər dəfə göndərəndə tələsik öz yerlərimi oxuyuram ki, görək Sevinci daha nələr gözləyir? Əsə-əsə, titrəyə-titrəyə oxuyuram ki, onun başına daha pis hadisələr gəlməsin. Sanki, bunları real həyatda yaşayıram. Dilarənimi sevmirdim? Mən Dilarəni bir bilsəydiniz, necə sevə-sevə oynayırdım!

- İndi də sevirsiniz Dilarə obrazını?

- Təbii ki, sevirəm. O, mənim rolumdur.

- Amma "Dilarəni" siz dünyaya gətirdiniz, başqası sahib çıxdı.

- Mən getmişəm, başqası gəlməsin?

- Sizin rolunuzu oynayan aktrisanı çox qınadılar. Onun günahı nə idi?

- Ümumiyyətlə, bu haqda danışmağa mənim mənəvi haqqım yoxdur! Bilirsiniz niyə yoxdur? Dilarə obrazı haqqında mən özüm oynadığım zamanlarda nəsə deyə bilərdim, indi heç nə deyə bilmərəm. Bu rolu həyata mən gətirdim, yeriməyi də, yeməyi də, danışmağı da, baxmağı da, sevməyi də, nifrəti də, bir sözlə hər bir şeyi ona öyrətdim.

- Həmin serialda oynayan bir çox aktyorlar siz serialı tərk edəndən sonra sizə qarşı sosial şəbəkələrdə yazılan xoşagəlməz rəyləri bəyənirdilər, yeni Dilarə ilə fotolar çəkdirib təntənəli statuslar yazırdılar. Olmaya sizin serialı tərk etməyinizə seviniblər?

- Ümumiyyətlə, hər bir məqamda hər bir insan etdiyi hərəkətlə, atdığı addımla öz şərəfini, ləyaqətini, əxlaqını, mədəniyyətini və tərbiyəsini ortaya qoyur. O ki qaldı yeni Dilarə ilə şəkil çəkdirib təntənəli statuslar yazmağa... Mən, sadəcə, kənardan baxıb buna çox sevindirdim. Kamera qarşısında yeni addımlarını atan aktrisaya həmkarlarımın bu cür dəstək olmasına, ona sahib çıxmasına çox sevinirdim. Bu aktyorlarla qürur hissi duyurdum.

- Serialı tərk edəndən sonra baxmısınız?

- Əgər evdəyəmsə, mütləq baxıram.

- Arzuladığınız bir rol varmı ki, onu da Dilarə kimi dünyaya gətirməyi düşünürsünüz?

- O qədərdir... Mən onları sayıb axıra çatdıra bilmərəm. Mənim konkret yaratmaq istədiyim obrazlar var. Mən dayanmadan oynamaq, çəkilmək istəyirəm. Çünki vaxt çox azdır. Əgər mənim 30 yaşım olsaydı, bu qədər arzu ilə yaşamazdım. Amma mənim istədiyim qadınları oynamaq vaxtım azdır. Ondan sonra nənə rollarını oynamağa vaxtım olacaq. Ona görə də dayanmadan dieta saxlayıram, idmana gedirəm. Sırf o rollara görə. Təki o rolları mən öz qəbiristanlığımda basdırmayım.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 3241   Tarix: 10 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:

21 iyun 2021
.

Afaq Bəşirqızı həyat yoldaşı ilə - FOTOLAR

Xalq artisti Afaq Bəşirqızının həyat yoldaşı Əhməd Təhməzovla fotosu yayılıb. xəbər verir ki, şəkli aparıcı Elgiz Əkbər İnstaqram hesabında yerləşdirib. Fotoda aktrisa və həyat yoldaşı yer alıb. Qeyd edək ki, A.Bəşirqızının Səmral adlı bir oğlu var

12 iyul 2021
.

"Bir qızım məmur, o biri diplomatdır" - Ailəsindən danışdı

"Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub". xəbər verir ki

27 iyul 2021
.

Beşinci əsrə aid qədim Qum məbədi necə qorunur? – VİDEO

Azərbaycanın hər daşında bir tarix var. Qaxda yerləşən Qum məbədi də tariximiz üçün ən dəyərli abidələrdən hesab olunur. Bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi kimi bilinir. Ancaq, Baku TV-nin qaynar xəttinə məbəddə mühafizəçinin olmadığı, məbədin həyətində hasarı

18 iyul 2021
.

Muzasız mümkün deyil: Məşhur yazıçıların "ilham pərisi" kim olub?

Yaradıcı adamların həyatında "ilham pərisi"nin xüsusi əhəmiyyəti var. Kiminin düşüncəsində bu, elə doğrudan da, gözəgörünməz, ilahi bir varlıq, kimi üçünsə də adi, sıradan bir insandır - yaradıcı adama sevgi verən, ruh verən bir insan. Yaratdığı həyəcandan yaradıcı qələmini hərəkətə gətirə

31 iyul 2021
.

Alim Qasımov və qızı Moskva Musiqi Evində çıxış ediblər

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova ötən gün Çexov Beynəlxalq Teatr Festivalı çərçivəsində Moskva Musiqi Evində "Dünya məhəbbət üzərində qurulub" kompoziyası ilə çıxış edib. xəbər verir ki, konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri Azərbayca

4 iyul 2021
.

Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç

15 sentyabr 2021
.

"Beyinləriniz cırtdan, ürəyiniz şikəst qalıb" - Yazıcıdan sərt CAVAB

Aktyor Hamza Yazıcı sevgilisi Şenay Forbes ilə istirahətdə olarkən görüntülənib. türk mediasına istinadən xəbər verir ki, aktyor onun və sevgilisi ilə bağlı sosial şəbəkələrdə fotolara yazılan təhqirlərə səssiz qalmayıb. Yazıcı "Ümid edirəm sizin də ailələrinizə bu cür şərhlər yazılar. Bizim canımız

11 iyul 2021
.

Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO

Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar

19 iyun 2021