Dərslər 45 dəqiqədən 40 dəqiqəyə endirilə bilərmi?

Dərslər 45 dəqiqədən 40 dəqiqəyə endirilə bilərmi?Türkiyədə bir neçə müddətdir ki, növbəti təhsil islahatlarına start verilib və qeyd edək ki, bu proses Türkiyə cəmiyyətində heç də birmənalı qarşılanmır.

Bir çoxları bu islahatların son 25-30 ildə təhsil sahəsində böyük uğurlara imza atmış Türkiyəni yenidən geriyə aparacağı qənaətindədir.Təhsil sahəsində aparılması gözlənilən islahatlardan biri isə orta məktəblərdə - liseylərdə dərslərin 40 (Azərbaycanda 45 dəqiqədir) dəqiqədən 20-25 dəqiqəyə endirilməsidir.

Bu təkliflə Türkiyənin təhsil (keçmiş müdafiə) naziri İsmət Yılmaz çıxış edib. O bildirib ki, dərslərin 40 dəqiqədən 20-25 dəqiqəyə endirilməsi zamanın, reallıqların tələbidir və 20-25 dəqiqəlik dərs müddəti şagirdlərə biliklərin öyrədilməsi baxımından daha yetərlidir.

Odur ki, yeni təhsil islhatlarında bu məqam da gözdən keçirilir və reallaşması zaman, an məsələsidir.

Bəs görəsən, Azərbaycanda da bu addıma gedilə, dərslər 45 dəqiqədən aşağı endirilə bilərmi? Bu baş verərsə, təhsilimizdə, uşaqların təhsilə yiyələnməsində müsbətə, yoxsa mənfiyə doğru proseslər yaşanar?

Bununla bağlı Oxu.Az-a açıqlamasında təhsil işçisi, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin üzvü, millət vəkili Sona Əliyeva bildirib ki, bir çox ölkələrdə dərs məşğələlərinin davametmə müddəti müxtəlifdir.

Onun sözlərinə görə, Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsində dərs məşğələlərinin davametmə müddəti 45 dəqiqə, Rusiyada birinci siniflərdə birinci yarımildə 35 dəqiqə, ikinci yarımildə və yuxarı siniflərdə 45 dəqiqə müəyyən edilib.

Millət vəkili qeyd edib ki, Rusiyada tədrisin təşkilinə qoyulan tələblərdə kompüter və interaktiv lövhələrlə məşğuliyyət müddətinə xüsusi diqqət yetirilir.

"Belə ki, kompüter arxasında aparılan məşğələlər birinci və ikinci siniflərdə 20 dəqiqəni, üçüncü və dördüncü siniflərdə 25 dəqiqəni, beş və altıncı siniflərdə 30 dəqiqəni, yeddi və on birinci siniflərdə 35 dəqiqəni ötməməlidir. İnteraktiv lövhələrdən fasiləsiz istifadə müddəti isə şagirdlərdə bir və dördüncü siniflərdə 5 dəqiqəni, beş və on birinci siniflərdə isə 10 dəqiqəni keçməməlidir", - deyə S. Əliyeva bildirib.

Millət vəkili deyib ki, əksər ölkələrdə dərs müddətinin davametmə müddəti də müxtəlifdir.

"Finlandiyada altıncı siniflərdə bir dərs məşğələsinin davametmə müddəti 45 dəqiqə, altıncı sinifdən yuxarı isə 75 dəqiqə, Kanadada 75 dəqiqə, Amerika Birləşmiş ştatlarında və Yaponiyada məktəbin daxili qaydalarından asılı olaraq 45-50 dəqiqə, Hindistanda 35 dəqiqə, İsraildə iki 45 dəqiqə olmaqla, 90 dəqiqə müəyyən edilib. MDB ölkələrində isə bu rəqəm 45 dəqiqə həcmindədir. Bu il qonşu Qazaxıstanda dərs məşğələlərinin 40 dəqiqəyə qədər azaldılması ilə bağlı Təhsil Nazirliyinin açıqlamaları mediada yayımlanıb.

Hər ölkənin təhsil proqramı orada yaşayan xalqların mili və mental xüsusiyyətləri nəzərə almınmaqla, beynəlxalq təcrübəyə uyğunlaşdırılır və bu istiqamətdən də tədrisin təşkilinə qoyulan tələblər müəyyənləşdirilir. Azərbaycanda dərs məşqələlərinin davametmə müddətinin azaldılması yaxın vaxtlarda gözlənilmir və ümumiyyətlə, tədris ili bitməmiş bu qaydanın tətbiq edilməsi doğru olmaz", - deyə S. Əliyeva vurğulayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 759   Tarix: 11 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Biznesmenin yarım milyardı oğurlandı

Rusiyanın Moskva şəhərində iş adamı Absolut Bankın işçilərini seyfdən yarım milyard rubl oğurlamaqda və onları saxta bank biletləri ilə əvəzləməkdə ittiham edib. Rusiya KİV-ə istinadla bildirir ki, əlli yaşlı iş adamı seyfdə saxladığı əmanət üçün Malı Suxarevski prospektindəki filiala gəlib. O, pul alma

15 aprel
.

"Telegram"da istifadəçiləri sevindirəcək YENİLİK

"Telegram" tərtibatçıları stiker redaktorunu ehtiva edən yeni versiyanı təqdim ediblər. -in xəbərinə görə, istifadəçilər artıq proqramın içərisində öz stikerlərini və ya stiker paketlərini yarada bilərlər. Yeni stiker yaratmaq üçün mesaj giriş sətirində stiker şəkli olan düyməni sıxmaq lazımdır.Sonr

15 aprel
.

Mariya Zaxarova: "Rusiya Cənubi Qafqaz üzrə müzakirələr platformasının məkanını dəyişir"

"Rusiya Cənubi Qafqaz üzrə Cenevrə müzakirələrinin başqa ölkəyə keçirilməsi məsələsində praktiki fəaliyyətə keçir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, bu, İsveçrənin beynəlxalq məsələlərdə vasitəçi kimi inamını itirməsi ilə bağlıdır

14 aprel
.

"İnter Mayami"nin məğlubiyyətindən sonra qalmaqal: Azarkeşlər Messini təhqir etdilər

"İnter Mayami"nin "Monterrey"yə məğlub olmasından sonra meksikalı azarkeşlər biabırçı davranışlar nümayiş etdiriblər. Azarkeşlər Lionel Messiyə hörmətsizlik ediblər. xarici mediaya istinadla bildirir ki, KONKAKAF Çempionlar Kuboku "İnter Mayami" üçün deyil. Xerardo Martinonu

15 aprel
.

Dəhşət! Tibb işçisi və həkim balkondan yıxıldı

Tibb işçisi və həkim evin 3-cü mərtəbəsinin eyvanından yıxılıb. xarici mediaya istinadən xəbər verir ki, hadisən Türkiyədə baş verib. Bədbəxt hadisə nəticəsində 30 yaşlı tibb işçisi hadisə yerində dünyasını dəyişib. Qadın həkim isə ağır yaralanıb. O, Tunceli Dövlət Xəstəxanasına sövq edilib. Qadını

16 aprel
.

MİT və MKİ rəhbərləri Qəzzanı müzakirə ediblər

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi İbrahim Kalınla ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns arasında telefon danışığı olub. "Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb

14 aprel
.

KİV: İran İsrailin iki hava bazasını vurub

Ən azı İranın 9 raketi İsrailin hava hücumundan müdafiə sistemlərini "yararaq" bu ölkənin iki hava bazasına - Nevatim və Negev hava bazalarına düşüb. Məlumata görə, Nevatim hərbi hava bazasına beş ballistik raket düşüb. Nəticədə istifadə olunmayan uçuş-enmə zolağı və boş anbar anbarlar il

15 aprel
.

Dünyanın ən varlı məşhurlarının yeni siyahısı – Milyardları var

Məşhur milyarderlər siyahısına üç rejissorun da adı daxil edilib. -ın xarici mediaya istinadən xəbərinə görə, "Forbes" dünyanın ən zəngin məşhur milyarderlərinin siyahısını açıqlayıb və siyahıya iki əfsanəvi rejissor – Corc Lukas və Stiven Spilberq başçılıq edir. Siyahıya adı salınmış 14 ə

15 aprel
.

İran İsrailə hücumu "qanuni və haqlı özünümüdafiə aktı" hesab edib

İran İsrailə hücumu "İsrailin təcavüzünə qarşı qanuni və əsaslandırılmış özünümüdafiə aktı" adlandırıb. "Report"un məlumatına görə, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin BMT-nin baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasının sədri Vanessa Freyzerə göndərdiyi məktubd

14 aprel