Azərbaycanlı qız ermənilərlə əlbir oldu? - FOTO

Azərbaycanlı qız ermənilərin köməyi ilə işğal altında olan Dağlıq Qarabağa getmək istəyir.

Sonxeber.az istipress-ə istinadən xəbər verir ki, bu qalmaqallı iddia sosial şəbəkələrdə yayılıb. İddiaya görə, "Qafqaz" Universitetinin tələbəsi Fidan Türksoy adlı xanım gizli yollarla Qarabağa keçmək istəyir, bunun üçün də o, ermənilərlə əlaqə qurmaqdan belə çəkinməyib. Bu iddianın müəllifi isə sosial şəbəkə istifadəçisi olan Ziya Ata adlı şəxsdir.

Belə ki, gənc "Facebook" səhifəsində qızı erməni-dostları vasitəsilə Gürcüstandan keçərək işğal olunmuş Qaradabağı ziyarət etməyə çalışmaqda günahlandırır. Bununla yanaşı o, qeyd edir ki, məhz erməni dostları xanımın səfərini gizlədərək onun pasportuna Ermənistan, eləcə də qondarma rejimin möhürünün vurulmasının qarşısı ala bilərlər.

Z.Ata, həmçinin adıçəkilən xanımın ermənilərlə yazışmasını əks etdiridiyini iddia edən fotolar da paylaşıb.

Gənc qız isə öz növbəsində bütün bunların böhtan olduğunu, status və skrinlərə inanmamağı qeyd edib. Həmçinin Fidan yazıb ki, Z.Ata ilə şəxsi münaqişəsi var. Bütün bunlar planlaşdırılmış formada edilir. Bu açıqlamadan sonra o "Facebook" səhifəsini bağlayıb.

Sosial şəbəkədə erməni dostlarının olduğunu təsdiqləyən tələbə erməni dilinin internet vasitəsilə öyrəndiyini, ermənilərin isə bu işdə ona yardım etdiyini bildirmişdi.

Z.Ata isə Fidanın ittihamları təkzib edir. Eləcə də Fidan Türksoyun Facebook-dakı səhifəsi deaktivasiya edilib. Ola bilsin ki, xanım bu cür ajiotajın yaranacağını ehtimal etməmişdi. Ona görə də öz profilini silmək qərarına gəlib. Lakin Fidanın Tvitter-dəki profili uzun müddət yenilənməsə də hələ açıqdır.

Qeyd edək ki, daha əvvəl də F.Türksoy ermənilərlə dostluğa görə tənqid olunmuşdu. Fidan isə erməni dilinin internet vasitəsilə öyrəndiyini, ermənilərin isə bu işdə ona yardım etdiyini bildirmişdi. O da əvəzində ermənilərə Azərbaycan dilini öyrədir.

Əlbəttə ki, erməni dilinin öyrənilməsində, eləcə də qədim Azərbaycan torpağı olan Qarabağa səfər etməkdə heç bir qəbahət yoxdur. Düşmənin dilini bilmək vacibdir. Qədim topraqlarımıza səfər etmək istəyi isə başqa məsələdir. Burada digər məqamları diqqətə çatdırmaq lazımdır:

Məlum olduğu kimi, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi ərazi iddiaları, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, Vətənizmin ərazi bütövlüyü üçün minlərə soydaşımızın şəhid olması və 20% topraqlarımızın hələ də erməni işğalında qalmasını unutmayaq.

Ermənilər azərbaycanlıların öz doğma torpaqlarını baş çəkmək üçün bütün cəhdlərinin qarşısını alır. Belə ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov 2014-cü ilin iyulunda Azərbaycanın Kəlbər rayonunda ermənilər tərəfindən girov götürülüblər. Onlarla birlikdə olan Həsən Həsənov isə öldürülüb. 2014-cü ilin dekabrın 29-da ermənilər Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzası veriblər.

Beləcə, Fidanın istədiyi kimi, Azərbaycan ərazilərinə Ermənistan vasitəsilə səfər etmək qanunsuz olduğu qədər, həm də təhlükəlidir.

Eləcə də, ermənilər Fidanı qorxudaraq gizli əməkdaşlıq və cəsusluğa cəlb də edilə bilərlər (ola bilsin ki, artıq cəlb edilib).

Ola bilsin ki, oradan qayıtdıqdan sonra daha ağır cinayət törətməyə təhrik edilər. Xatırladaq ki, Azər Aslanov 1994-cü ilin iyulun 3-də Bakı metrosunda erməni xüsusi xidmət orqanları tərəfindən təhrik edilərək terror törədib.

Digər tərəfdən də ola bilsin ki, xanımı mübahisədən sonra, həqiqətən də, şərləmək istəyirlər. Hazırda tərəflərdən kimin haqlı, kimin haqsız olduğunu sübut etmək mümkün deyil. Ziyanın statuslarından bəlli olur ki, o, "əlindəki materiallarla" müvafiq orqanlara müraciət etməyi planlaşdırır.

Sonxeber.az bildirir ki, 1news.az rəsmi olaraq Dövlət Təhlükəsizliyi Xidmətinə mövzu ilə bağlı şərh almaq üçün müraciət edib. Lakin hazırda şərhin dərci ilə bağlı məlumat yoxdur.

Azərbaycanın XİN-in mətbuat xidmətin rəhbəri Hikmət Hacıyev isə sözügedən sayta bəyan edib ki, bu məsələ hüquq-mühafizə orqanlarının səlahiyyətindədir:

"Öz tərəfimdən deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının Gürcüstan vasitəsilə Ermənistana və ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağa səfərlə bağlı faktlar yoxdur".

Ümid edirik ki, müvafiq orqanlar məsələ ilə bağlı araşdırma aparacaq.

Yeniliklərə bağlı saytımızı izləyin.
Azərbaycanlı qız ermənilərlə əlbir oldu? - FOTOAzərbaycanlı qız ermənilərlə əlbir oldu? - FOTOAzərbaycanlı qız ermənilərlə əlbir oldu? - FOTOAzərbaycanlı qız ermənilərlə əlbir oldu? - FOTOAzərbaycanlı qız ermənilərlə əlbir oldu? - FOTOAzərbaycanlı qız ermənilərlə əlbir oldu? - FOTOAzərbaycanlı qız ermənilərlə əlbir oldu? - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3348   Tarix: 11 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli dünyasını dəyişib. -ın verdiyi xəbər görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Onun Kiyevdə ürəktutmasından vəfat etdiyi bildirilir

29 mart
.

"Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub"

Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin həbs edilməsi ilə nəticələnən cinayət işi haqda bəzi məqamlar üzə çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, dələduzluqda ittiham edilən tanınmış idmançının həmin əməlləri tək törətmədiyi iddia edilir. Belə ki

29 mart
.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart
.

"Seyran Ohanyan həbs olunmalı və layiq olduğu cəzanı almalıdır" - DEPUTAT

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib.Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. Bildirib ki

29 mart
.

Azərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Qeyd edilib ki, 02.04.2024-də Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq

29 mart
.

Şuşada işçilərin maaşını verməyən şirkət 20 min cərimələndi

"MT Construction" tikinti şirkəti Şuşa şəhərinin "Dəmir Yumruq" küçəsində yerləşən yaşayış binalarında insanları işə cəlb edib, maaşlarını vermədiyi üçün cərimələnib. Qaynarinfo-nun məlumatına görə, "MT Constructıon" MMC tikinti işlərinə 10-a yaxın şəxsi rəngsaz-suvaqç

29 mart
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart