Güzəştli kreditləri bu şəxslər ala biləcək

Güzəştli kreditləri bu şəxslər ala biləcək"Qeyri-neft sektorunun inkişafı daim diqqət mərkəzindədir. Mən bu barədə dəfələrlə danışmışam və praktiki addımlar atılır. Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi bu il davam etdiriləcək. Bu məqsədlər üçün 170 milyon manat kredit resursu təmin ediləcək".

Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Millət vəkili Tahir Mirkişili Metbuat.az-a açıqlamasında bildirib ki, sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi bu il daha da təkmilləşdiriləcəkdir:

"Kredit alacaq sahibkarlara həm dövlət zəmanətinin verilməsi və kredit faizləri üçün subsidiyaların verilməsi bu kreditləri sahibkarlar üçün daha əlverişli və əlçatan edəcək. 2018-ci il ölkədə iqtisadi aktivlik yüksələcək. Kənd təsərrüfatı sahəsində layihələrin getdikcə daha da artması və gəlir gətirməsi proqnozlaşdırılır. Turistlətin ölkəyə axınının artması xidmət sahəsində həyata keçiriləcək layihələri cəlbedici edəcək. Köməkçi sənaye sahələrinin məhsullarına xeyli tələbat yaranacaq. Həm də bu sahələrin xammal tələbatını ödəyəcək zavodların yaranması bu sahələrdə layihələri gəlirli edəcək. Məsələn, "Socar Polymer" zavodunun bu il fəaliyyətə başlaması plastik məmulatlar istehsalı layihələrini xeyli cəlbedici edəcəkdir. İnternetin ölkədə iştirakı innovativ layihələr və start ap layihələrini hər zaman cəlb edici edir. Belə layihələrə investisiya yatırmaq hər zaman riskli olsa da, amma nəticələri xeyli gözlənilməz ola bilər".

İqtisadçı Rəşad Həsənov hansı sahibkarlara güzəştli kreditlərin veriləcəyindən danışıb:

"Biznes planı olmayan hər hansı sahibkar krediti ala bilmir. İlkin olaraq fəaliyyətin sitiqamətləri haqqında biznes planı hazırlanmalıdır. Buna uyğun olaraq, Sahibkarlara Kömək Milli Fondu tərəfindən güzəştli kreditldən istifadə imkanı yaranır. Bildiyimiz kimi, hazırda da Kredit Zəmanət Fondu yaradılıb. Kredit Zəmanət Fondu həm kreditlərə zəmanətin verilməsi, eyni zamanda mexanizmin təşviqində kredit faizlərinin müəyyən bir hissəsini subsidiyalaşdırılması yolu ilə güzəştli kreditlərin verilməsinə kömək edəcək. Yəni, bu qurumlar növbəti dövrlərdə kredit xərclərinin müəyyən qədər azaldılmasına və güzəştli kreditin əlçatanlığının artırılmasını təmin edəcək".

Sahibkarların əldə etdikləri güzəştli kreditlərin hansı istiqamətlərə yönləndirilməsi daha məqsədəuyğundur?

İqtisadçı əlavə etdi ki, Azərvaycan iqtisadiyyatı faktiki olaraq işlənməmiş iqtisadiyyat hesab olunur:

"İqtsadiyyatın bütün sektorlarında ciddi boşluqlar var. İnhisarçılıq və himayədarlıq kimi tendensiyalar aradan qalxarsa, istənilən sfreda fəaliyyət göstərmək imkanları genişlənər.

Kənd təsərrüfatı sahəsi

Hazırda daha çox yüngül və yeyinti sənayesi, eyni zamanda kənd təsərrüfatı daha prioritet istiqamətlərdir. Xüsusilə də, kənd təsərrüfatı daha çox ixrac potensiallıdır. Burada ilkin dövrlərdə məhsulun istehsalat prosesi, eyni zamanda onun ixracı, bazarların tapılması imkanları daha genişdir. Düşünürəm ki, bu istiqamətdə sahibkarlar müəyyən fəaliyyətlər həyata keçirə bilərlər.

Turizm sektoru

Eyni zamanda, ölkədaxili qonşu turizm sektoru ilə bağlı Ölkə Başçısı çıxışında bildirdi ki, 2016-cı illə müqayisədə 2017-ci ildə ölkəyə 500 mindən artıq turist gəlib. Bu, kifayət qədər ciddi bir rəqəmdir. Belə bir şəraitdə turizm sektorunda yeni çağırış və imkanlar formalaşır. Sahibkarlar daha keyfiyyətli və çevik xidmətlər təklif etməklə turizm bazarında öz fəaliyyət imkanlarını artıra bilərlər. Bu istiqamətlər hazırda daha çox prioritetdir.

Ağır sənaye

Sənayenin digər sahələri – ağır sənaye və s. Bu, nisbətən ağır sahələrdir və hazırki şərtlər daxilində güzəştli kreditlərin imkanları çərçivəsində həll edilə biləcək məsələlər deyil. Amma buna baxmayaraq, bu sferalarda fəaliyyət göstərən iri sahibkarlar da qeyd edilən imkanlardan istifadə edə bilərlər.

Dərman sənayesi

Azərbaycanda hazırda ən çox boşluq olan sahələrdən biri də dərman istehsalı ilə bağlı olan sahədir. Bu sənaye çox zəif inkişaf edib. İstehlak olunan məhsulların 95%-dan artığı idxal təyinatlı məhsullardır, xarici ölkələrdən gətirilir. Azərbaycan bazarında hazırda yerli istehsal olunan məhsullar yox səviyyəsindədir. Bu isə yeni imkanlar ortaya qoyur. Bu sahədə rəqabət qabiliyyətli, keyfiyyətli və standatlara uyğun məshul ist


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2189   Tarix: 11 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib. xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Baş nazir, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində holdinqin idarəetməsinə verilmiş Portfel şirkətlərin 2023-c

24 aprel
.

DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO

Son vaxtlar qəfil ölüm hallarının artdığı müşahidə edilir. Ölüm yaşa baxmır. Amma həyatını itirənlər arasında gənclərin də olmağı təşviş yaradır. Səhhətində heç bir problem olmayan insanlar qəfildən dünyasını dəyişir. Onların böyük qisminə ürəktutma diaqnozu qoyulur. Bəs bu nə dərəcədə doğrudur?. xəbə

23 aprel
.

Final" çayın dəstəyi ilə tanınmış aparıcı Çində

"Final" çay markasının dəstəyi ilə tanınmış aparıcı Fərid Rəsul çayın vətəni sayılan Çinə səfər edib. "Klassika ilə dünyaya sarı" şüarı altında aparıcı Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya, İtaliya ölkələrini gəzib, son ziyarət etdiyi ölkə isə Finlandiy

24 aprel
.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdard

24 aprel
.

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqlədi

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95,2 milyard dollarlıq yardım paketini təsdiqləyib. Bunlardan 60 milyard dollardan çoxu Ukrayna üçün nəzərdə tutulub. Qaynarinfo xəbər verir ki, bu barədə iclasın efirindən məlum olub. Qanunvericilər səs çoxluğu ilə paketi təsdiq ediblər. Beləliklə, 79 senator "lehinə"

24 aprel
.

Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO

Metronun "28 May" stansiyasının ətrafında yeni yaradılan pul tələsi diqqət çəkib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-10

24 aprel