Qaz limitinin hesablanmasına aydınlıq gətirildi - Rəsmi - VİDEO

Qaz limitinin hesablanmasına aydınlıq gətirildi - Rəsmi - VİDEOÖtən ilin dekabr ayında "Azəriqaz" İstehsalat Birliyi 2017-ci ildə verilən 1700 kubmetr limitinin dekabr ayının sonundan sıfırlanacağı və yanvar ayından bu il üçün yeni limitin hesablanmasına başlanılacağı barədə məlumat vermişdi. Lakin bəzi "Smart İTRON" elektron qaz sayğaclarından istifadə edən abonentlər yanvar ayında ödəniş etdikdə qazın tarifinin 20 qəpikdən hesablandığını, mexaniki sayğaclardan istifadə edən abonentlər isə ötən ilin dekabr ayının qaz sərfini bu ilin yanvarında qeydə alındığını iddia ediblər.

"Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev bu məsələlərə aydınlıq gətirib.

O bildirib ki, verilmiş limiti keçən bəzi "Smart İTRON" qaz sayğacının istifadəçiləri 2018-ci ilin əvvəlində sayğaca ödəniş etdiklərini, lakin 20 qəpik tarifi ilə hesablandığını bildirərək, quruma müraciət ediblər. Onun sözlərinə görə, belə məlumatlar daxil olanda qurumun əməkdaşları baza məlumatlarına baxaraq aydınlaşdırıb ki, həmin abonentlər ötən ilin dekabr ayında smart kartına pul yükləyib, lakin kartı 2018-ci ilin ilk günlərində sayğaca daxil edəndə bu proses baş verib: "Məlumat verilmişdi ki, "Smart İTRON" məişət sayğaclarından istifadə edən abonentlər üçün 2018-ci ilin yanvar ayının 1-dən etibarən smart karta edilən ilk ödəniş tarixindən yeni il üçün limitin verilməsinə başlanılacaq".

Mexaniki qaz sayğacları ilə bağlı isə "Azəriqaz" rəsmisi qeyd edib ki, 2017-ci ilin dekabr ayından etibarən bu sayğacların üzərində göstəricilərin oxunması və bildirişlərin istehlakçılara paylanması üçün işlərə başlanılıb: "Limit günlük, həftəlik, aylıq deyil, illik verilir. Ona görə də dekabr ayının sonu və yanvar ayının ilk günləri bayram və istirahət günlərinə günlərinə təsadüf etdiyindən bu proses yanvar ayının ilk həftəsində tamamlanıb".

Qurumun rəsmisi qeyd edib ki, mexaniki qaz sayğacının göstəricisi ilə abonentlərə təqdim olunan bildiriş arasında qaz sərfiyyatı ilə bağlı göstərilən rəqəmdə hər hansı mübahisəli məsələ olarsa, yaxud da fərq yaranarsa abonentlər bununla bağlı yaşadıqları rayon üzrə yerli qaz xidmət sahəsinə, o cümlədən Regional Qaz İstismar İdarələrinə müraciət edə bilərlər. Müraciət dərhal araşdırılaraq məlumat verilir.

Mənbə: report.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2892   Tarix: 11 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdard

24 aprel
.

Vətən müharibəsi qazisi Türkiyədə öldü

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib. Vətən müharibəsində iştirakın

24 aprel
.

Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO

Metronun "28 May" stansiyasının ətrafında yeni yaradılan pul tələsi diqqət çəkib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-10

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23 aprel
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23 aprel
.

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiy

24 aprel
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23 aprel