Böyük müharibə olacaqmı? - Putin bu ölkədə Qarabağ ssenarisini reallaşdırır
"Rusiya və Ukraynanın münasibətlərində çətin ki, 2018-ci ildə hansısa mühüm dəyişikliklər olacaq".
Belə proqnozu "Novaya Vremya" nəşrində dərc etdiyi yazısında siyasi şərhçi Dmitri Oreçkin səsləndirib.
Onun sözlərinə görə, Rusiya qoşunları geri çəkilməyəcək və Ukrayna qoşunları Donbasın qayıdışı üçün hücuma başlamayacaq.
"Əhəmiyyətli hərəkətlər ehtimal ki, daha çox mənfi nəticələr gətirəcək, nəinki müsbət. Əgər Rusiya prezidenti hücuma keçərsə, bu, sanksiyaların daha bir zərbəsinə və Putinin daxili siyasi mövqeyinin zəifləməsinə gətirib çıxaracaq. Eyni çaya ikinci dəfə girmək olmaz: Donbas birləşməsi Rusiya əhalisini sevindirməyəcək. Poroşenko hücum edərsə, onda o, Qərbin dəstəyini almayacaq. Nə Putinə, nə də Poroşenko üçün ciddi əməliyyatlara getmək maraqlı deyil. Mübadilə şəklində ittihamlar, təmas xətti boyu atışmalar, terror aktları və diversiyalar olacaq. Amma böyük müharibə olmayacaq, çünki o nə heç bir tərəfə lazım deyil", - o qeyd edib.
Dmitri Oreçkinin sözlərinə görə, Putin sadəcə bütün Qərb və dünyanın Krımın Rusiyaya birləşməsini və Donbasın havadan asılı vəziyyətdə olan statusunu qəbul etməsini istəyir:
"Putin oturur və gözləyir ki, Qərb bu vəziyyətlə barışacaq. Donbas yəqin ki, Şimali Kipr Respublikası və ya Dağlıq Qarabağ kimi havadan asılmış vəziyyətdə olacaq. Təbii ki, zərərçəkmiş ölkənin rəhbərliyi bu faktı heç vaxt tanımayacaq və tikəni özünə birləşdirmiş təcavüzkar ölkəyə güzəşt etməyəcək. Sual odur ki, Putin bu tikəni həzm edə biləcəkmi? Bu, hələ ki onun üçün çətindir, çünki resursları çatmır".
Rusiya prezidentinin köməkçisi Vladislav Surkovla (Rusiyanın Donbas üzrə "kuratoru" adlandırılır - red.) ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volkerin sülh missiyasına gəlincə, Oreşkin görüşlərin davam etdiriləcəyi qənaətindədir.
"Volker Surkova xoşagəlməz sualları verəcək və o bu suallara cavab tapacaq. Və vəziyyət həvəssiz şəkildə davam edəcək. Aydındır ki, resursların çatışmazlığı üzündən Moskva nə "LXR" və "DXR" (Donbasda yaradılan rusmeylli separatçı qurumlar, "xalq respublikaları" adlandırılır –red.) özünə birləşdirəcək, nə də onların Ukraynaya qaytarılması üzrə razılaşmanı imzalayacaq", - Oreşkin yekunlaşdırıb.
Mənbə: publika.az
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 2223 Tarix: 11 yanvar 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşABŞ və Yunanıstan arasında hərbi QƏRAR
ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində
13 sentyabr 2021Sahibə Qafarova Avstriyaya gedir
Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy
4 sentyabr 2021Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru
10 sentyabr 2021Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ
Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"
4 sentyabr 2021Zakir Həsənov Ərdoğanla görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus
14 sentyabr 2021Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd
16 sentyabr 2021İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO
Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7
11 sentyabr 2021